Mövcud və yeni subsidiya sistemi

Mövcud və yeni subsidiya sistemi

Ərzaq və qida təhlükəsizliyinin davamlı olaraq artan təlabatının ödənilməsində səmərəli kənd təsərrüfatı siyasəti önəmlidir. Ərzaq, yem və yanacaq üçün təlabatın artması əkinçilik üçün əhəmiyyətli imkanlar təqdim edərkən, dövlət siyasi məhsuldarlığın artması, ətraf mühitin qorunması və iqlim dəyişikliyinə uyğunlaşma kimi problemləri həll etməkdən ibarətdir. Kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biridir. Bu gün kənd təsərrüfatı sektorunun qarşısında qoyulan hədəflər  qida təhlükəsizliyinin təmin edilməsi, ixracın, məhsuldarlığın, sosial təminat və məşğulluğun artırılmasıdır.

 

Mövcud subsidiya sistemində hansı məhsullar dəstəklənir?

2017-ci ildən etibarən ölkədə kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların həcmi artmış və Azərbaycan kənd təsərrüfatı sahəsində dövlət dəstəyinə görə lider ölkələrdən birinə çevrilmişdir. Cari dəstək mexanizmində subsidiyalar bütün məhsullara eyni qayda üzrə hektara görə verilir. Buraya gübrə və pestisid üçün çəkilən xərclər daxildir. Bundan əlavə pambıq, şəkər çuğunduru və tütün kimi bir sıra sənaye məhsulları üçün hər kiloqrama uyğun subsidiya verilir. Azərbaycan Respublika Prezidentinin 2018-ci il 20 dekabr tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə sahibkarlara texnikanı 40% güzəşt və 5 il faizsiz, damazlıq heyvanları isə 60% güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən ala biləcəklər.

Mövcud subsidiya sistemindən kim bəhrələnə bilər?

Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin verdiyi məlumata əsasən , təxminən 945 min fermerdən 379 mini  dövlət dəstəyindən yararlanıb (2017). Nəzərə alsaq ki, yerli fermerlərin təxminən 85%-i 1 hektardan az torpaqda təsərrüfatla məşğul olur, 1 hektara subsidiya almaq üçün sənədləşmə ilə məşğul olmaq onlar üçün sərfəli deyil.

Bəs mövcud subsidiya sistemi necə işləyir?

Mövcud sistemə əsasən, kənd təsərrüfatı vasitələri xərclərinin 70%-i (maksimum 230AZN/ha) dövlət tərəfindən subsidiyalaşdırılır. Eyni zamanda pambıq, tütün və şəkər çuğunduruna məhsulun hər kiloqramına ödənilir. Cari sistemin müraciət edilməsi və qiymətləndirilməsinin avtomatlaşdırılmasına görə bu sistemdə nöqsanlara yol verilir. Bundan əlavə, mövcud sistemdə büdcənin təxminən 51%-ni gübrə və yanacaq dəstəyi təşkil edir.

Bitkiçilik sahəsində ixtisaslaşmamış subsidiya sistemi əlavə dəyəri olmayan buğda, pambıq və arpa kimi məhsulların daha çox subsidiya almasına gətirib çıxarır. Bunun nəticəsində meyvə, tərəvəz, kartof, fındıq və bu kimi məhsullar üçün sahibkarlar minimal subsidiya almış olurlar. Nəticədə, mövcud subsidiya sistemi məhsul artımına istiqamətlənmədiyi üçün, fermerlər məhsuldarlığı artırmaqda maraqlı deyillər. Qeyd olunanları nəzərə alaraq, yeni subsidiya sistemi hazırlamaq və dövlət dəstəyini daha səmərəli istiqamətləndirmək məqsədilə yerli fermerlər bir neçə qrupa bölünüb: kiçik (0-1 ha), orta(1-100 ha) və iri (>100 ha) torpaq sahibləri. Kiçik torpaq sahibləri gəlirləri çox aşağıdır.(ayda 130 AZN-dən az) Bu fermerlər əsasən başqa sahələrdə fəaliyyət göstərirlər və öz qida istehlakını təmin etmək üçün kiçik təsərrüfat ilə məşğul olurlar. İkinci qrup fermerlər torpaqları daha az səmərəli yollarla istifadə edirlər. Aşağı gəlirlilik əsasən iki səbəbdən irəli gəlir: yüksək gəlir səviyyəsi olmayan məhsulların yetişdirilməsi və kənd təsərrüfatı vasitələrinə çıxışın məhdudluğu. Son qrup, adətən, iqtisadi gücə malikdir və səmərəliliyinin artırılması məqsədilə innovasiyanı və nou-haunu tətbiq etmək imkanlarına malikdir.

Yeni qaydalara əsasən, hər bir fermer EKTİS-də qeydiyyatdan keçməlidir.

Qeyd olunanları nəzərə alaraq, bitkiçilik sahəsi üzrə vahid mexanizm vasitəsilə idarə olunacaq daha asan və nəticəyə əsaslanan yeni dövlət dəstəyi proqramını inkişaf etdirib. Avtomatlaşdırmaya görə bu sistemdə nöqsanlara yol verilir. Bundan əlavə mövcud sistemdə büdcənin təxminən 51%-i gübrə və yanacaq dəstəyi təşkil edir.

Yeni sistemə görə subsidiya istəyən bütün fermerlər EKTİS-də qeydiyyatdan keçməlidir. Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərə subsidiyaları əlçatan edərək zaman itkisinin qarşısını alacaq. Fermerlər mobil telefon, planşet və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olaraq, təsərrüfatları, proqnozları barədə məlumatların həmin kabinetə daxil edə və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcək.

Subsidiyalar fərqli mexanizimlə hesablanacaq

Yeni sistemə əsasən, bitkiçilik sahəsi üçün təsdiq olunmuş baza məbləği 200 manat şura tərəfindən müəyyən edilərək əmsallara vurulub hesablanacaq. Baza məbləğində fərqli əmsalların tətbiqi təlabata uyğun bitkilərin uyğun ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən ediləcək. Bundan əlavə, seçilmiş məhsullara əlavə olaraq məhsul subsidiyası veriləcək.

Toxum subsidiyası-toxumçu fermerlərə sertifkatlı (1-ci və 2-ci reproduksiya) toxumların və tinglərin satışına görə şura tərəfindən müəyyən edilən kvotalara uyğun olaraq veriləcək.

Heyvandarlıq sahəsində isə subsidiyalar əvvəlki məbləğ və qaydada tətbiq olunacaq. Sadəcə fermerlər EKTİS-də qeydiyyatda olmalı və subsidiya almaq üçün sistem vasitəsilə müraciət etməlidir.

 

Subsidiyalara müraciət və istifadə mexanizmi asanlaşdırılacaq

Subsidiya vəsaitlərinin fermerlərin bank kartlarına ( fermer kartı) köçürüləcək. Fermerlər əkin subsidiyasının 25% ni birbaşa nağdlaşdıra biləcək. 75% -i isə nağdlaşdırmadan, sadəcə gübrə, prestisid, toxum və ting alışı zamanı hesabdan-hesaba köçürəcək.

Kənd təsərrüfatı üçün istehsal vasitələri satan təchizatçılar da EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerlər il ərzində onlara ayrılan, amma istifadə edə bilmədikləri vəsaiti eyni il ərzində aparılan növbəti əkinləri üçün də xərcləyə biləcək.

Yeni qaydalar kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini stimullaşdıracaq

Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə verilən əkin subsidiyasının miqdarı 10% çox olacaq.

 

Zöhrə Məmmədova

Aqrar kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatı Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsinin monitorinq və qiymətləndirmə üzrə mütəxəssis