ÜZVİ VƏ MİNERAL GÜBRƏLƏRİN TƏTBİQİ

Üzvi və mineral gübrələr torpağın münbitliyinin artmasında, bitkilərin qidalanmasında, mikroorqanizmlərin inkişafında, məhsuldarlıq və keyfiyyətin yüksəlməsində mühüm rol oynayır. Hal-hazırda dünyada üzvi gübrələr, o cümlədən peyin, biohumus və kompost kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və torpaq münbitliyinin bərpası üçün geniş miqyasda tətbiq edilir. Torpaqda baş verən kimyəvi və bioloji proseslər onun
fiziki xassələrindən asılıdır. Torpaq altında qalan yaşıl kütlə orada müxtəlif mikroorqanizmlərin təsiri nəticəsində tədricən parçalanır və minerallaşır. Yaşıl kütlənin minerallaşması torpaqda humusun və azotun miqdarını
artırır. Humusun miqdarının artması sonda torpağın fiziki xassələrinin yaxşılaşmasına səbəb olur. Uzun illər ərzində aparılan tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, torpaqların münbitliyini artırmaq üçün başlıca aqrotexniki tədbirlərdən biri də paxlalı bitkilərdən olan yoncanın arpa və ya buğda ilə örtüklü səpilməsidir.
2019-cu ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qədimdən suvarılan boz-çəmən torpaqlarda arpa ilə yoncanın qarışıq səpini aparılmışdır. Aparılmış tədqiqatlar sübut edir ki, qarışıq səpinlərdə bitkilərin
düzgün seçilməsi, kompleks aqrotexniki tədbirlərin lazımi qaydada aparılması ümumi məhsuldarlığın artmasına
müsbət təsir edir.

Suvarma və gübrə normaları arpa altından çıxmış yonca bitkisinin yaşıl kütlə məhsuluna əsaslı təsir göstərmiş və məhsuldarlığı xeyli artırmışdır. 5 dəfə suvarma (4800 m3/ha) fonunda gübrəsiz-nəzarət variantında yaşıl kütlə
məhsulu biçimlər üzrə (I, II, III, IV biçim) 115; 118; 123; 109 s/ha olduğu halda, müxtəlif normada gübrələr tətbiq etdikdə məhsuldarlıq xeyli artmışdır.

Belə ki, N30P90K60 gübrə normaları tətbiq olunduqda biçimlər üzrə göstəricilər müvafiq olaraq 158; 166; 170; 161 s/ha, N45P120K90 tətbiq olunduqda yaşıl kütlə məhsulu 182; 184; 189; 175 s/ha, üzvi gübrə, peyin 10 t/ha+P35 verdikdə 144; 151; 155; 138 s/ha, peyin 10 t/ha+ N15P60K30 verilmiş variantda 157; 163; 168; 152 s/ha-ya qədər yüksəlmişdir.

5 dәfә suvarma zәminindә әn yüksәk göstәrici N45P120K90 tәtbiq olunmuş variantda әldә olunmuş, orta mәhsuldarlıq 730 s/ha tәşkil etmiş, gübrәsiz-nәzarәt variantı nisbәtәn 265 s/ha vә ya 59,98 % artım tәşkil etmişdir. Yonca bitkisi 100-200 kq/ha atmosfer azotunu udur vә 8-12 t/ha kök, kövşәn qalıqları toplayır ki, bu da 40-60 t/ha peyinin tәrkibindәki qida elementlәrinin miqdarına bәrabәrdir. Nәticәdә torpaqda bioloji azotun miqdarı artır.

Üzvi vә mineral gübrәlәrin tәtbiqi kök kütlәsinin artmasına da әsaslı tәsir göstәrir. Kök kütlәsinin artıq toplanması üzvibioloji maddәlәrin miqdarını yüksәltmәklә yanaşı torpaqda qida elementlәrinin miqdarına da әsaslı tәsir göstәrir.
Belә ki, toplanmış kök vә yerüstü bitki qalıqları çürüyәrәk üzvi-bioloji maddәnin, humusun әmәlә gәlmәsinә sәbәb olur. Suvarma vә gübrә normalarının tәtbiqi qarışıq әkilәn arpa ilә yonca altında torpağın aqrofiziki xüsusiyyәtlәrini yaxşılaşdıraraq onun münbitliyinin artmasına müsbәt tәsir göstәrir. Bu da yonca bitkisinin özündәn sonra әkilәn bitkilәr üçün yaxşı sәlәf olduğunu bir daha sübut edir.

Elxan Allahverdiyev
Azərbaycan Dövlət Aqrar Universiteti
Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti