İdxalın əvəzlənməsinə keçid kimi fərdi yardımçı təsərrüfatların yaradılması

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının inkişafı üçün ən əlverişli sahələrdən biri hesab olunur. Daxili bazarın yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi idxalın əvəzlənməsinə - bazarda xarici istehlak mallarının yerli istehsal məhsulları ilə əvəz olunması prosesinə təkan verəcək. Nəticədə əldə ediləcək göstəricilər bunlardır:

Bir sıra fabriklərin istismarı üçün şəraitin yaradılması;

İş yerlərinin sayının artması və işsizliyin azaldılması;

Ümumi Daxili Məhsulun (ÜDM) artması və xarici iqtisadi amillərin təsirindən asılı olmadan inkişaf edən sabit milli iqtisadiyyat;

Fərdi yardımçı təsərrüfatlar üçün şəraitin yaradılması;

Bu araşdırmada fərdi yardımçı təsərrüfatlar məsələsinə diqqət yetirilir. Respublikada 4,5 minə qədər kəndlinin və yüzlərlə fermerin fərdi təsərrüfatla məşğul olduğunu nəzərə alsaq, mövzunun nə qədər aktual olduğunu təxmin edə bilərik. Fərdi yardımçı təsərrüfat həyətyanı ərazidə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına imkan verən fəaliyyət formasıdır. İnkişaf etmiş kənd təsərrüfatı təmayüllü fərdi yardımçı təsərrüfatların iqtisadiyyata və idxalın əvəzlənməsinə keçid şəraitində rolu əhəmiyyətli şəkildə artır. Yardımçı təsərrüfatlar əvvəlki illərdə olduğu kimi indi də əhalinin ərzaqla təminatının əsas və etibarlı mənbələrindən biridir. Bundan başqa, indiki şəraitdə fərdi yardımçı təsərrüfatın qurulması təkcə ailələrin ərzaqla təminatı üçün mühüm mənbə deyil, həm də əhalinin məşğulluğunun təmin olunması, sosial sabitliyin artması, maddi rifah halının yaxşılaşması və sürətlə artmaqda olan ekoloji cəhətdən təmiz məhsul istehsalının vacib istiqamətlərindən biri hesab edilə bilər.

 

Fərdi yardımçı təsərrüfatların ən prespektivli sahələri

  1. Fərdi həyətyanı sahədə istənilən növ meyvə - tərvəz, göyərti və giləmeyvə yetişdirmək mümkündür. Eyni zamanda, sahibkar bu ərazilərdə istixana yaratmaqla soyuq mövsümdə də müxtəlif növ tərəvəz məhsulları yetişdirib bazara çıxara bilər.
  2. İstixanada tərəvəz, giləmeyvə, göyərti əkilib-becərilməsi ilboyu gəlir əldə etmək üçün yaxşı vasitədir. Həyətyanı sahələrdə və ya icarəyə götürülən ərazilərdə fərdi istehlak və ya satış üçün tərəvəz becərilməsi məqsədilə bir vı ya bir neçə istixana qurula bilər.
  3. Ev quşlarının saxlanması və istehlakçıların təzə yumurta, ətlə təmin edilməsi üçün uyğundur.
  4. Heyvanların saxlanılması üçün əlverişlidir. Məsələn, 15 sot həyətyanı sahə eyni vaxtda 10-12 baş iribuynuzlu mal-qara, 60 baş qoyun, 50 qəfəs dovşan saxlamağa imkan verir, əlavə olaraq bağ, bostan üçün sahə də qalır.
  5. Arıxana – təbii bal, arı pətəyi, perqa (tozcuq) və digər arıçılıq məhsulları ilə təminat.
  6. Balıqların süni şəkildə yetişdirilməsi. Balıq yüksək təlabatlı və ekoloji cəhətdən təmiz məhsul olduğundan. Perspektivli sahə üzrə də fərdi yardımçı təsərrüfatlar qurula bilər.

Sahibkarlıq istiqaməti seçərkən bölgənin iqtisadi, iqlim və mədəni xüsusiyyətləri, həmçinin, əhalinin təlabatı nəzərə alınmalıdır. Məsələn, istənilən fərdi təsərrüfatda quşçuluq və tərəvəzçilik kimi bir neçə sahənin birləşdirilməsi mümkündür. 15-20 hektar ərazidə yaşayış evi, quş damı, bostan və təsərrüfat tikliləri üçün kifayət qədər yer var. Həmin sahəyə əlavə olaraq bir neçə arı pətəyi və dovşan üçün qəfəs də yerləşdirmək mümkündür..

Fərdi təsərrüfatlarda istehsal olunan təbii və ekoloji cəhətdən təmiz məhsullar aşağıdakı yollarla realizə oluna bilər.

  • Yerli sakinlərə satılaraq;
  • Yerli bazara çıxarılaraq;
  • İnternet vasitəsilə satılaraq;
  • “Kənddən-şəhərə” yarmarkalarında satılaraq

 

Subsidiya qaydaları

Dövlətin fermerlərə dəstək mexanizimlərindən biri olan əkin üçün ayrılmış subsidiya məsələsinə toxunmaq da yerinə düşər. Burada əsas şərt dövlətin torpağın hər hektarı üçün sahibkarlara-fermerlərə maliyyə vəsaiti ayırması və məhsulun əkilib-becərilməsidir. Dövlət tərəfindən əkinçilik üçün ayrılmış pul vəsaitini yalnız kənd təsərrüfatının inkişafına sərf etmək olar. Subsidiyalar nağd və qeyri-nağd formada verilə bilər. Fermerlər və ya torpaq sahibləri dövlətdən nağd şəkildə aldıqları subsidiyanın ümumi məbləğinin 25 faizini, qeyri-nağd formada aldıqları subsidiyanın isə 75 faizini torpağın münbitliyinin artırılmasına, toxum və mineral gübrələrin alınmasına sərf etməlidirlər. Fərdi həyətyanı sahədə biznesin yaradılması, ilkin kapitalı olmayan insanlar üçün yaxşı fürsətdir.

 

Fermerlər və ya torpaq sahibləri dövlətdən nağd şəkildə aldıqları subsidiyanın ümumi məbləğinin 25 faizini, qeyri-nağd formada aldıqları subsidiyanın isə 75 faizini torpağın münbitliyinin artırılmasına, toxum və mineral gübrələrin alınmasına sərf etməlidirlər.

 

Fındıqçılığın inkişafına dair tələblər:

Gəlirli sahələrdən biri də fındıqçılıqdır. Hazırda daxili bazarda fındıq qıtlığı mövcuddur. Ölkəmizdə fındıq bağları azlıq təşkil edir və bu məhsula olan ehtiyac Türkiyə və digər ölkələrdən idxal yolu ilə ödənilir. Dünyada illik fındıq istehsalı 600-750 min ton arasında dəyişir ki, bunun da 350-450 min tonu Türkiyənin payına düşür. Azərbaycanda isə illik 40-45 min ton fındıq istehsal olunur.

2018-ci ildə Türkiyə dünyanın 120 ölkəsində 1,64 milyard dollarlıq fındıq ixrac edib. Göründüyü kimi, bu sahədən yaxşı qazanca əldə etmək olar. Üstəlik, bu bitkinin yetişdirilməsi xüsusi qulluq da tələb etmir. Məhsulun əldə edilməsi üçün əkinçilik texnologiyasının sadə qaydalarına əməl etmək kifayətdir.

 

Fındıqçılıq üçün başlanğıc kapital

Fındıqçılığa sıfırdan başlamaq üçün təxminən 24.500 manat investisiya tələb olunur.

  • 1 hektar torpaq sahəsinin alınması (məsələn, xaçmaz rayonunda)-10.000 manat
  • Texniki və ağac əkilməsi üçün tələb olunan vəsait-7000 manat
  • İşçilərə əmək haqqı şəklində ödənilcək vəsait-7500 manat

Bu layihədə aylıq xərclər nəzərdə tutulmayıb. Fındıq kllarına qulluq və suvarma işi ilə məşğul olacaq şəxslər mövsümi işçilər kimi işə qəbul olunurlar.

Bir hektarda təxminən 2500 kq fındıq toplamaq mümkündür. Bir kiloqram qabıqsız fındığın(ləpənin) orta qiyməti təxminən 8-9 manatdır. Yəni ilk dörd ildə ağacların meyvə verməyəcəyini də nəzərə alsaq, 22.500 manata yaxın qazanc əldə etmək mümkündür. İlk məhsul yığımı dövrdə isə tam olaraq çıxmaq mümkündür.

Necə deyərlər, başlamaq işin yarısıdır. Fərdi torpaq sahənizdən istifadə edərək təsərrüfat yaratmaq qərarı şəxsi biznesinizi qurmaq üçün atacağınız ən mühüm addım hesab oluna bilər.

 

Gələcəyin Aqrar Peşələri

 

Futuroloqların sözünə inansaq, yaxın 10-20 il ərzində kənd təsərrüfatına böyük bir inqilab gözləyir. XX əsrin birinci yarısında kənd təsərrüfatında mühərrikli texnikanın geniş yayılmasına gətirib çıxaran proseslərlə müqayisə etməklə  də bu qənaətə gəlmək mümkündür.

 

Bəllidir ki, texnologiyaların inkişafı ilə əlaqədar olaraq, yeni peşələrin yaranması gözləniləndir. Bu peşələrdən çoxu həm ənənəvi bacarıqları, həm də yeni bilikləri özündə birləşdirəcək. Digərləri isə hələ analoqu olmayan hesab edilir. Onların aqrar sahədə əsl inqilaba çevriləcəyi proqnozlaşdırılır.

 

Şəhər fermerləri

Kənd təsərrüfatı artıq böyük şəhərlərdə də özünə yer edir. Kənd təsərrüfatı məhsulları artıq göydələnlərin damında yerləşdirilir. Onlar, belə demək olarsa, şaquli fermer təsərrüfatı sayılır. Bu, artıq heç kimi təəccübləndirmir. “Skolkovo” analitik tədqiqat mərkəzinin mütəxəssisləri hesab edirlər ki, 15 ildən sonra yeni bir peşə-“şəhər fermeri” peşəsi yaranacaq. Şəhər fermerləri müasir meqopolis şəraitində kənd təsərrüfatı məhsullarının becərilməsi üzrə ixtisaslaşacaqlar. Həmçinin, daha məhdud şəraitdə həmin məhsulların yetişdirilməsi və daha da təkmilləşdirilməsi bacarıqlarına malik olacaqlar.

 

Aqronom-genetik

Geni dəyişdirilmiş məhsullar barədə danışılan bütün qorxulu hekayələrə baxmayaraq, onlar tədricən bütün dünyanı tutmağa davam edir. Buna görədə gələcəkdə bitkilərin genlərinin modifikasiyası sahəsində ixtisaslaşmış aqronomlara böyük ehtiyac yaranacaq. Onlar təcrübədə biotexnologiyanın əldə etdiyi nailiyyətləri tətbiq edərək, kənd təsərrüfatı məhsullarını yerli iqlim şəraitinə uyğunlaşdıracaqlar.

Nəticə etibarilə, bu, bitkilərin dadının daha da təkmilləşməsinə, məhsuldarlığın artmasına və məhsulların saxlanma müddətinin uzadılmasına səbəb olacaq.

 

Biohakerlər

Məşhur futuroloq Tomas Frey uzun sürən araşdırmalardan sonra belə qənaətə gəlib ki, kənd təsərrüfatı məhsullarının genetik modifikasiyasının sülhməramlı məqsədlərlə aparılması dayanmamalıdır.

Məsələn, A şirkəti şəhər şəraitində geni dəyişdirilmiş pomidorların yetişdirilməsinə külli miqdarda yatırım edib. Bazardakı payını itirməmək üçün B şirkəti biohakerə müraciət edir ki, o, hazırladığı genetik kodla məhsulların parçalanmasını sürətləndirsin. Nəticədə A şirkəti topladığı məhsulun sürətlə xarab olması səbəbindən böyük iqtisadi zərərə uğrayır.

 

Onun fikrincə, yaxın 30 ildə biohakerlər üzə çıxacaq ki, onlar orqanizmlərin genetik kodunu dəyişməklə sanki kompüter sistemlərini sındırmağa bənzər fəaliyyət həyata keçirəcəklər. Qeyri-sağlam rəqabətin ardınca qaçanlar həmin hakerlərin əməyini çox yüksək qiymətləndirəcək.

 

Məsələn, A şirkəti şəhər şəraitində geni dəyişdirilmiş pomidorların yetişdirilməsinə külli miqdarda yatırım edib. Bazardakı payını itirməmək üçün B şirkəti biohakerə müraciət edir ki, o, hazırladığı genetik kodla məhsulların parçalanmasını sürətləndirsin. Nəticədə A şirkəti topladığı məhsulun sürətlə xarab olması səbəbindən böyük iqtisadi zərərə uğrayır.

 

Dron operatoru

Bir çox ölkələrdə kənd təsərrüfatı məhsullarına nəzarət etmək üçün artıq pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə olunur. Ona görə də, yaxın 10 il ərzində böyük kənd təsərrüfatı şirkətlərində ayrıca peyk və aerokəşfiyyat istiqamətində ixtisaslaşmış şöbələrin yaranması labüddür. Onlar pilotsuz uçuş aparatlarından ibarət komandanın işinə nəzarət edəcək. Həmçinin, texnoloji proseslərin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlayan analitiklər də işə cəlb olunacaqlar. Ağıllı kənd təsərrüfatı texnikasının inkişafı ilə hətta sıravi traktorçular belə kompüter vasitəsilə masa arxasında oturaraq əkin, suvarma və məhsul yığımına nəzarət edəcəklər.

 

Aqromühəndis

Kənd təsərrüfatı texnikası ilbəil daha mürəkkəb forma alır. Adi mexanikin bacarıqları “smart” traktor və ya kombaynı təmir etməyə kifayət etmir. Artıq mütəxəsislərə mikroelektronika, proqlamlaşdırma və şəbəkə texnologiyaları üzrə bilik və bacarıqlar tələb olunur. Bu səbəbdən yaxın 10 illiklər ərzində aqro mühəndis ixtisası yaranacaq ki, onun da vəzifə borclarına ağıllı maşınlara xidmət olunması və proqramların quraşdırılması, həmçinin, onların intellektual klasterlərə birləşdirilməsi kimi fəaliyyətlər daxil olacaq.

 

Zootexnik

Mal-qaranın məhsuldarlığının artırılması üçün onlara münbit saxlanma şəraitinin yaradılması çox vacibdir. Mikroiqlimin təmin edilməsi, balanslaşdırılması yem rasionu və xəstəliklərin vaxtı-vaxtında profilaktikası mütləq yerinə yetrilməlidir. Zootexnik ixtisası biologiya, baytarlıq dietologiyası, həmçinin, texniki bacarıqlar sahəsində biliklər tələb edən bir ixtisas olacaq. Bu cür mütəxəssisin vəzifəsi borcuna mikroiqlim sistemlərinin quraşdırılması, avtomatik yemləmə qurğularının işə salınması, baytarlıq avadanlıqlarının istismarı, heyvanların vəziyyətinin real zaman rejimində izlənməsinə imkan verən effektiv  yemləmə metodlarının hazırlanması  və mal-qaranın saxlanılması şəraitinin təkmilləşdirilməsi üzrə digər bu kimi vəzifələr daxil ediləcək.

 

Aqroekoloq

Da Vinçi İnistitunda belə hesab edirlər ki, kənd təsərrüfatı sahəsinin inkişafı yaxın gələcəkdə çox aktual mövzu olacaq. Məhsuldar torpaqların azalması şəraitində təbii ehtiyatların maksimum qoruma metodları üzrə ixtisaslaşacaq yeni sinif ekoloqların ortaya çıxması tələbatı yaranacaq.

Kənd təsərrüfatı ekoloqlarının tapşırıqlarına aşağıdakılar daxil olacaq:

Tullantıların ultizasiya, müxtəlif növ məhsulların becərilməsindən sonra torpaqların bərpa edilməsi, həmçinin, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə təbii proseslərin pozulmasına səbəb olmayan proqramların yaradılması. Bu mütəxəssislər ekoloji təmiz məhsul əldə etmək, bununla da, bütün  tələblərə cavab verən məhsul ərsəyə gətirmək üsullarıni araşdıracaq.

 

Aqrokibernetiklər

Bu gün zavod fabriklərin avtomatlaşdırılması üçün çox sayda proqramçı və texnik işləyir. Bu cür mütəxəssislərə yaxın gələcəkdə kənd təsərrüfatı sahəsində çox tələbat olacaq. Aqrokibernetiklər fermaların qurulması və onlara lazımi xidmət göstərilməsi üçün avtomatizasiyanın yeni metodlarının tətbiqinə, həmçinin, texnoloji proseslərə nəzarətə cavabdeh olan mütəxəssislərin olacaqlar.  Yaxın gələcəkdə fermerlərə öz təsərrüfatlarını vahid rəqəmsal sistemə çevirməyə kömək etməyi təəklif edə biləcək xüsusi şirkətlər yaradıla bilər. Futuroloqların proqnozları yuxarıda qeyd olunan ixtisaslar üzrə özünü doğruldacaq ya yox, bunu yalnız zaman göstərəcək. Amma gözlənilən odur ki, bizi qarşıda gözləyən texnoloji sıçrayış idarəetmədə rəqəmsal metodların kütləvi şəkildə tətbiq edilməsi, həmçinin, biotexnologiyalarla əlaqədar olacaq. Bu sıçrayış kənd təsərrüfatını tanımaz hala gətirəcək dərəcədə dəyişməyə qadirdir.

 

Arzu Hacıyev

İqtisadi elmlər namizədi, fəlsəfə elmlər doktoru Zəngilan DAİM-in müdir müavini