Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri

Aqrar sahə Azərbaycan iqtisadiyyatının mühüm tərkib hissəsidir. Xalqımızın ümumimilli lideri Heydər Əliyev bu sahənin inkişafında çox böyük xidmətləri var. O, işlədiyi dövrdə aqrar sahənin inkişaf modelini qurub. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev isə bu sahənin inkişaf strategiyasını uğurla həyata keçirməkdədir. Artıq hər bir aqrar sahə əməkdaşı bilir ki, respublikamızın dinamik və dayanıqlı inkişafının təmin olunmasında qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan aslılığın azaldılması əsas istiqamətlərdəndir.

Strateji yol xəritəsində ölkənin kənd təsərrüfatının inkişafı ilə bağlı 2020-ci ildə strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Ölkəmizdə ərzaq təhlükəsizliyinin dayanıqlığının gücləndirilməsi bazar infrastrukturunun inkişafı, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və istehsalçıların bazara çıxışının asanlaşdırılması kənd təsərrüfatı sektorunun formalaşmasına səbəb olub. Abşeron respublikamızın ən iri sənaye-aqrar rayonlarından biridir. Abşeronda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl etməklə təşkilini təmin etmək məqsədi ilə Abşeronda Dövlət Aqrar İnkişaf Mərkəzi yaradılıb.

Abşeron DAİM-də Maliyyə-təsərrüfat, heyvandarlıq, texniki nəzarət və bitkiçilik sektorları fəaliyyət göstərir. Mərkəzimiz Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu inzibati ərazisindəki kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan istehsalçılara dövlət dəstəyi tədbirlərinin təşkilini, bu sahədə tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirir. Mərkəzimiz aqrar sahədə mövcud olan problemlərin həllində mərkəzi icra hakimiyyət orqanlarının yerli struktur bölmələri ilə tədbirlər planına uyğun əməkdaşlıq etməklə, rayondakı yerli qurumların fəaliyyətini koordinasiya edir. Eyni zamanda, fermerlərin koordinasiya şurasını fəaliyyətinə dəstək verməklə, aqrar sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Yeni investisiya layihələrinin həyata keçirilməsinin üstünlükləri barədə istehsalçılara məsləhət verilir.

Mərkəzimizdə fermerlərin aqrar sahəsindəki problemlərini yerində müəyyən etmək və həll yollarını axtarmaq, gənc mütəxssislərin ideyalarını reallaşdırmaq məqsədilə “Aqrar İnkişaf Könüllüləri” bölməsi fəaliyyət göstərir.

Abşeronda maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük, və subtropik meyvəçiliyin inkişaf etirilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Bu bölgə zeytun, zəfəran, püstə, badam, əncir və xar tutu ilə məşhurdur.

Zəfərandan boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Dünya bazarında zəfəranın qiyməti çox bahadır. Yerli zəfəranın keyfiyyəti digər ölkələrdən idxal edilən zəfəranın keyfiyyətindən yüksəkdir. Bakının Zirə qəsəbəsində 12 hektar sahədə, digər kənd və qəsəbələrdə 2 hektar həyətyanı sahədə zəfəran becərilir.

Respublikamızın kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasında Abşeronun xüsusi payı var. Abşeron yarmadasında istixanalarda istehsal olunan pomidorun respublikamızın pomidora olan tələbatının ödənilməsində rolu böyükdür. Zirə pomidoru regionumuzda və MDB ölkələrində  dadlı pomidor növlərindən biri kimi çox yaxşı tanınır. Son illər Abşeron yarmadasında pomidor becərilən müasir istixanaların əraziləri genişləndirilir. 2018-ci ildə ölkəmizdə ümumi sahəsi 1,3 min hektar olan istixanalarda 205,9 min ton məhsul istehsal edilib. Onun 17738078 dollar dəyərində olan 171 min 921 tonu pomidorun payına düşür.

Hesab edirik ki, zəfəran, üzüm, badam, püstə, əncir meyvə sahələrinin genişləndirilməsi, məhsul istehsalının artırılması istiqamətində də ciddi addımlar atılmalıdır.

Heyvandarlıq sahəsi respublikamızda sürətlə inkişaf edir. Heyvanların sayı 2017-ci ildə 17290 baş, 2018-ci ildə 20350 baş olub. 2017-ci ildə 48986 ton süd , 2018-ci ildə isə 52426 ton ət istehsal edilib. Bu rəqəm 2017-ci ilə 675000 ton, 2018-ci ildə 1.092000 ton olub. Lizinqlə alınan itibuynuzlu mal-qaranın sayı 2017-ci ildə 185 baş, 2018-ci ildə isə 297 baş təşkil edib. 2019-cu ilin 9 ayı ərzində yeni doğulmuş 806 buzova görə 80600 AZN subsidiya verilib. Cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2512 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılıb. Cari ildə arı saxlayan 103 fermerə saxladıqları 3035 arı ailəsinə görə 30350 AZN subsidiya verilib.

Heyvandarlıqda qapalı rejimdə intensivliyin təmin olunması üçün alternativ yem bazasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Əkin dövriyyəsində istifadə etmədən ye istehsalı ilin bütün mövsümlərində mümkündür. Arpa, buğda, qarğıdalı, trikatale və digər dənlərdən istifadə etmklə qarışıq yaşıl yem istehsalın genişləndirmək heyvandarlıqla süd istehsalını və heyvanların dölvermə qabiliyyətini artırmaq mümkündür.

Rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalının dayanıqlı artan templə inkişafını təmin etmək məqsədilə böyük fermer təsərrüfatlarının yaradılması, istehsala yen texnologiyaların tətbiqi, soyuducu, anbarların tikilməsi, yeni emal müəssələrinin qurulması, istifadə sualarının təmizlənərək, təkrar suvarmaya qaytarılması və.s işlər əsas hədəfimizdir.

Dövlət Aqrar İnkişaf Mərkəzində “vahid pəncərə”pirnsipini tətbiq etməklə şəffaflığın artırılması təmin edilib, fermerlərlə əlaqələrin qurulması mexanizmi təkmilləşdirilib.

 

Səid Mahmudov

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru.