Dövlət büdcəsi hesabına aparılan profilaktik, diaqnostik və müalicə tədbirləri

“Kənd təsərrüfatı iqtisadiyyatımızın çox önəmli sahəsidir. Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və biz bu sahəyə daim diqqət yetirməliyik.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda son illər həyata keçirilən uğurlu islahatlar stabil sosial-iqtisadi inkişafın təmin olunmasına, iqtisadiyyatın neft sektorun asılılığının azalmasına imkan yaradır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm işləri görülür və aqrar sektora qoyulan investisiyalar ibəil artır. Bu sahədə ən başlıca vəzifə məhsuldarlığın artılıması hesabına ərzaq təhlükəsizliyinin və rəqabətə davamlılığının təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə müasir, innovativ istehsal texnologiyaları və metodlarının tətbiqini tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Heyvandarlığın İnkişafına dair Dövlət Proqramı” hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərinin tətbiqi sayəsində heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq və ərzaq təhlükəsizliyini təmin etməkdir. Proqramın yerinə yetrilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcminin artırılması da nəzərədə tutulur. Proqramın uğurlu həyata keçirilməsi üçün ölkədə epizootik vəziyyətin sabitliyi vacib şərtlərdən biridir. Azərbaycan Respublikası 1995-ci ildən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) üzvüdür. Dövlətimiz təşkilatın “Suda və quruda yaşayan heyvanların sağlamlığı kodeksi”ni rəhbər tutaraq , milli baytarlıq qanunvericiliyini həmin sənədə uyğun formada həyata keçirir və ona istinad edərək, heyvanlarda rast gəlinən xüsusi təhlükəli xəstəliklərin siyahısını tərtib edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 7 mart tarixli 65 nömrəli qərar ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”nda 11 növ xəstəlik qeydə alınıb. Həmin siyahıya iri və xırda buynuzlu heyvanlarda dabaq virusunun bütün tipləri, qarayara, quduzluq, verəm, brusellyoz, leptospiraz, Ku qızdırması, trixinellyoz, taun, süngəvari ensefalopatiya, kontagioz plevropnevmoniya, dəvələrdə taun, xırdabuynuzlu heyvanlarda çiçək, infeksion artrit, taun, skrepi, donuzlarda Afrika taunu, adi taun, vezikulyar və teşen xəstəlikləri, atlarda Afrika taunu, kontagioz metrit, ensefalomiyelitlər, manqo, saqqo, quşlarda yüksək patogenli qrip (influensa), Nyukasl xəstəliyi, xəz dərili heyvanlarda su samurunun ensefalopatiyası, dovşanlarda hemoroji septisemiyası, qızıl balığın furunkulyozu daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 7 mart tarixli 65 nömrəli qərarına əsasən ( qeyd edək ki, respublika ərazisində əvvəllər qeydə alınmamış və adları çəkilməyən xüsusi təhlükəli xəstəliklər baş verdikdə bütün baytarlıq tədbirləri büdcə vəsaiti hesabına aparılır), 2013-cü ildə iri və xırdabuynuzlu heyvanların şmallenberqi, iribuynuzlu heyvanlarının nodulyar dermatiti, 2015-ci ildə blutanq, atların qripi və rinopnevmoniyasiya, 2018-ci ildə isə pasterellyoz, bradzot, anaerob enterotoksemiya kimi xüsusi təhlükəli heyvan xəstəlikləri də siyahıya əlavə edilərək təsdiqlənib.

Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit Və İnkişaf Agentliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş “Epizootik Tədbirlər Planı”na uyğun olaraq, 2019-cu ilin 9 ayı ərzində respublika ərazsində aşağıda qeyd olunmuş heyvan və quş xəstəliklərinə qarşı dövlət büdcəsi hesabına profilaktik, diaqnostik və müalicə tədbirləri aparılıb:

  • Qarayara əleyhinə peyvəndləmə (iribuynuzlu heyvanlarda) – 2910000 plana qarşı 2713684 baş heyvanda;
  • Qarayara əleyinə peyvəndləmə (xırdabuynuzlu heyvanlarda) – 7700000 plana qarşı 7501062 baş heyvanda;
  • Qarayara əleyhinə peyvəndləmə (təkdırnaqlılarda) – 85000 plana qarşı 81354 baş heyvanda;
  • Qarayara əleyhinə peyvəndləmə (donuzlarda) – 4500 plana qarşı 4105 baş heyvanda;
  • Qarayara əleyhinə peyvəndləmə (dəvələrdə) – 340 plana qarşı 320 baş heyvanda;
  • Taun əleyhinə peyvəndləmə ( donuzlarda) – 6000 plana qarşı  4585 baş heyvanda
  • Dabaq əleyhinə peyvəndləmə (iribuynuzlu heyvanlarda A, O, Asiya 1) – 6000000 plana qarşı 4150397 baş heyvanda
  • Dabaq əleyhinə peyvəndləmə (xırdabuynuzlu heyvanlarda A, O) – 15400000 plana qarşı 7727628 baş heyvanda;
  • Quduzluq əleyhinə peyvəndləmə (sahib olan itlərdə) – 250000 plana qarşı 242822 baş heyvanda;
  • Quduzluq əleyhinə peyvəndləmə (sahibsiz itlərdə) – 377 baş heyvanda;
  • Quduzluq əleyhinə peyvəndləmə (iribuynuzlu heyvanlarda) – 705 baş heyvanda;
  • Quduzluq əleyhinə peyvəndləmə (xırdabuynuzlu heyvanda) – 238 baş heyvanda;
  • “H” vaksini ilə peyvəndləmə ( quşlarda) – 25000000 plana qarşı 24736884 quşda;
  • “La-Sota” vaksini ilə peyvəndləmə (quşlarda) – 40000000 plana qarşı 31297117 quşda;
  • Leptosprioz əleyhinə peyvəndləmə ( iribuynuzlu heyvanlarda) – 380000 plana qarşı 394193 baş heyvanda;
  • Leptospiroz əleyhinə peyvəndləmə (xrdabuynuzlu heyvanlarda) – 240000 plana qarşı 200102 baş heyvanda
  • Infeksiyon nodulyar dermatit əleyhinə peyvəndləmə- 2560000 plana qarşı 2710560 baş heyvanda;
  • Çiçək əleyhinə peyvəndləmə (xırdabuynuzlu heyvanlarda) – 7700000 plana qarşı 8612641 baş heyvanda;
  • Rinopnevmoniya əleyhinə peyvədləmə (təkdırnaqlılarda) – 2500 plana qarşı 1169 baş heyvanda;
  • Qrip əleyhinə peyvəndləmə (tədırnaqlılarda) – 2500 plana qarşı 1022 baş heyvanda;
  • Brusellyoz əleyhinə şam Rev-1 vaksini ilə peyvəndləmə (xırdabuynuzluheyvanlarda) – 1650000 plana qarşı 725833 baş heyvanda;
  • Brusellyoz əleyhinə ştamm 19 vasini ilə peyvəndləmə (iribuynuzlu heyvanlarda) – 450000 plana qarşı 200068 baş heyvanda;
  • Brusellyoz əleyhinə peyvəndləmə 9iribuynuzlu heyvanlarda) – 530000 plana qarşı 110434 baş heyvanda;
  • Brusellyoz əleyhinə peyvəndləmə (təkdırnaqlılarda) – 115 baş heyvanda;
  • Brusellyoz əleyhinə peyvəndləmə (qoyunlarda) - 3811 baş heyvanda;
  • Brusellyoz əleyhinə peyvəndləmə (keçilərdə) –469 baş heyvanda;
  • Brusellyoz əleyhinə peyvəndləmə (qoçlarda) -150000 plana qarşı 12692 baş heyvanda;
  • Epididitmit əleyhinə peyvəndləmə (qoçlarda)- 150000 plana qarşı 11811 baş heyvanda;
  • Manqo əleyhinə peyvəndləmə ( təkdırnaqlılarda) -50000 plana qarşı 43148 baş heyvanda;
  • Vərəm əleyhinə peyvəndləmə (iribuynuzluheyvanlarda) – 200000 plana qarşı 147076 baş heyvanda;
  • Quş qiripi əleyhinə peyvəndləmə - 844 baş heyvanda;

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində ölkə ərazisində epizootik vəziyyət sabit olaraq qalır. Bu isə ölkənin bioloji təhlükəsizliyinə zəmin yaradaraq, aqrar sahədə heyvandarlığın inkişafına müsbət təsir göstərəcək.

 

Sialə Rüstəmova

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnistitutunun direktoru, baytarlıq üzrə fəlsəfə doktoru