Çiçək Xəstəliyi

Çiçək kontagioz infeksion xəstəlik olub isitmә, dәri vә selikli qişalar üzәrindә spesifik sәpkilәrin әmәlә gәlmәsi ilə səciyyәlәnir. Çiçək xəstəliyi qoyunçuluq, quşçuluq, donuzçuluq və başqa təsərrüfatlara ciddi iqtisadi zərər vurur, yun və ət məhsuldarlığı aşağı düşür, böyük ölüm faizi ilə nəticələnir. İnfeksiya xəstə heyvanların burun axıntısı və pustula mayesi ilə xarici mühitə yayılır. Virus orqanizmə tənəffüs və həzm üzvləri vasitəsilə, selikli qişalar və dəri zədələnmələri ilə daxil olur.
Törədicinin yayılmasında yem, su, peyin və s. mühüm rol oynayır. Xəstəlik bütün fəsillərdə baş verirsə də, daha çox nəmli və soyuq hava şəraitində olur. Kәnd tәsərrüfatı heyvanlarında xәstәlik abortiv, yayılmış vә hemorroji formada müşahidә edilir. Abortiv forma zamanı dәri üzәrindә az miqdarda çiçәk ocaqları yaranır vә bütün mәrhəlәlәr yaranmadan tezliklә sağalma ilә nәticәlәnir.
Yayılmış forma zamanı çiçәk ocaqları böyük sahәni әhatә edir, heyvanın temperaturu kәskin dәrәcәdә yüksəlmәklә onun vәziyyәti ağırlaşır. Hemorroji forma zamanı isə dәridә vә pustula içәrisində çoxlu miqdarda qan sağıntıları nәzәrә çarpır vә buna «qara çiçәk» dә deyilir.
Quzular xəstəliyə daha çox hәssasdır.

Xəstəliyin hemorroji vә yayılmış formasında 100% , abortiv formada isә 2-3% - ə qәdәr ölüm müşahidә olunur. Keçilәrdә çiçək xәstәliyi yüngülgedişli olmaqla çiçәk sәpkilәri әn çox yelin üzәrindә əməlә gәlir.
Atlarda çiçәk xəstəliyi nadir hallarda görünmәklә әsasәn dayçalara yoluxur.Atlarda çiçәk ocaqları әn çox ağızın selikli qişasında görünür. Bu ocaqlar müxtәlif böyüklükdә olmaqla mərhәlәlәr ardıcıllıqla biri digərini әvәz edir, bəzi mәrhәlәlәr inkişaf etmir. Xәstәlik 2 hәftәdәn sonra sağalma ilә nәticәlənir.

Kənd təsərrüfatı heyvanlarında çiçək xəstəliyi

Qoyunlarda çiçәk ilin bütün fәsillәrindә müşahidә edilmәklə ilin soyuq vә yağmurlu dövrlәrindә daha ağır formada gedir. Xәstəlik zәrifyunlu cavan qoyunlarda daha çox müşahidə edilir. Qoyunlarda inkubasiya dövrü orta hesabla 8 gün olur, ilk kliniki әlamәtlәr temperaturun yüksəlmәsi, göz qapaqlarının şişmәsi, burun vә gözdәn irinli-selikli mayenin axmasıdır. Bir neçә gündәn sonra başda ön vә arxa әtrafların daxili sәthlәrindә çiçәk sәpkilәri müşahidә edilir.
Qırmızı lәkәlәr 1-2 günә papulalara çevrilir. Papulalar sürәtlә böyüyür vә qalın qartmaqların әmәlә gәlmәsinә sәbәb olur. Qartmaqlar 5-6 gündәn sonra qopub düşür vә yerindә birlәşdirici toxumadan ibarәt olan çapıqlar yaranır. Xәstәlik 3-4 hәftә davam edir və çox vaxt sağalma baş verir. Bәzәn qastroenterit, ağciyәrin iltihabı vә sepsis nəzәrә çarpır.

Müalicә tәdbirlәri

Çiçәk xәstәliyinә yoluxmuş qoyunlar ayrılıb isti yerә aparılaraq keyfiyyәtli vә asan hәzm olunan yemlәrlә tәmin edilir. Spesifik müalicә vasitәlәri olmadığı üçün simptomatik müalicә aparılır. Әgәr bakterial infeksiyalarla mürәkkәblәşmә olarsa, antibiotiklәrdәn istifadә edilir. Atlarda dәrinin çiçәklә zәdәlәnmiş sahәlәrini yodoform vә sink mazı ilә silmәk lazımdır. Ağız boşluğunu yumaq üçün 1 %-li lizol mәhlulu işlәdilir. Quşlarda simptomatik müalicә aparılır, rasionu A vitaminli yemlәrlә zәnginlәşdirilir.

Peyvəndləmə tədbirləri

Tәbii şәraitdә xәstәlәnib sağalmış heyvanlarda yüksәk gәrginlikli immunitet yaranır. Belә heyvanların qanında neytrallaşdırıcı, presipitinlәşdirici, komplement-birləşdirici әks-cisimlәr vә aqqlütininlәr yaranır.
Qoyunlarda çiçәk xəstəliyinә qarşı hidrooksialüminformal vaksin işlәdilir. Qoyunlara 0,5 ml vә quzulara 3 ml dәrialtı inyeksiya edilir. İmmunitet 1 həftәdәn sonra yaranaraq 6-8 ay davam edir.
Müxtəlif şirkətlərin istehsalı olan virusvaksinlərdən geniş istifadə olunur. Bu vaksinlərin yaratdığı immunitet 12 aya qәdәr davam edir. Qoyunlarda çiçәk xəstəliyinə qarşı Rusiyanın bir neçə bioloji fabriklərinin istehsalı olan vaksinlərdən istifadə olunur.
Buna misal olaraq “NPP AVİVAK” şirkətinin “Avivak-Ospa” vaksini, “Armavir” şirkətinin istehsalı olan quru kultural vaksin, “VNİİZJ” istehsalı olan virusvaksinini göstərmək olar. Bu vaksinlərlə keçilərin vaksinasiyası da mümkündür. Bundan başqa “Nobilis” və ya “İntervet İnternational” şirkətinin istehsalı olan “AE-Pox”vaksini, “Biovak”–ın istehsalı olan “Vir 102” vaksini, “Pfizar” şirkətinin “Fowl Pox” vaksini və “Merial” şirkətinin “AE-FP” vaksinləri Azərbaycanda geniş istifadə olunur.

Profilaktik-mübarizə tədbirləri

Çiçәyin profilaktikası üçün baytarlıq-sanitariya tәdbirlәrinә tәsәrrüfatlarda ciddi şәkildә әmәl edilmәlidir. Yeni qәbul edilmiş heyvanlar karantində saxlanmalı, yemlәr üzәrindә baytarlıq nəzarәti olmalı, çiçәyә qarşı vaksinasiya edilmiş heyvandarlıq işçilәri 14 gün işdәn azad olunmalıdır.
Xәstәlikdәn mәcburәn kəsilmiş heyvanların әti vә hәmçinin sağılan süd, tәsәrrüfat daxilində paylanılır, ölmüş heyvan cәsәdlәri isә yandırılır.
Tәsәrrüfatlarda qoyunlar peyvәnd edilir vә beləliklə tәsәrrüfat әtrafında immunzona zona yaradılır. Cari dezinfeksiya mәqsәdilә 3 %-li natrium qәlәvisi,
3 %-li xlorlu vә 2 %-li sönmüş әhəng mәhlullarından istifadə edilir.
Quşçuluq təsərrüfatlarına yeni qəbul edilmiş quşlar 1 ay karantində saxlanmalıdır. Burada çiçək müəyyən edildikdə xəstə quşlar tələf edilir. Quşların həmin təsərrüfatdan başqasına köçürülməsinə karantin götürüldükdən 6 ay sonra icazə verilir.

Kübra Yusifova
Baytarlıq Elmi-Tədqiqat Institunun
Virusologiya şöbəsinin müdiri