Ekoloji gübrələr

Bu gün dünyada mövcud olan üzvi tullantıların emalı texnologiyaları әksәr hallarda tullantısız vә ekoloji cәhәtdәn tәmiz deyil vә yüksәk enerji resurslarının tәlәb edir. Mövcud metodların alternativ yolunun yeni bir istiqamәti - torpaq qurdlarının kömәyi ilә üzvi tullantıların emalıdır.

Hal-hazırda üzvi tullantıların torpaq qurdlarının kömәyi ilә biotexnoloji emalı vә ya vermikompostinq dünyanın bir çox ölkәlәrindә geniş istifadә olunur.

Üzvi tullantıların utilizasiya problemi kәnd tәsәrrüfatı vә sәnaye müәssisәlәri işçilәrinin qarşısında duran aktual vәzifәlәrdәn biridir.

Böyük heyvandarlıq, quşçuluq komplekslәrinin vә fermaların fәaliyyәti tәbii әtraf mühitin ekoloji rifahına tәhlükә yaradır.

Vermikompostinq - tullantısız texnologiyalar kimi Eisenia foetida (Sav.) peyin torpaq qurdları növünün xüsusi texnoloji xәttinin yardımı ilә heyvandarlıq fermalarında vә komplekslәrindә, kәnd tәsәrrüfatı istehsalı vә sәnayesinin digәr üzvi tullantılarına müxtәlif peyin növlәrinin utilizasiyası vә tәkrar istehsalı üçün istifadә edilә bilәr.

Vermitexnoloqiyalar - peyin torpaq qurdlarının kultivasiyası (becәrilmәsi) üzrә tәşkilati vә texnoloji tәdbirlәr sisteminin müxtәlif substratlarda, koprolitin vә qurdların biokütlәsinin emalı vә tәtbiqidir ki - bu da әn azı iki istiqamәtdә inkişaf etdirilir:

Әsas mәqsәdi müxtәlif üzvi tullantıların ekoloji tәhlükәsiz emalı olan vermokompostinq, vә dәyәrli üzvi gübrә olan peyin torpaq qurdları - koprolitlәrin (sinonimlәr: biohumus vә ya vermikompost) vә ekskrement (tullantıların) kütlәsinin әldә edilmәsidir;

Vermikultivasiya - torpaq qurdlarının populyasiyasının bәrpası prosesidir.

Hazırda dünyanın bir çox ölkәlәrindә, xüsusilә dә ABŞ vә Kanadada, yeni, daha effektiv vemikompostinq texnologiyalarının inkişafı ilә bağlı real bir tendensiya yaranıb.

Yeni texnologiya qurdların öz hәyat fәaliyyәtindә bitki qalıqlarını vә torpağı udma qabiliyyәtinә әsaslanır. Onlar qurdların orqanizmindә xırdalanıb, biokimyәvi transformasiyaya uğrayaraq, qida elementlәri, fermentlәr vә mikroorqanizmlәr ilә zәnginlәşdirilir. Üzvi tullantılar qurdların bağırsağından keçdiyi zaman xoşagәlmәz iy yox olur, onların patogen zәhәrlәnmәsi hәmçinin tullantıların hәcmi azalır vә torpaq qurdlarının bağırsağında fizikikimyәvi, biokimyәvi vә mikrobioloji dәyişikliklәr nәticәsindә onlar peyin torpaq qurdlarının koprolitlәrinә çevrilirlәr. Bu biokonversiya üsulu sәnaye vә kәnd tәsәrrüfatında iki növ mәhsul – biohumus vә peyin torpaq qurdları biokütlәsinin әldә edilmәsini nәzәrdә tutur:

 - Biohumus ekoloji tәmiz mәhsulların yetişdirilmәsinә kömәk edәn üzvi gübrә kimi istifadә etmәk olar;

 - Biohumusu başlanğıc material kimi maye bitki qidası istehsalı;

 - Peyin qurdlarının biokütlәsi tibbi vә kosmetoloji mәqsәdlәr üçün;

- Peyin qurdlarının biokütlәsi (toz vә farş şәklindә), xammal kimi kombiyem istehsalı üçün istifadә edilә bilәr.

Vermikultivasiyanın effektivliyi vә rentabelliyi onların temperatur, rütubәt, keyfiyyәt vә qidalanma intensivliyindә kultivasiyası şәrtlәrindәn asılıdır. Bununla yanaşı, peyin qurdunun özünün istehsal xüsusiyyәtlәri dә çox vacibdir: mәhsuldarlıq, böyümә sürәti, yetkinlik vaxtı. Rusiyanın Grin-PIK Korporasiyasının mәlumatlarına әsasәn bu istehsalın rentabelliyi 300% -dır.

Vermikultivasiya – qeyri tullantısız, ekoloji tәmiz vә iqtisadi cәhәtdәn sәrfәli tәsәrrüfatdır. Böyük vә kiçik kәnd tәsәrrüfatı müәssisәlәri, fermerlәr, hәvәskar bağbanlar, şәhәr kommunal xidmәtlәri, elәcә dә, bütün zavod vә fabriklәr, müәssisә vә tәşkilatlar üçün münasibdir. Bu texnologiyanın üstünlüyü - bir texnoloji prosesdә nisbәtәn kiçik xәrclәr ilә böyük miqdarda üzvi tullantıları emal etmәyә, son mәhsul kimi heyvandarlıqda istifadә edilәn yüksәk effektli üzvi gübrә -biohumusu vә bioloji proteini әldә etmәyә imkan yaradır.

 

Vermikompostinq vә vermikultivasiya üzvi tullantıların utilizasiyası vә emalı ilә bağlı mәsәlәlәri әn qısa müddәtdә hәll etmәyә imkan yaradacaq. Bu da torpaq mәhsuldarlığını bәrpa etmәk üçün kәnd tәsәrrüfatı mәhsullarının artmasına vә heyvandarlıqda vacib olan әlavә miqdarda yem proteinini әldә etmәk üçün respublikada ekoloji vәziyyәtin yaxşılaşdırılmasına vә böyük miqdarda üzvi gübrәlәrdәn biohumus istehsalına gәtirib çıxaracaq. Nәticәdә mәqsәdli olaraq kәnd tәsәrrüfatı istehsalının ekoloji cәhәtdәn әlverişli edilmәsinә dair bir proqram hәyata keçirmәyә imkan verәcәkdir.

Biohumus nәdir?

 Biohumus- qәhvәyi-qara üzvi maddәdir. Qoxusuzdur. Әzilmir. Yüksәk effektivli gübrәdir.Kәnd tәsәrrüfatı bitkilәrinin becәrilmәsi, torpağın regenerasiyası vә mәhsuldarlığının artırılması üçün istifadә olunur. Bitkilәrin böyümәsi vә keyfiyyәtinin artırılmasına kömәk edir. Bitkilәrin kök sisteminin inkişafını aktivlәşdirir. Kәnd tәsәrrüfatı bitkilәrinin mәhsuldarlığını 10-15%-ә gәdәr yüksәldir. Adi peyindәn öz effektivliyinә görә 10-12 qat güclüdür.

BİOHUMUS – EKOLOJİ TӘMİZ ÜZVİ GÜBRӘDİR, tәbii materiallardan alınır; kimyәvi qatqılardan azaddır; torpağın humus tәrkibini artırır; qida maddәlәrinin yuyulmasının qarşısını alır; torpağın fiziki-kimyәvi xüsusiyyәtlәrini yaxşılaşdırır; zәrәrli maddәlәrin: fitotoksik elementlәrin, radionuklidlәrin vә ağır metalların tәsirini aşağı salır; torpaq üzәrindә toplanan ifrat kimyәvi çöküntülәri zәiflәdir; mineral gübrәlәrә olan tәlabatı kәskin azaldır; bir çox patogen orqanizmlәrdәn azaddır; sağlamlıq üçün zәrәrsizdir.

Biohumusun pH-ı 6.5 - 7.2 arasında olmalıdır. Tәrkibinә patogen mikroflora vә helmint yumurtaların nüfuz etmәsinә yol verilmir. Saxlama müddәti mәhdud deyil. Çox vaxt biohumusu tәmiz şәkildә deyil, müxtәlif qruntların vә torpaq qarışıqlarının tәrkibindә istifadә edirlәr. Biohumusun payı 10% -dәn 30%-ә gәdәrdir. Qalan komponentlәr isә torf, әzilmiş qabıq vә s. ola bilәr.

Belarusda yerli biohumusun әldә edilmәsi yalnız malqara peyin utilizasıyasına әsaslanır. Bu texnologiya Belarus Milli Elmlәr Akademiyasının Bioresurslar üzrә Elmi - İstehsalat Mәrkәzi nin Dövlәt Elmi İstehsalat Birliyinin vermitexnologiyalar sektorunda hazırlanmış vә Belarusiyanın şәraitinә uyğunlaşdırılmışdır. Ölkәmizdә peyin torpaq qurdlarının müxtәlif üzvi tullantılarının utilizasiyası üçün texnologiyalar inkişaf etdirilir vә onlar patentqabiliyyәtli sayılır. Pivә vә solod tullantılarının vermitexnologiyaların utilizasiyasında, peyin vә qığların müxtәlif növlәri, bitki istehsalı, hәm dә bağçılıq-park tәsәrrüfatlarının tullantılarının vermitexnologiyaları sektorunda hazırlanıb. Biohumus vә biohumus әsasında olan qruntlar idxal әvәzetmә obyektlәri sayılır. Bununla belә yerli mәhsulların keyfiyyәti idxal olunan mәhsullardan daha keyfiyyәtli vә ucuzdur.

Belarus Milli Elmlәr Akademiyası Genetika vә Sitologiya İnstitutu ilә birlikdә vermitexnologiyalar sektorunda elmi tәdqiqatlar apardı. Nәticәdә peyin torpaq qurdunun “Belorusskiy paxar” adlandırılan yeni texnoloji xәtti әldә edildi. Bunun üçün әsas reproduktiv xüsusiyyәtlәri nәzәrә alınaraq peyin qurdlarının lokal populyasiyalarının klaster tәhlili aparılıb vә heteroz ilә xarakterizә olunan ilk nәsil hibridlәri әldә etmәyә imkan yarandı.

Yüksәk reproduktiv keyfiyyәtlәrә sahib olan vә yerli şәraitә adaptasiya olunaraq alınan texnoloji xәtt “Belorusskiy paxar” Belarusiyanın әrazisindә biohumusu әldә etmәk üçün vermikompostinq vә vermikultivasiya zamanı kәnd tәsәrrüfatında geniş istifadә olunur.

Qurdların biohumusun vә biokütlәnin il boyu istehsalı üçün qapalı otaqlar -köhnә inәk tövlәlәri, tәrәvәz saxlama qurğuları, sığınacaqlar lazımdır. Böyük müәssisәlәr regional mәrkәzlәrdә, kiçiklәri isә istәnilәn rayonda tәşkil edilә bilәr. Biohumusun istifadәsi torpağın mәhsuldarlığının yüksәlәmәsini vә ekoloji tәmiz mәhsulların yetişdirilmәsini tәşviq edәcәk. Bununla, biohumus vә biohumus әsaslı qruntların istehsalı üzrә hәm sәnaye, hәm dә kәnd tәsәrrüfatı müәssisәlәrindәn müxtәlif üzvi tullantıların utilizasiyasını tәşviq edәcәk. Belә ki, 1 ton üzvi tullantı emalı zamanı tәqribi 600 kiloqram biohumus vә 100 kiloqramadәk qurdların biokütlәsi әldә edilir.

 Son illәr әrzindә heyvanların qida rasionunu faydalı zülallarla zәnginlәşdirmәk üçün müxtәlif tәrkibli qida әlavәlәrinә maraq artıb.

Soxulcanlar - gölmәçә balıqları üçün tәbii proteindir. Aparılan tәdqiqatlar göstәrir ki, soxulcanların biokütlәsini quşlar vә balıqlar üçün canlı formada, donuzlara - pulpa, inәklәrә - toz kimi istifadә etmәk daha mәqsәdә uyğundur. Biokütlәni akvarium balıqlarının qidalanması üçün mәcun kimi dә istifadә etmәk olar.

Biohumus әsasında hәm dә sulu humin gübrәlәr hazırlanır. Onlar hәll olunmuş vәziyyәtdә biohumusun bütün komponentlәrini: huminlәr, fulvi turşuları, vitaminlәr, tәbii fitohormonlar, mikro vә makroelementlәr üzvi birlәşmәlәr vә faydalı torpaq mikroorqanizmlәrini özündә birlәşdirir.

Biohumus әsaslı maye humin preparatlar aşağıdakı xüsusiyyәtlәrә malikdir:

 - toxumların cücәrmә enerjesini artırır;

  - bitkilәrin kökünün formalaşmasını stimullaşdırır;

 - böyümәni stimullaşdırır vә bitkilәrin inkişafını sürәtlәndirir;

- meyvә vә tәrәvәzlәrdә nitratların tәrkibini azaldır;

- ağır metalların vә radionuklidlәrin bitkilәrә nüfuz etmәsinin qarşısını alır;

- karbonhidratların, zülalların vә vitaminlәrin tәrkibini artırır;

- çiçәklәmә prosesini, mәhsulun bar vermәsini stimullaşdırır vә xlorozu aradan qaldırır;

 - xәstәliklәrә qarşı bitkilәrin müqavimәtini artırır;

 - mәhsul keyfiyyәtini artıırır vә onun saxlanma müddәtini uzadır;

- mәhsul 2-3 hәftә tez yetişir.

Bu üzvi gübrәlәr mineral gübrәlәrlә eyni vaxtda istifadә oluna bilәr. Bu zaman bitkilәrin mineral gübrәlәrin istifadә әmsalı әhәmiyyәtli dәrәcәdә artır vә nәticәdә mineral gübrә ehtiyacları kәskin azalır. Biohumus әsasında olan maye humin gübrә bitkilәrinin kökdәn kәnar emalı üçün dә istifadә edilir. Bu zaman bitkilәrin müxtәlif bitki xәstәliklәrinin qarşısı alınır. Elmi-tәdqiqat institutunun vә bitkilәrin müdafiә stansiyalarının müxtәlif sınaq nәticәlәrinә әsasәn, preparat 60-100%-ә qәdәr quru lәkәlәnmәni, risoktoniyosu, fitoftorozu yox edir, bir sıra digәr kartof xәstәliklәrini azaldır. Boz çürüyün, taxıl vә taxıl-paxlalı bitkilәrin septoriozu, 44-60%-i sünbül fusariozu vә kök çürümәsinin qarşısını alır.

Gübrә ekoloji tәhlükәsiz, insanlara, heyvanlara, böcәklәrә, elәcә dә torpaq mikroflora vә mikrofaunası üçün zәrәrsizdir. Belarusiya Respublikasında vermikompostinq vә vermikultivasiya ilә mәşğul olan bir sıra kommersiya vә dövlәt müәssisәlәri var.

İnkişaf etmiş texnologiyalar yalnız Belarus Respublikası әrazisindә deyil, dünyanın digәr ölkәlәrindә, xüsusilә dә Gürcüstan, Rusiya, Estoniya, Ukrayna, Litva, Latviya vә bir sıra digәr ölkәlәrdә tәtbiq olunur. İstehsal edilәn üzvi gübrәlәr bu ölkәlәrin әrazisindә uğurla sınaqdan keçirilәrәk yalnız kәnd tәsәrrüfatı istehsalçıları deyil, hәm dә fiziki şәxslәr tәrәfindәn rәğbәtlә qarşılanır.

Svetlana Maksimova

 Beynәlxalq Biotexnoloqlar İttifaqının, Beynәlxalq Radioekoloqlar Birliyinin üzvü