Arıçılığa yeni baxış

Son illәr kәnd tәsәrrüfatında da iqtisadi inkişafı vә rәqabәti tәmin etmәk üçün innovativ vasitәlәr tәtbiq olunur. Bu tәkcә arzulanan seçim deyil, hәm dә tәsәrrüfat sahiblәrinin mәcburiyyәtdәn yeniliklәrә yönәlmәsidir. Әks tәqdirdә fermer innovasiyaya yer verәn rәqiblәrә uduzacaq, daha az gәlir әldә edәcәk, zamanın tәlәbi ilә uyğunlaşa bilmәyәcәk, daha keyfiyyәtsiz mәhsul istehsal edәcәk.

Arıçılıq da yeniliklәrә ehtiyacı olan sahәdir. Çünki bu sahә digәr kәnd tәsәrrüfatı sahәlәrinә nisbәtәn tәbiәtdәn daha çox asılıdır. Otlaqların biçilmәsinin 5-6 günlük gecikmәsi külli miqdarda ziyanı olmasa da, arıların nektar olan sahәyә 5-6 gün gec aparılması 100 ailәlik arı tәsәrrüfatı üçün 20 min manatlıq ziyan edә bilәr. Yәni arıçılar üçün bir gün böyük itki, yaxud böyük qazanc demәkdir. 

Bәs arıçılıqda hansı vasitәlәr bizә böyük pullar qazandıra bilәr? Hansı yeniliklәrin tәtbiqi uğur gәtirә bilәr?

Qeyd edәcәyimiz yeniliklә arıçılar rahatlıqla hansı bölgәdә nektar axınının yaxşı olduğunu öyrәnә, sürәtli şәkildә hәmin әraziyә köç edә bilәr. Azәrbaycanda artıq bu sistemin tәtbiqinә başlanılıb. Xaçmaz rayonunda tәtbiq olunan bu sistemә bir neçә arıçıfermer qoşulub.

Layihәnin mәqsәdi Xaçmaz rayonunda arıçılığın inkşafı, fermerlәrin işini yüngüllәşdirmәk, minimum әmәklә maksimum gәlir әldә etmәk, innovativ texnologiya vә texniki yardım vasitәsilә bal vә arıçılıq mәhsullarının istehsalını yaxşılaşdırmaqdır.

Sistemә qoşulan arıxanada arı yeşiklәrinin bәzilәrinә elektron GPS-li tәrәzilәr quraşdırılır. Arıxanalar gәlir olduğu düşünülәn әrazilәrә yerlәşdirilir. Hәmin çiplәr arıçıya havanın temperaturu, nәmişlik vә mәhsuldarlıq barәdә informasiya verir. Bu informasiya hәm bazaya yığılır, hәm dә sms vasitәsilә arıçıya göndәrilir. Nәticәdә arıçılar qrupu (sistemә qoşulanlar) hansı әrazidә günlük mәhsuldarlığın nә qәdәr olduğunu öyrәnir.

İş prosesi isә belә aparılır: arıçıya gәlәn sms vasitәsi ilә mәlum olur ki, A nöqtәsindә dayanan arıxanada günlük mәhsuldarlıq 300 qramdır, ötәn günlәrә nisbәtәn mәhsulun azalması baş verir. B nöqtәsindә isә gәlir artmağa davam edir vә hazırda hәr arı yeşiyi 1 kq artım göstәrir. Bu zaman arı sürәtlә B nöqtәsinә daşınır. Daşınma isә mobil pavilyonlar vasitәsi ilә hәyata keçirilir. Arıxana artıq yük maşınlarının üzәrinә yerlәşdirilәcәk formada hazırlanan bütöv, daşına bilәn sistemdәn (Berendey pavilyonu) ibarәtdir.

Hazırda arıçılar tәsәrrüfatlardakı arıxanaları köçürdükdә arı ailәlәrinin köçә hazırlanması, havalandırmanın hәyata keçirilmәsi, arı ailәlәrinin yüklәnilmәsi vә köçürülmә nöqtәlәrinә boşaldılması kimi işlәri hәyata keçirirlәr. Bu proseslәrin hәyata keçirilmәsi әn azı 4-5 gün vaxt itkisi vә әlavә işçi qüvvәsi hesabına başa gәlir. Bu xәrcli prosesin yekunu olaraq mәhsulun әldә olunmaması risklәri dә çox olur. Berendey pavilyonunda isә bu çәtinliklәrin heç biri olmur. Arıxana axşam saatlarında avtomobilә qoşulmaqla daşına bilәr. 

Elektron tәrәzilәr, sürәtli mobil köçürmә ilә bal istehsalında hәr arı ailәsi üçün 30-40 % artım olacağı planlaşdırılır. Bu, fermerin gәlirlәrinә müsbәt tәsiri edәcәk. Ümumi hesablamalar göstәrir ki, tәtbiq olunacaq yeni mobil tәsәrrüfatlar vә avadanlıqlar vasitәsilә fermerlәrin gәlirlәri artacaq, arıçıların bilik vә bacarıqları yaxşılaşacaq, arıçılıq az gәlirli sahәdәn çox gәlirli sahәyә çevrilәcәk.

 

Arıçının qazancı:
– 30-40 % artıq mәhsul әldә edir; 
– Daha az әmәk sәrf edir; 
– Daha az vaxt ayırır; 
– Az işçi qüvvәsi ilә böyük arıxananı rahat idarә edir;
– Keyfiyyәtli mәhsul әldә edir.

 

Elvin Bayramlı 
Azәrbaycan Arıçılar Assosiasiyasının İdarә Heyәtinin üzvü