Kənd Təsərrüfatı Kooperativləri və İnkişaf strategiyası

Ölkəmiz müstəqillik qazandıqdan bu günədək kənd təsərrüfatında geniş islahatlar aparılmış, bu sahədə bir çox layihələr həyata keçirilmiş və nəticə etibarilə aqrar sahənin inkişafının davamlılığı təmin olunmuşdur.
Ölkə Prezidenti tərəfindən verilən fərman və sərəncamların, qəbul olunan qanunların nəticəsi olaraq kənd təsərrüfatı artıq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Kənd təsərrüfatı kooperativlərinin yaradılması və onların inkişaf dinamikasının sürətləndirilməsi də buna bariz nümunədir.
Zəruri qanunvericilik bazasının yaradılması, kənd təsərrüfatının inkişafında səmərəliliyə nail olunması və yeni texnologiyaların tətbiqi istiqamətində konkret hədəflərin müəyyənləşdirilməsi xüsusi qeyd olunmalıdır.
Ölkədə aqraryönümlü kooperativlərin müasir dövrün tələblərinə uyğun qurulması və inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən yeni strateji hədəflər müəyyən olunaraq, bu sahənin daha da stimullaşdırılması üçün “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş, həmçinin “Strateji Yol Xəritəsi” tərtib edilmişdir.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edildikdən sonra iqtisadiyyatın diversifikasiyası, o cümlədən qeyri-neft sektorunun inkişafı, aqraryönümlü kooperativlərin yaradılmasına öz töhfəsini verməkdədir.
Həmin qanuna əsasən kooperativlərin bütün növlərinə və fəaliyyətlərinə dövlət tərəfindən tam şərait yaradılır, onların iqtisadi müstəqilliyi təmin olunur, təsərrüfat fəaliyyətlərinin və təşəbbüslərinin məhdudlaşdırılmasının qarşısı alınır, habelə məhsul satışında bazarlara sərbəst çıxış imkanları yaradılır.
Kənd təsərrüfatı kooperativləri dünyanın bütün qabaqcıl ölkələrində iqtisadiyyatın davamlı inkişafına öz töhfələrini verərək, tamamilə yeni aspektdə kəndli-fermer təsərrüfatlarının formalaşması üçün müstəsna rol oynayır.
Biz aqrar sahədə kooperativ idarəetmə modelinin müsbət nəticələrini Almaniya, Niderland, Finlandiya, İsrail və Türkiyə kimi ölkələrin timsalında görə bilərik.
Ölkəmizdə yerli fermerlərdən gələn təşəbbüslər nəticəsində və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyilə Sabirabad rayonunun Beşdəli və Yaxa Dəllək kəndləri ərazisində 680 vətəndaşdan ibarət ümumi sahəsi 850 ha olan “Birlik” İstehsal Kooperativi və sahəsi 730 ha olan 231 ailəni birləşdirən “Axısxalılar Toxum İstehsal Kooperativi” təsis olunmuşdur.
İlk dəfə olaraq Qax rayonunun Turaclı kəndində bağ sahələrinin birləşməsi nəticəsində ümumi ərazisi 350 ha olan və 490 sakini özündə birləşdirən “Ata-baba Fındıq İstehsal Kooperativi”, Ağsuda ümumi sahəsi 2000 ha olan “Sünbül İstehsal Kooperativi”, Saatlıda 300 ha ərazini özündə birləşdirən “Bolluq İstehsal Kooperativi” və eyni zamanda Samux rayonu ərazisində tərəvəz toxumçuluğunun inkişafı məqsədilə “Bərəkət İstehsal Kooperativi" yaradılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbəsi tərəfindən fermerlərlə birgə 2020-ci ildə əkinçiliyin ən prioritet sahələrindən olan pambıqçılıq, çəltikçilik, baramaçılıq, üzümçülük, tütün, giləmeyvə və heyvandarlıq sahələri daha 15 istehsal kooperativlərinin yaradılması üzrə işlər davam etdirilir.
Hal-hazırda kooperativlərin inkişafının stimullaşdırılması üçün mövcud qanunvericiliyə əsasən nazirlik tərəfindən strateji hədəflər müəyyən olunmuşdur.
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il Fərmanına uyğun olaraq, 1 yanvar 2020-ci ildən etibarən kooperativlərin inkişafının dəstəklənməsi üçün 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 % artımla tətbiq edilir. Bu da öz növbəsində kooperativlərdə birləşən fermerlərin fəaliyyətinin stimullaşdırılmasına təkan verir.

Biz aqrar sahədə kooperativ idarəetmə modelinin müsbət nəticələrini Almaniya, Niderland, Finlandiya, İsrail və Türkiyə kimi ölkələrin timsalında görə bilərik.
Ölkəmizdə yerli fermerlərdən gələn təşəbbüslər nəticəsində və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyilə Sabirabad rayonunun Beşdəli və Yaxa Dəllək kəndləri ərazisində 680 vətəndaşdan ibarət ümumi sahəsi 850 ha olan “Birlik” İstehsal Kooperativi və sahəsi 730 ha olan 231 ailəni birləşdirən “Axısxalılar Toxum İstehsal Kooperativi” təsis olunmuşdur.
İlk dəfə olaraq Qax rayonunun Turaclı kəndində bağ sahələrinin birləşməsi nəticəsində ümumi ərazisi 350 ha olan və 490 sakini özündə birləşdirən “Ata-baba Fındıq İstehsal Kooperativi”, Ağsuda ümumi sahəsi 2000 ha olan “Sünbül İstehsal Kooperativi”, Saatlıda 300 ha ərazini özündə birləşdirən “Bolluq İstehsal Kooperativi” və eyni zamanda Samux rayonu ərazisində tərəvəz toxumçuluğunun inkişafı məqsədilə “Bərəkət İstehsal Kooperativi" yaradılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbəsi tərəfindən fermerlərlə birgə 2020-ci ildə əkinçiliyin ən prioritet sahələrindən olan pambıqçılıq, çəltikçilik, baramaçılıq, üzümçülük, tütün, giləmeyvə və heyvandarlıq sahələri daha 15 istehsal kooperativlərinin yaradılması üzrə işlər davam etdirilir.
Hal-hazırda kooperativlərin inkişafının stimullaşdırılması üçün mövcud qanunvericiliyə əsasən nazirlik tərəfindən strateji hədəflər müəyyən olunmuşdur.

1 yanvar 2020-ci il tarixindən tətbiq edilən, ölkədə aqrar sahədə risklərin müştərək sığortalanmasının hüquqi, iqtisadi və təşkilati əsaslarını özündə birləşdirən aqrar sığorta mexanizminin işə düşməsi kənd təsərrüfatı kooperativlərinə də öz müsbət təsirini göstərmişdir.
Beləliklə, torpaqlardan səmərəli istifadə edən və öz institutsional inkişaf potensialı olan kooperativ idarəetmə sistemi sığorta şirkətləri üçün daha cəlbedici olmuşdur, çünki sığortaedən tərəf hər zaman öz işinə professional yanaşan subyektlərə üstünlük verir.
Ölkədə aqraryönümlü kooperativlərin sayının artırılması, institutsional potensialının gücləndirilməsi ilə yanaşı, onların fəaliyyət sahələrinə uyğun olaraq beynəlxalq əməkdaşlığa cəlb olunması da əhəmiyyətli addımlardan biridir. Nazirlik bu istiqamətdə də yerli kooperativlərin beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasına öz dəstəyini göstərməyi əsas hədəflərdən biri hesab edir.
Hal-hazırda “Azərbaycan Aqrar Kooperativlər Birliyi" nin təsis olunması istiqamətində məqsədyönlü işlər aparılır. Birliyin yaradılması nəticəsində artıq ölkə kooperativləri nəinki bu iki qurumla, hətta digər ölkələrin kooperativlər
ittifaqları ilə asanlıqla əlaqələr quracaq, birgə layihə və qrant proqramları həyata keçirəcəkdir.
Bundan sonra Azərbaycanda kollektiv təsərrüfatların üzvləri inkişaf etmiş ölkələrin kooperativləri ilə qarşılıqlı biznes əlaqələrini formalaşdıracaqlar.

Kooperativlərin fəaliyyətləri aşağıdakı nəticələrin əldə olunmasına kömək edəcəkdir:
bazar şəraitinin qiymətləndirilməsi əkin məhsuldarlığının rentabelliyi baxımından tarif siyasətinin aparılması
məhsulların satışının təşkili
aqrotexniki xidmət səviyyəsinin qalxması
məhsulların maya dəyərinin aşağı düşməsi

Bununla da kooperativ təsisatlar üçün daha rəqabət qabiliyyətli mühitin və bu əsasda da optimal qiymətlərin formalaşması təmin olunur. Mövcud təcrübələr göstərir ki, kooperativlər hərəkatının davamlılığı və yüksəlişi, yuxarıdan aşağı deyil, aşağıdan yuxarıya doğru hərəkət etməlidir.
Bu təşəbbüslər yerli fermerlərdən gəlməli və koorerativ fəaliyyətinin üstünlükləri onlar tərəfindən müsbət qarşılanmalıdır.
Beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində məlum olur ki, qloballaşma şəraitində kooperativlər bütün dünyada əhalinin ərzaq və qeyri-ərzaq məhsullarına, habelə müxtəlif xidmətlərə olan tələbatının ödənilməsində ən vacib amilə çevrilmişdir.
Nəticə etibarilə kənd təsərrüfatı kooperativlərinin modern inkişafı ailə-fermer təsərrüfatlarının dövlət tərəfindən dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının istehsalında rayonlaşmanın tətbiqi, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın yerli istehsal hesabına ödənilməsi və xarici bazara sərbəst çıxışına şərait yaradacaqdır.

Araz İsmayılov
Kənd Təsərrüfatı Nazirliyi
Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin rəhbəri