Meyvələrin şahı nar

Son illər uğurla həyata keçrilən dövlət proqramları qeyri-neft sektorunun davamlı inkişafına təkan verib. Qeyri-neft sektorunun ölkənin iqtisadi potensialının gücləndirilməsindəki rolunu nəzərə alaraq, bir sıra müvafiq assosasiyalar yaradılmaqdadır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası da  belə qurumlardandır.

Azərbaycan Nar İstehsalçılar və İxracatçılar Assosiasiyasının (ANİİA) yaradılmasında əsas məqsəd bu sahədə yaranan problemlərə tez reaksiya vermək, nar istehsalçıları ilə emalçılar arasında qarşılıqlı əməkdaşlığı təmin etmək, həmçinin, istehsal olunan məhsulların müştərək marketinqi üçün kooperativ təsərrüaftların formalaşmasına şərait yaratmaq üçün nar təsərrüfatlarını birləşdirməkdən ibarətdir. Narçı fermerlərin gəlirlərinin artmasına, maddi durumunun yaxşılaşmasına səbəb olan təlim-tədris işlərinin aparılması əsas vəzifələrimizdəndir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatı dəstəyi ilə təkcə 2019-cu ildə Aran iqtisadi zonasının müxtəlif rayonlardakı nar bağlarında aqrotexniki qulluq və qida təhlükəsizliyi mövzularında 12 təlim keçrilib. Hazırda üzvlərimizin sayı 350 nəfərdən çoxdur. Onların arasında böyük nar emalçıları ilə bərabər kiçik narçı fermerlər də var.
Bu günə kimi ANİİA tərəfindən 9 sosial-mədəni tədbir keçirilib. Bunlardan “Meyvələrin şahı nar” rəsm və heykəltaraşlıq müsabiqəsi, “Nardan doğan rənglər” adlı fotomüsabiqə, Heydər Əliyevin anadan olmasının 95 illik, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr edilmiş tədbirləri xüsusilə qeyd etmək olar. Mədəniyyət və İncəsənət xadimləri ilə əməkdaşlıq qurmaq,  həm də onlara Azərbaycan narının daha geniş tanıdılmasında yardımçı olmaqdır. Narçılığın inkişafı istiqamətində qarşıda duran əsas vəzifələrdən bir də narçılıq dəyər zəncirinin bütün hissələri arasında əməkdaşlığı gücləndirməkdir. 
Aqrar sahədə aparılan silsilə islahatlar davamlı inkişafa real zəmin yaradıb. Son illər bu sahədə nəzərəçarpacaq artım müşahidə olunur. Respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin, narçılğın inkişaf etdirilməsini zəruri edir. Azərbaycan nar müxtəlifliyi və nar sortlarının sayına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı Gülöyşə”, “Bala Mürsəl”, “Şah nar”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və sair sortlar becərilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi, narçılıqda da inkişaf müşahidə edilir. Azərbaycanda narçılıqda inkişaf müşahidə edilir. Azərbaycanda narçılıq zəngin tarixi ənənəyə  və böyük potensiala malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçrilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub. Bununla da, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaranıb. 

Bu gün narın və ondan hazırlanan məhsulların ixrac coğrafiyası 30-dan çox ölkəni əhatə edir. Bu siyahıya Şimali Amerika, Avropa, Cənub-Şərqi Asiya ölkələri və Avstraliya daxildir. 2018-ci ildə ümumi dəyəri 23 milyon dollardan artıq həcmdə nar və nar məhsulları ixrac edilib. Bu rəqəmin təqribən yarısı nar meyvəsinin payına düşür. Emal məhsulları arasında ixrac strukturunun əsasını nar şirəsi, nar konsentratı və narşərab təşkil edir. Qeyd etmək lazımdır ki, 2017-ci illə müqayisədə 2018-ci ildə nar və nar məhsullarının ixrac valyuta ekvivalentində təqribən 20 faizə qədər artıb. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na müvafiq olaraq intensiv meyvə bağlarına, həmçinin, intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək.
Nar Azərbaycanın simvolu sayılır. Həm cənab Prezident, həm də hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən nara böyük qayğı, sevgi ilə yanaşılır. Beynəlxalq yarışlarda, sosial tədbirlərdə narın simvol kimi seçilməsi narçılığın təşviqinə böyük töhvə verir. Bizim nar sahəsinə qayğımız dövlət tərəfindən yüksək qiymətləndirilir. 2018-ci ildə 9300 tondan artıq yaş meyvə olaraq nar ixrac edilib. Ümumi istehsal 170 min ton olub. Digər ölkələrdə 1 hektardan 25-40 ton məhsul götürüldüyü halda, Azərbaycanda bu rəqəm 7 tondur. Biz bunu 15-20 tona çatdırmaq niyyətindəyik. Bunun üçün ikiistiqamətli planımız var. Birinci istiqamət qida təhlükəsizliyi və sertifkatlaşdırma, ikinci istiqamət isə aqrotexnika becərilmə, suvarma, qablaşdırma və ixracdır. Bu istiqamətlərlə bağlı təlimlər keçirilməsi nəzərdə tutulur. 
Qeyd edək ki, meyvəçiliyin inkişafı üçün yeni dövlət proqramı hazırlanıb. Hazırda narçılıq Təsərrüfatlarının ümumi sahəsi 24 min hektardır. Dövlət proqramına uyğun olaraq nar bağlarının həcminin 28 min

2018-ci ildə 9300 tondan artıq yaş meyvə olaraq nar ixracı edilib. Ümumi istehsal 170 min ton olub. Digər ölkələrdə 1 hektardan 25-40 tn məhsul götürüldüyü halda, Azərbaycanda bu rəqəm 7 tondur.
hektara çatdırılması nəzərdə tutulur. Həmçinin, hər hektardan 15 ton nar istehsal olunması planlaşdırılır.
Daha böyük rəqəmlər üçün fermerin əlinin altında daim gübrə-dərman preaparatları,aqrotexniki quluq üçün avadanlıq olmalıdır. Bu gün bunları əldə etmək üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gübrə-dərman almaq prosedurları elektronlaşdırılıb.

Ötən dövr ərzində narçılığın yayıldığı əsas bölgələrdə aqroturizimin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Turizim Asosiasiyası və Azərbaycanda Qadın Sahibkarların İnkişaf Assosiasiyası ilə memorandumlar imzalanıb. ANİİA, AZPROMO və “Premium Bank” arasında imzalanmış üçtərəfli memorandum əsasında Azərbaycana gələn xarici turistlər arasında Azərbaycan narını daha geniş təşviq etmək məqsədilə Heydər Əliyev  adına Beynəlxalq Hava Limanında videoçarxlar nümayış olunub, narı təbliğedən broşurlar və meyvələr qonaqlara hədiyyə edilib. 
Narın tərkibindəki antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsizləşdirir. Çünki narın tərkibindəki C vitamini bədənin soyuq havalara müqavimətini artırır. 
Əsas hədəfimiz istehsal gücünün, ixrac rəqəminin, nardan alınan məhsul çeşidlərinin artırılması və bu məhsulların dünya bazarında daha çox satılmasıdır. 
Bütün nar istehsalçılarlı və ixracatçıları adından bizim üçün yaradılan şəraitə, dəstəyə və bizi qiymətləndirdiklərinə görə cənab Prezidentə dərin təşəkkürümüz bildiririk. 

Narın tarixi 
İlk olaraq Misir və qədim Yunanıstanda becərilən narın yetişdirilmə arealı sonralar Türkmənistan, İran, Əfqanıstan, Hindistan, Çin kimi Asiya ölkələri, Şimali Amerika və Avropanın Aralıq dənizi sahili ölkələrinə qədər genişlənib. Narın Hindistanda yetişdirilən Çandra və Cavad növlərin aid məlumatlar sayəsində, bu meyvənn eramızdan təxminən 4000 il əvvəl becərildiyini söyləmək olar. Narın adına səmavi dinlərin müqəddəs kitablarında da rast gəlinir. 
Nar meyvəsi əsasən üç hissəyə bölünür: üz qabığı, dənələri ayıran daxli qabığ(pərdə) və dənələr. Narn yeyilə bilən hissəsi meyvənin bütov çəkisinin 55-60%-ni təşkil edir. Narın 80%- şirədən, 20%-i sə dənələrdən ibarətdir. Sıxılmış nar şirəsinn tərkibi 85% su, 15% isə şəkər, pektin, askorbin turşusu, avonoid, amin turşuları və başqa kimyəvi birləşmələrdən ibarətdir. Narın bu unikal tərkibi onun bir çox xəstəliklərdə çox effektiv təsirə malik olmasına, müxtəlif bioloji pozuntuların qarşısının alınmasında müsbət rol oynamasına səbəb olur. Kliniki testlər nəticəsində narın xərçəng xəstəliyinin müalicəsində də tətbiq oluna biləcəyi sübut edilib. 
 

Narın faydaları
“Atherosclerosis” jurnalında dərc edilmiş tədqiqat nəticələrinə görə, 3 ay müddətində hər gün 180 ml nar şirəsi içmiş pasiyentlərin damarlarında aterosklerozun inkişaf riski əhəmiyyətli dərəcədə azalib. Ateroskleroz şəkərli diabet xəstələrində ölüm hallarının əsas səbəbidir: mədəaltı vəzin çatışmazlığından əziyyət çəkənlərin 80%-i ondan dünyasını dəyişir. Ən təccüblüsü odur ki, nar şirəsinin tərkibində olan şəkər qanda şəkərin səviyyəsini artırmır. Başqa meyvələrdən fərqli olaraq, nar şirəsinin tərkibindəki şəkər unikal antioksidantla zəngindir, bu da onu ateroskleroza qarşı effektiv peparata çevirir.

Ürək və damarlara faydası
Nar təbii antibiotik olduğu üçün ürək və damarlardakı zərərli maddələri təmizləyir, mikrobları öldürür. Hər gün bir stəkan təzə nar şirəsi ürək və damarlara yaxşı təsir edir.
Narın tərkibindəki antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsizləşdirir. Çünki narın tərkibindəki C vitamini bədənin soyuq havalara müqavimətini artırır.
Turş nar bəhməzi balla qarışdırılaraq davamlı olaraq qəbul edildikdə mədə iltihabının qarşısını alır. Lakin bu qarışıq acqarnına qəbul edilməlidir. Yeməkdən sonra bir  dənə nar yemək isə həzmi asanlaşdırır. Narın daxili orqanlarda meydana gələ biləcək iltihab və yaralara faydası olduğu kimi, dərimizdə əmələ gələn yara və iltihablara da önləyici təsiri var. Dəridəki hər hansı bi yaraya nar qabığı sürtərək onun sağalmasını təmin etmək mümkündür. 

Nar gözəlliyin keşiyində
•    Antioksidantdır
•    Kollagen sintezinə təkan verir
•    Nəmləndiricidir
•    Ağardıcı və xəfif aşındırıcıdır
•    Dərini vitaminlə təmin edir
•    Qoruyucudur
•    Dəriyə elastiklik verir məsamələri daraldır, sebotənzimləyicdir.

 

Fərhad Qaraşov
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, iqtisad üzrə fəlsəfə doktoru