İQLİM DƏYİŞİKLİYİ VƏ EKOSİSTEMLƏR

İngiltərədə Swansea Universitetinin elmi işçiləri tərəfindən 14 fevral 2020 – ci il tarixində nəticələri "Science" jurnalında dərc olunan böyük bir araşdırma aparılmışdır. Həmin araşdırma göstərir ki, dünyanın bəzi yerlərində quraqlığın artması 2 milyarddan çox insanın yaşadığı ərazilərdəki ekosistemlərə ziyan vuracaqdır.

Tədqiqatın əsas nəticələri aşağıdakılardır:
• Quraqlıq 0.5 miqdarında artdıqda sürətli və çox vaxt kəskin
ekosistem dəyişiklikləri baş verir.
• Landşaft dəyişir və həmin landşaftda daha çox quraqlıq
şəraitinə uyğunlaşan növlər üstünlük təşkil edir.
• Quraqlıq 0.7 miqdarında artdıqda torpaq öz quruluşunu itirir
və eroziyaya qarşı daha həssas olur.
• Ekosistemin fəaliyyətinin qorunmasında mühüm rol
oynayan torpaq orqanizmləri də mənfi təsirə məruz qalır.
• Daha faydalı orqanizmlərin əvəzinə xəstəlik törədən
mikroorqanizmlərin əhəmiyyətli dərəcədə artması müşahidə
olunur.
• Quraqlıq 0.8 səviyyəsini aşdıqda sistem dağılır, bitkilər
inkişaf edə bilmir və torpaq səhraya çevrilir.
• Proqnozlara əsasən iqlim dəyişikliyi səbəbindən 20%-
dən çox torpaq sahəsi bu tədqiqat işində müəyyən edilmiş
səviyyəni 2100-cü ilə qədər ötüb keçə bilər.
Tədqiqatın məqsədi yağıntıların miqdarı ilə suyun qurudan atmosferə buxarlanma sürəti arasındakı tərs mütənasiblik kimi ölçülən quraqlığın artmasına cavab olaraq sürətlənmiş ekosistemin üç mərhələsini müəyyənləşdirməkdən ibarət idi.
İqlim dəyişikliyi proqnozuna uyğun olaraq quraqlığın artması dünyada mövcud ekosistemlərdə həyati imkanları məhdudlaşdıracaqdır.
Bitkilərin sayı və növləri, torpağın nə qədər münbit olduğu və landşaftların necə göründüyü iqlim şəraitindən çox asılıdır.
İqlim dəyişikliyinin orqanizmlərə, ekosistem prosesləri və xidmətlərinə, bunlardan asılı olan ərzaq və biokütlə istehsalı kimi sahələrə necə təsir etdiyini bilmək, iqlim dəyişikliyi nəticələrinin həm ekosistem, həm də cəmiyyətə olan təsirlərini anlamaq, proqnozlaşdırmaq və azaltmaq əsas məsələlərdir.
İspaniyada Alicante Universitetinin bir qrup tədqiqatçısı dünyanın quraq bölgələrində rast gəlinən geniş quraqlıq dərəcələri (qradientlər) boyunca əsas ekosistemlərin necə dəyişdiyini qiymətləndirmək üçün bu günün ən böyük məlumatlar toplusunu hazırlamışdır.
60.000 nöqtədən alınan məlumatlar alimlər tərəfindən təhlil edilmişdir. Nəticədə tədqiqat göstərmişdir ki, quraqlıq artdıqca quraq torpaqların ekosistemləri bir sıra kəskin dəyişikliklərə məruz qalır. Bu, öncə bitkilərin atmosferdən karbon qazı udma qabiliyyətinin, torpağın münbitliyinin azalmasına səbəb olur və quraq şəraitin təsiri altında bitki örtüyünün itməsi ilə başa çatır.

( Mənbə: www.sciencedaİly.com )