Şaquli bağçılıq

2025-ci ildә dünya әhalisinin sayı sürәtlә artmağa davam edәrәk 8 milyard nәfәrә yaxınlaşacaq. Bilavasitә әrzaq mәhsullarına olan tәlәbat da sürәtlә artmağa davam edәcәk. Lakin iqlim dәyişikliyi, antropogen amillәrin tәsiri vә nәticәdә quraqlıq, sәhralaşma vә yağıntı sәviyyәsinin dәyişmәsi bir çox ölkәlәrdә mәhsuldarlığı azaldacaq.

Eyni zamanda, yeraltı enerji ehtiyatlarının tükәnmәsi kommersiya mәqsәdli irimiqyaslı kәnd tәsәrrüfatı fәaliyyәtini daha da bahalaşdırır. Onilliklәr boyunca pestisidlәrdәn vә izafi suvarma metodlarından intensiv şәkildә istifadә olunması da öz tәsirini göstәrir. Mәsәlәn, Birlәşmiş Ştatlar, daimi olaraq ildә hәr akr torpağın tәxminәn 3 ton hәcmindә üst qatını itirir. Bu isә torpağın özünü tәbii bәrpa edә bilmәk sürәtindәn 10-40 dәfә artıqdır. Yuxarıda sadalanan problemlәrin hamısı nәticәdә әrzaq mәhsullarının bahalaşmasına vә әsl, ciddi әrzaq böhranının yaxınlaşmasına gәtirib çıxarır. Bu böhranın qarşısını almaq vә ya әn azından nәticәlәrini azaltmaq üçün mümkün tәdbirlәrdәn biri şәhәrlәrdә şaquli fermaların yaradılmasıdır.

Şaquli fermalar әnәnәvi әkinçilikdә iqlim dәyişikliyi vә torpağın havalandırılması şәrtlәri altında yalnız üzәrindә işlәyәnlәri bәslәyә bilәcәk bir sahәdә böyük ehtiyatların konsentrasiya olunmasına imkan verәcәk. Hal-hazırda şaquli әkinçilik ehtiyacdan daha çox urbanistekoloji dәbi tәmsil edir. Lakin dünyanın bir çox iri şәhәrlәrindә insanlar qazanc mәqsәdilә bilavasitә öz mәnzillәrindә (yaxud xüsusi olaraq bu mәqsәd üçün satın alınmış vә ya icarәyә götürülmüş) çiyәlәk vә göbәlәklәrin yetişdirilmәsilә mәşğul olmağa başlayıblar. Bu zaman onlar şәhәrlәrdә yerlәşәn şaquli fermalarda istifadә olunan texnologiyalardan yararlanırlar. 

Dünyada ferma mәqsәdilә istifadә edilәn çoxlu sayda şәhәr evlәri mövcuddur. Hәlәlik bu evlәr cәsarәtli memarların xәyal etdiyi gözәl, hündür, yaşıl göydәlәnlәr olmasa da, bu, ilk әlamәtlәrdir.

Mәsәlәn, ABŞ-da ‘‘Growing Power’’ şirkәtinin kәnd yerlәrindә әnәnәvi fermalarla yanaşı, Çikaqoda bir neçә açıq lәklәri var (bunlar şaquli fermalar olmasa da, bu artıq kәnd tәsәrrüfatının meqapolisә köçürülmәsi demәkdir) vә Miluoki şәhәrindә (ABŞ-ın Viskonsin ştatı) az da olsa, tamamilә kәnd tәsәrrüfatı ilә mәşğul olan bir neçә ev kompleksi var: Akvaponikası (eyni yerdә balıq vә bitki yetişdirilmәsinә imkan verәn sistem) olan 2 ev, salat vә göbәlәk yetişdirilәn 7 ev, yağış qurdlarının yetişdirilmәsi üçün ev (balıqları vә quşları yemlәmәk vә satış üçün) ördәk, toyuq fermalarının tәşkil edildiyi 3 ev, elәcә dә tilapiya, xanı balığı, çuğundur, әkin indausu (roka), turp vә günәbaxanın yetişdirilmәsi üçün akvaponika ilә tәchiz olunmuş 6 şaquli istixana. Bundan başqa, yaxınlıqda keçilәrin saxlanması üçün balaca dam, 14 arı pәtәyinin olduğu arıxana, qurdların yetişdirilmәsi üçün 50 xüsusi bunker, üzvi tәsәrrüfat tullantılarının enerjiyә çevrildiyi kompleks, әt, göyәrti, tәrәvәz, yumurta, gübrә vә yağış qurdlarının satışının tәşkil edildiyi pәrakәndә mağaza da vardır. Bütün bunlar hamısı birlikdә orta ölçülü bir supermarketin әhatә edә bilәcәyi әrazini tutur. ‘‘Growing Power‘‘ şirkәti bu kompleksin gec-tez hәr şәhәrdә tәşkil edilәcәk qida mәrkәzi cәmiyyәtinin (Community Food Centers) prototipi olduğunu irәli sürür.

Köhnә ‘‘Boeing 747‘‘ anqarında olan ‘‘Nuvege‘‘ ferması. Şaquli fermalar deyәndә yalnız fermalar üçün ayrılmış bir neçә mәrtәbәli evlәr deyil, eyni zamanda, bir neçә yarusda mәhsulların zәmindәn tavana qәdәr olan әrazidә yetişdirildiyi tikili (yaxud da bir mәrtәbәdә) başa düşülür. Bu növ fermalar Kyoto şәhәrindә (Yaponiya) yerlәşir ‘‘Nuvege’’ şirkәti keçmiş bir anqarın içәrisindә sәrnişin layneri üçün bitkilәr yetişdirir. ‘‘Nuvege’’ şirkәti dә ‘‘Growing Power’’ kimi bunun yalnız başlanğıc olduğuna әmindir – onlar göydәlәn fermaların xәyalını qururlar. Anqarda hәmçinin şaquli әkinçilik texnologiyaları da işlәnib hazırlanır.

‘‘The Plant’’ layihәsinin tam gücü ilә fәaliyyәtә başlamasına hәlә 2 il qalsa da, burada artıq bәzi mәhsullar yetişdirilir. Akvaponika ilә olan konteynerlәr dә artıq işlәyir. Çikaqoda (ABŞ) hazırda bir qrup entuziastlar keçmiş zavodu belә fermaya çevirmәklә mәşğuldurlar. Layihә ‘‘The Plant’’ adlanır. Onlara könüllülәr dә kömәk edir vә hәr cümә axşamı günortadan sonra saat 2-dә köhnә zavoda ekskursiyalar tәşkil olunur. Bir biletin qiymәti 10 dollardır. Qeyd edilәn ekskursiyalar layihәnin inkişafı üçün әlavә pul qazanmağa kömәk edir. Hәr şey o qәdәr uğurla gedir ki, 2050-ci ildә qurulması nәzәrdә tutulan şaquli ferma yaxın zamanlarda - 2016-cı ildә reallaşdırılıb. ‘‘The Plant’’ fermasında da Miluoki şәhәrindәki qida mәrkәzi cәmiyyәtindәki kimi akvaponikanın olması nәzәrdә tutulub. Layihәni tәşkil edәnlәr fermada tilapiyanın artırılmasını, yemәli göbәlәklәrin, çay göbәlәyinin, çiyәlәyin, noxudun yetişdirilmәsini, arı vә toyuqların da saxlanılmasını tәklif edir. Ferma mümkün qәdәr enerjiyә qәnaәt edәcәk vә lazım olan enerji yerindә istehsal olunacaq.

Günәş batareyalarından vә anaerobik bakteriyaların fermanın üzvi tullantılarını metana çevirәcәyi metan çәndәn istifadә edilmәsi nәzәrdә tutulur. Yanan metan istilik vә elektriki tәmin edәcәk.
Hollandiyada şaquli fermaların tәşkili ilә ‘‘PlantLab’’ şirkәti mәşğul olur. Şirkәtin yaradıcılarının fikrincә, şәhәrlәrdә hәyata keçirilәn şaquli әkinçilik yüksәk intellektual texnologiyaların birlәşmәsidir. Onlar olmadan mümkün deyil. Çünki dünya әhalisinin sayı 8 milyardı keçәndәn sonra bәşәriyyәtin özünü qida ilә tәmin etmәsi mümkün olmayacaq. ‘‘PlantLab’’ şirkәti ‘‘Plant Paradise’’ adı altında bir sıra inteqrasiya hәllәri tәklif edir. Şaquli ferma tәşkil etmәk istәyirsinizsә, onlar sizin üçün ilkin şәrtlәri qiymәtlәndirәcәk, fermanın tәşkil edilәcәyi yerdә hansı mәhsulların daha yaxşı inkişaf edәcәyini müәyyәnlәşdirәcәklәr. Özlәrinin dә dediyi kimi, bu hәr hansı bir istixana, mәnzil, qaranlıq zirzәmi, sәhra, gәmi deposu vә ya hәrbi düşәrgә ola bilәr – hәr yerdә bu vә ya digәr yemәli bitkilәri yetişdirmәk mümkündür. Eyni zamanda hәmin bölgәdә hansı mәhsulların mәşhur olduğunu qiymәtlәndirmәk vә nәzәrә almaq lazımdır.

Bundan sonra isә ‘‘Plant Paradise’’ şirkәti özü mәrhәlәli tәchizat, xüsusi hazırlanmış torpaq, suvarma sistemlәri, gübrәlәr, qaz dövranı, işıqlandırma, temperatura nәzarәti vә әn başlıcası, bütün bunları sizin mәhsulu necә vә hansı şәraitdә yetişdirәcәyinizdәn, yetişdirmә reseptlәri adı altında proqram hәllәrindәn asılı olaraq idarә edәcәk әmәliyyat sistemi olan ‘‘PlantLab OS’’ ilә tәchiz olunacaqdır. ‘‘Plant Paradise’’ proqramı yığıldıqdan vә konfiqurasiya edildikdәn sonra siz sadәcә toxumları tәyin edilmiş yerlәrә tökün, müvafiq reseptin olduğu flәş kartı yuvaya daxil edin, ‘‘Başla’’ düymәsini basın vә sonra ‘‘Plant Paradise’’ özü müstәqil şәkildә işlәyәcәk. Bundan әlavә, ‘‘PlantLab’’ şirkәti qazanc әldә edәcәyinizә dair zәmanәt verir.

Gәlәcәkdә mәhsuldarlığın artımını şәxsәn izlәmәk istәyirsinizsә, bu da mümkündür. İstәdiyiniz zaman dünyanın hәr hansı bir yerindәn bunu internet vasitәsilә etmәk mümkündür. Siz ‘‘PlantLab OS’’ әmәliyyat sisteminin işinә müdaxilә edә vә öz reseptlәrinizi tәrtib edәrәk sistemә yaza bilәrsiniz.

Bәli, bu gün şaquli fermalar bizә ekzotik, eksentrik hobbi kimi görünә bilәr. Lakin tәcrübә göstәrir ki, yetişdirilmәsi üçün çox böyük torpaq sahәlәrinә ehtiyac duyulan dәnlipaxlalı bitkilәr olmasa da, tәrәvәzlәr, göyәrtilәr, göbәlәklәr, gilәmeyvәlәr şәhәr şәrtlәrindә dә yetişdirilә bilәr vә yetişdirilmәlidir. Bu, nәqliyyat xәrclәrinin vә daşınma zamanı mәhsula dәyәn zәrәrin qarşısını xeyli alacaq. Bundan әlavә, qapalı yerdә yetişdirilәn mәhsullar çirklәnmiş yağışlardan vә zәrәrverici hәşәratların әksәriyyәtindәn qorunur. İş mәrhәlәlәri, mәhsuldarlıq isә mövsümdәn asılı olmur. Bütün bu sadalananlarla yanaşı, şaquli fermaların inkişafı bir çox insanın şәhәr hәyatının üstünlüklәrindәn imtina etmәdәn kәnd tәsәrrüfatına cәlb olunmasına imkan verәcәk.

Bununla belә, meqalopolislәrdә ofis göydәlәnlәri arasında göydәlәn-fermaların nә zaman ucalağını söylәmәk çәtin olsa da, mövcud vә ya xüsusi olaraq inşa edilmiş az mәrtәbәli binalarda şaquli fermaların yayılması qaçılmazdır. Ehtimal olunur ki, 2025-ci ilә qәdәr inkişaf etmiş vә inkişaf etmәkdә olan ölkәlәrin әksәr şәhәrlәrindә şaquli fermalara rast gәlinmәsi adi hala çevrilәcәk.

Şaquli bağçılıq bizә nә vәd edir? 
• Günәş vә külәk enerjisindәn istifadә hesabına enerji asılılığından tamamilә qurtulmaq; 
• Suyun toplanması vә tәmizlәnmәsi, karbon dioksid qazının (СО2 ) vә tullantıların emalı, mәhsulun yetişdirildiyi otaqlarda havanın tәmizlәnmәsi vә ionlaşdırılması, biokütlә enerjisindәn istifadә etmәk;
• Elastik konstruksiya, әlavә modulların quraşdırılması vә yerli istehsal imkanları (hәtta şәhәrdә); 
• Bitkilәrin vә dәnli-paxlalı bitkilәrin yetişdirilmәsi, gilәmeyvә bitkilәrinin becәrilmәsi, balıq hovuzları, heyvan fermaları üçün yaşıl bağlar, şaquli hidroponik vә aeroponik sahәlәr.

   Hal-hazırda, vertikal fermalara dair bir çox layihәlәr (әsasәn eskiz, yәni konsepsiyalar şәklindә) var ki, bunlardan bәzilәri aşağıdakılardır: 

• Belçikalı memar Vinsent Kallebo (Vincent Callebaut) tәrәfindәn layihәlәndirilmiş ‘‘Cırcırama’’ şaquli ferması (ingilis dilindә Dragonfly). ‘‘Cırcırama’’ şaquli ferması göydәlәn adını 600 metr hündürlüyü ilә qatlanmış cırcıramanın nәhәng qanadları formasına görә almışdır. Bina 132 mәrtәbәdәn ibarәtdir. Binanın günәş vә külәk hesabına özünü enerji ilә tam tәmin edәcәyi ehtimal olunur. İnşaat üçün nәzәrdә tutulan yer Ruzvelt adasında, demәk olar ki, Nyu-Yorkun mәrkәzindәdir (Manhetten vә Lonq Aylend arasında).
• İsveç-Amerika şirkәti ‘‘Plantagon’’ tәrәfindәn tәqdim edilmiş “Plantagon” şaquli fe rma konsepsiyası, içindә bitkilәrin yetişdirilmәsi üçün spiral platforma yerlәşdirilmiş sferik qübbәni әks etdirir. 
• Cәnubi Koreyalı memarların konsepsiyası olan “Circular Symbiosis Tower” şaquli ferması. Yuxarıda şәhәr mühitindә yerlәşdirilmәsi nәzәrdә tutulan bütün oxşar layihәlәrdәn fәrqli olaraq, Cәnubi Koreyalı memarların hazırladığı “Circular Symbiosis Tower” layihәsi kәnd yaşayış mәntәqәlәrinin yeni görünüşünün yaradılması üçün nәzәrdә tutulub. Göydәlәn binanın әsas daşıyıcı qüvvәsi әtrafında bir spiral kimi yerlәşdirilmiş platformadan ibarәtdir. Bu platformalarda yem bitkilәrinin becәrilmәsi vә inәklәrin sәrbәst otlaması planlaşdırılır. Mal-qala 30 gün otladıqdan sonra başqa sәviyyәyә keçirilir vә qeyd edilәn yerlәrә yaşıl bitkilәrin qısaldılmış hissәsini yeyә bilәcәk qoyun vә ya digәr heyvanlar buraxılır. “Circular Symbiosis Tower” şaquli ferması layihәsi “2011 Skyscraper Competition” mükafatının qalibi olub. 
• Sinqapurun ‘‘Surbana International Consultants’’ şirkәtinin çoxmәrtәbәli ‘‘R4 apartment’’ evferma layihәsi dә çoxmәrtәbәli fermalar kateqoriyasına aid edilә bilәr. Qeyd edilәn layihә ekoloji binaların yaradılması ilә bağlı olan “Skyrise Greenery Awards” (2010) mükafatına layiq görülüb. 
• Rusiyanın ‘‘Aqrorus’’ MMC tәrәfindәn hazırlanmış ‘‘İLİOTEK’’ şaquli ferması Bryansk şәhәrindә keçmiş maşınqayırma zavodunun sexindә yerlәşir. Son hesablamalara görә, qeyd edilәn ferma Rusiya vә Avropada әn böyük layihәdir. Әkin yeri ümumi sahәsi 3500 m2 olan әrazidә faktiki 300 m2 sahәni әhatә edir. Hәmçinin, ‘‘Aqrorus’’ şirkәti Uzaq Şәrqdә ilk şaquli fermaların tikintisini aktiv şәkildә hәyata keçirir. Bu cür ilk fermaların istismara verilәcәyi tarix tәxmini olaraq 2019-cu il nәzәrdә tutulub. Bundan başqa, şaquli fermaların planlaşdrılmasını vә tәşkilini hәyata keçirәn ‘‘AgroTechcorp’’ , ‘‘Troysun’’ kimi digәr şirkәtlәr dә var.

(Mәnbә: www.glav-dacha.ru)