Dronlar aqrar sahədə əvəzolunmaz alətə çevrilir

Kәnd tәsәrrüfatına qoyulan investisiyaların nәticәsini dәrhal deyil, bir neçә ilә görmәk olur. Müasir zamanda aqrar istehsalçılar görülәn işin effektivliyini artırmaq üçün yeni texnologiya vә innovasiyalar ilә ayaqlaşmaq mәcburiyyәtindәdir. Zaman vә maliyyә xәrclәrinә qәnaәt edәn, mәhsuldarlığın artırılmasına xidmәt göstәrәn, başqa sözlә, günün tәlәbinә çevrilәn yeniliklәr kәnd tәsәrrüfatının, hәmçinin fәrdi biznesinizin davamlı inkişafına sәbәb ola bilәr. 

Bu gün sizinlә alaqların müәyyәn edilmәsindәn tutmuş, әkin yerlәrinin gübrәlәnmәsinә qәdәr işlәri görmәkdә kәnd tәsәrrüfatının gәlәcәyi üçün әhәmiyyәtli alәtә çevrilәn dronlarla tanış olacağıq. Öncә qeyd edәk ki, әksәr aqrar ölkәlәr illәrdir bu texnologiyalardan fәrdi vә kompleks qaydada istifadә edir vә nәticәdә az mәsrәfli, lakin yüksәk keyfiyyәtli mәhsul әldә edirlәr. 

5 il öncә PUA-ların kәnd tәsәrrüfatında istifadә olunması ideya vә ya kağız üzәrindә layihә olduğu halda, bu gün dronlardan aqrar sahәdә geniş istifadә olunur.

Bu gün havada uçan kiçik cihazların kömәyi ilә әkinçilikdә geniş xidmәtlәr spektri tәklif etmәk olar
•    vizual müşahidә;
•    video-foto; 
•    orta foto görüntülәrin әldә edilmәsi; 
•    xәritәçәkmә; 
•    әkin әrazilәrin spektral analizi; 
•    yaşıllıq әrazilәrinin spektral fotoları; 
•    zәrәrvericilәrin müәyyәn edilmәsi; 
•    torpağın nәmlilik dәrәcәsinin müәyyәn edilmәsi; 
•    sahәlәrin gübrәlәnmәsi vә digәr maddәlәrin sәpilmәsi vә s.

 Dronlar heyvandarlıq sahәsindә dә әvәzsiz kömәkçidir. Kiçik ölçülü vә qiymәti münasib olan PUA vasitәsi ilә otlaq әrazilәrinә nәzarәt etmәk mümkündür.
 Azәrbaycanda dronlardan istifadә lider aqrar ölkәlәrә nisbәtәn az olmasına baxmayaraq, PUA-ların demәk olar ki, bütün sahәlәrdә tәtbiq edilmәsi üçün bütün imkanlar vardır.

Sözsüz ki, potensial istifadәçi ilk öncә hәdәflәrini müәyyәn etmәlidir. 
1.    Hәll etmәk istәdiyiniz problemi dәqiqlәşdirin; 
2.    Bu problemi hәll etmәk üçün sizә hansı vasitә lazımdır? (bu, kvadrakopter, tәyyarә tipli PUA vә ya dәrman sәpәn dron vә s. ola bilәr); 
3.    PUA vasitәsi ilә әldә etdiyiniz mәlumatları hansı qaydada emal edәcәksiniz vә ya hansı tәdbirlәri görәcәksiniz; 
4.    Yalnız bundan sonra dronun alınması mәqsәdәuyğun olar.

Gәlin bir misal üzәrindә fikrimizi dәqiqlәşdirәk. Resurslardan sәmәrәli istifadә vә mәhsuldarlığın arzu olunan sәviyyәdә olması üçün әkin sahәsinә daim nәzarәt etmәk lazımdır. Belә ki, toxum sәpinindәn mәhsul yığımına kimi hәr bir mәrhәlәdә sahәyә nәzarәt edilir. Toxum sәpilmiş vә bir müddәt sonra böyük әkin sahәsinin hәr yerindә cücәrtilәrin vәziyyәti öyrәnilmәlidir. Bu zaman kamera ilә tәchiz edilmiş kiçik ölçülü dron vasitәsi ilә bir saata qәdәr müddәtdә zәruri informasiya әldә etmәk mümkündür. Bu mәlumatların araşdırılması nәticәsindә hansı hәcmdә vә hansı aqrotexniki tәdbirlәrin (bura gübrәlәnmә vә bitki mühafizә vasitәlәrindәn istifadә dә aiddir) hәyata keçirilmәsi üçün qәrar qәbul etmәk olar. Bu, mәhsuldarlığın vә rentabelliyin artmasına, hәmçinin әsassız xәrclәrin qarşısını almağa kömәk edir. 

Yuxarıda qeyd olunanlarla yanaşı, gübrәlәnmә vә bitki mühafizә vasitәlәrinin sәpilmәsi tәyinatlı dronlar barәdә dә mәlumat әlavә edәk. 
Bu gün bu sahәdә bir neçә hәll tәklif etmәk mümkündür. Bunlar әsasәn yükqaldırma, yәni rezervuarın (çәnin) hәcminә vә sәpilmә әrazisinә görә seçilәn PUA-lardır. Bu tip dronlar hәm sadә, hәm dә texnoloji cәhәtdәn çox inkişaf etmiş intellektual idarәetmәyә malik ola bilәr. Sözsüz ki, burada seçim әsasәn sahibkarın büdcәsindәn asılıdır. 
Bu tipli dronlar vasitәsilә operativ şәkildә әkin sahәlәrinin dәrmanlanması mümkündür. Bu mәqsәdlә PUA-ların orta sürәti 28km/ saat, emal әrazisi isә 1 saatda 7-10 ha әrazini әhatә edir. Batareyanın yenidәn doldurulması model vә markadan asılı olaraq 12-30 dәqiqә arasında dәyişir.

Hüseyn Mәmmәdov

“EA Solutions” laysihә rәhbәri