Azərbaycanda Çin texnologiyası ilə pambıq əkini

1Azәrbaycan dünyanın pambıqçılıq ölkәlәrindәn biri hesab edilir vә bu sahәnin inkişaf etdirilmәsi üçün ölkәmizdә zәngin әnәnә vә böyük potensial mövcuddur. Hәlә 1913-cü ildә Azәrbaycanda 100 min hektardan çox sahәdә pambıq әkilmiş vә 65 min ton mәhsul istehsal olunmuşdu.
Pambıqçılıq әmәktutumlu vә yüksәk gәlirli istehsal sahәsi olmaqla yanaşı, hәm dә ölkәdә yüngül sәnayenin inkişafına ciddi tәkan verә bilәcәk sektordur. Ölkәmizin sosial vә iqtisadi inkişafında bu bitkinin zamanzaman xüsusi әhәmiyyәti olub. Pambıqçılığın inkişaf etdirilmәsi kәnd әhalisinin daimi işlә tәmin olunmasında, heyvandarlığın yem bazasının möhkәmlәndirilmәsindә xüsusi әhәmiyyәt kәsb edir. Bunlarla yanaşı, pambıq digәr dәnli taxıl, tәrәvәz, bostan bitkilәri üçün әlverişli sәlәf bitkisi hesab edilir.
Qeyd etmәk lazımdır ki, Azәrbaycanda pambıqçılığın yüksәk inkişafı bilavasitә Ulu Öndәr Heydәr Әliyevin adı ilә bağlıdır. Ümummilli liderimizin rәhbәrliyi dövründә 70-ci illәrdәn başlayaraq respublikamızda pambıqçılıq çox sürәtlә inkişaf etmiş, bu sahәnin böyük sәnaye potensialı yaradılmış, torpaqlarda meliorativ tәdbirlәr aparılmış, irriqasiya sistemi qurulmuş, pambıqçılığın elmi әsaslarla inkişaf etdirilmәsi tәmin olunmuş, pambıq istehsalı 10 il әrzindә 3 dәfәdәn çox artaraq 1969-cu ildә 300 min tondan 1981-ci ildә 1,050 min tona çatdırılmışdır.
Azәrbaycanın dövlәt müstәqilliyini әldә etmәsindәn vә bazar iqtisadiyyatına keçid prosesinin başlamasından sonra bir sıra obyektiv vә subyektiv sәbәblәrә görә pambıqçılıq sahәsindә tәnәzzül yaşanmış, nәticәdә 2015-ci ildә cәmi 18,8 min hektarda pambıq әkilmiş vә 35 min ton mәhsul istehsal olunmuşdur.
Yeni iqtisadi mәrhәlәdә kәnd tәsәrrüfatı mәhsullarının istehsalının artırılması, xüsusilә ixracyönümlü sahәlәrin, o cümlәdәn Azәrbaycanda kәnd tәsәrrüfatının inkişafı ilә bağlı yüksәk potensiala malik, әnәnәvi vә әmәktutumlu sahә kimi pambıqçılığın inkişaf etdirilmәsi dövlәt başçısı tәrәfindәn prioritet vәzifәlәrdәn biri kimi müәyyәn edilmişdir.
Qısa müddәt әrzindә hәyata keçirilәn tәdbirlәr nәticәsindә 2018-ci ildә respublika üzrә pambığın әkin sahәsi 132.5 min hektar, mәhsul istehsalı 233,6 min ton, orta mәhsuldarlıq isә 17,6 s/ha çatdırılmışdır. Cari ildә 250 min tondan artıq pambıq istehsalı gözlәnilir vә növbәti illәrdә bu rәqәmin 500 min ton olması proqnozlaşdırılır.
Ölkәmizdә pambıqçılığın inkişafı üçün bu sahәyә kompleks yanaşma tәlәb olunur. İstehsal olunan mәhsulun maya dәyәrinin aşağı salınması vә keyfiyyәtinin yüksәldilmәsi pambıq mәhsulunun dünya bazarında rәqabәtqabiliyyәtliliyinin tәmin edilmәsinin mühüm şәrtlәrindәn biri hesab olunur.
Bu baxımdan kәnd tәsәrrüfatının innovativ әsaslar üzәrindә vә müasir texnologiyalarının tәtbiqi yolu ilә tәkmillәşdirilmәsi aqrar sahәdә dövlәt siyasәtinin mühüm vәzifәlәrindәn biri kimi müәyyәn edilmişdir. Aqrar sahәdә elmin, qabaqcıl texnologiyaların, innovasiyaların tәtbiqi olmadan inkişafa nail olmaq mümkün deyil.
Dünyada pambıq istehsalı sahәsindә әn qabaqcıl ölkә Çin Xalq Respublikası hesab edilir. Bu ölkәdә becәrilәn pambığın 95 %-i Xinjiang Muxtar Vilayәti әrazisindә әkilib becәrilir. Hәmin әrazilәrin isә 99% yeni texnologiya olan damlama suvarması, polietilen örtük vә cәrgә arası 80-90 sm, 2-3 sıralı olmaqla hәr hektarda 250-275 min bitki sıxlığı hesabı ilә sәpin aparılır. Ölkәmizdә tәtbiq olunan әnәnәvi texnologiyada hәr hektarda bitki sıxlığı 100-110 min әdәd tәşkil edir.
Azәrbaycana ilk dәfә olaraq Kәnd Tәsәrrüfatı Nazirliyi Aqrar Elm vә İnnovasiya Mәrkәzinin Bitki Mühafizә vә Texniki Bitkilәr İnstitutunun Ucar rayonunda yerlәşәn Şirvan Tәcrübә Stansiyasının 10 hektarlıq torpaq sahәsindә pambığın Çin texnologiyası ilә әkini hәyata keçirilib. Bu texnologiyanın tәtbiqi üçün zәruri olan avadanlıqlar Kәnd Tәsәrrüfatı Nazirliyinin xәtti ilә Çin Xalq Respublikasından cari ilin aprel ayında gәtirilib, 2019-cu il mayın 3-dә yeni texnologiya ilә pambıq sәpini aparılıb vә hal-hazırda hәmin sahәlәrdә aqrotexniki qulluq işlәri davam etdirilir. Bu texnologiya ölkәmiz üçün tam yenidir vә ilk dәfә tәtbiq olunur.
Tәtbiq olunan texnologiyanın tәsviri:
Çin texnologiyası ilә pambıq әkinindә 3 texnoloji әmәliyyat bir gedişdә vә bir aqreqat vasitәsi ilә yerinә yetirilir. Sәpin 90 sm ara mәsafәsindә iki sırada, sıra arası mәsafә isә13 sm olmaqla aparılır. Sәpinlә birlikdә sıra arasına damlama boruları sәrilir vә sahә polietilen örtüklә örtülür. 
Çin Xalq Respublikasında bu texnologiyanın tәtbiqi nәticәsindә hәr hektarda 250-275 min bitki sıxlığı әldә edilәrәk 6-7 ton mәhsul istehsalına nail olunur. 
Ölkәmizdә tәtbiq olunan әnәnәvi texnologiyada bitki sıxlığı 100-110 min әdәd olmaqla, orta mәhsuldarlıq hәr hektardan 1,7-2 tondur.
 Pambıq sәpininin düz xәtt üzrә aparılması mәqsәdi ilә traktorun kabınәsinә GPS quraşdırılır vә hәmin qurğu vasitәsi ilә traktorun sükanı idarә olunur.
Texnoloji ardıcıllıq: 
• Әkin aparılacaq sahәlәrin seçimi vә xәritәlәşdirilmәsi; 
• Sahәnin bitki qalıqlarından tәmizlәnmәsi ; 
• Torpaq nümunәlәri götürülmәsi vә aqrokimyәvi analizlәrin aparılması; 
• Şumaltı gübrәnin verilmәsi vә әkin sahәsinin 35-40 sm dәrinlikdә şumlanması; 
• Lazer mala vasitәsi ilә sahәnin hamarlanması; 
• Dәrin yumşaldıcı ilә torpağın 50-60 sm dәrinlikdә yumşaldılması vә sәpin üçün malalanması;
 • Damla üsulu ilә suvarma vә yemlәmә gübrәsinin verilmәsi;
 • Alaq otlarına qarşı seçici herbisidlәrdәn istifadә;
 • Boy tәnzimlәyici stimulyatorlardan istifadә (uc vurma); 
• Pambıq sahәlәrinin defolyasiya vә desikasiya olunması.
Pambıq әkinlәrindә Çin texnologiyasının tәtbiqi nәticәsindә әl әmәyindәn istifadә azalır, sudan vә torpaqdan sәmәrәli istifadә olunur. Polietilen örtük vasitәsilә erkәn sәpini hәyata keçirmәk mümkün olur, torpaqdan su itkisinin (buxarlanmanın) qarşısı alınır vә pambıqçılıqda әn böyük problem vә xәrc tәlәb edәn әmәliyyatlardan biri olan alaq otlarına qarşı sәmәrәli mübarizә tәdbirini hәyata keçirmәk, eyni zamanda, su çatışmayan әrazilәrdә bu texnologiyanın tәtbiqi sayәsindә yüksәk vә keyfiyyәtli mәhsul istehsal olunur.
Nәticәdә istehsal olunan mәhsulun maya dәyәri aşağı düşür, mәhsuldarlıq 3-4 dәfә yüksәlir vә rentabellik sәviyyәsi artır.
Pambıqçılığın ölkәmiz üçün strateji әhәmiyyәtini nәzәrә alaraq Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin bilavasitә tәşәbbüsü vә rәhbәrliyi altında son illәr ölkәmizdә reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fәaliyyәtinә dәstәk, sahibkarların fәaliyyәti üçün münbit şәraitin yaradılması istiqamәtindә atılan addımlar, imzalanan fәrman vә sәrәncamlar artıq öz bәhrәsini vermәkdәdir. Xüsusәn respublikamızda qeyri-neft sektorunun, o cümlәdәn, kәnd tәsәrrüfatının strateji sahәlәrindәn hesab olunan pambıqçılığın inkişaf etdirilmәsi ilә bağlı cәnab İlham Әliyev tәrәfindәn qәbul edilmiş qәrarlar, verilmiş tapşırıq vә tövsiyәlәr sayәsindә ölkәmizdә pambıqçılığın sürәtli inkişafı üçün qısa müddәtdә әlverişli şәrait yaradılıb.

İmran Cümşüdov 
Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin Bitkiçilik şöbәsinin rәisi