Sağlam Bitki, Məhsuldar Bağ

2017-ci ildәn fәaliyyәt göstәrәn “Grand-Agro İnvitro” MMC Azәrbaycanın klonlaşdırma üsulu ilә virusdan azad meyvә tinglәri vә dekorativ bitkilәr yetişdirmәklә mәşğuldur. İllik 4 milyon bitki yetişdirmә potensialına malik olmaqla, ölkәdә birinci sırada yer tutan bu qurum bitki toxuma kulturası laboratoriyası vә xüsusi uyğunlaşdırma göstәricilәrinә malik istixana kompleksindәn ibarәt olub, yerli vә beynәlxalq sәviyyәdә meyvәçilik vә tingçilik sektorunda fәaliyyәt göstәrәn müәssisә vә institutlarla әmәkdaşlıq edir. Şirkәtin tәtbiq etdiyi müasir texnologiyalar sayәsindә әnәnәvi üsullarla çoxaldılması mümkün olmayan, hәmçinin yerli vә xarici bazar rәqabәtinә tab gәtirә bilәcәk yüksәk keyfiyyәtli mәhsullar yetişdirmәk imkanları mövcuddur.
Mәqsәd
Mәqsәdimiz xәstәliklәrdәn azad, davamlı vә yüksәk mәhsuldar meyvә vә digәr bitki tinglәri yetişdirmәklә müştәrilәrә xidmәt göstәrmәk, ölkәnin dinamik inkişafda olan kәnd tәsәrrüfatı sahәsinә töhfә vermәk vә bu sahәdә öncә yerli, daha sonra isә beynәlxalq sәviyyәli liderә çevrilmәkdir
Missiya
İnnovativ yanaşlamalara üstünlük vermәklә yeni xidmәtlәr tәklif etmәk, araşdırma vә inkişaf planlarını fasilәsiz yenilәmәk, sifariş olunan bitki cinslәri vә sortları üçün qidalı mühit sınaqlarını davamlı hәyata keçirmәklә region üzrә optimumu әldә etmәk bizim әn mühüm missiyalarımızdandır.
Tәklif olunan mәhsullar
- Alma, armud, gilas, şaftalı, gavalı, әrik, nar, әncir, üzüm, kivi, badam, fındıq, püstә kimi meyvә tinglәrinin calaqaltıları - Calaq olunmuş müxtәlif çeşidli meyvә tinglәri - Dekorativ bitkilәr - Kartof yumrusu vә virusdan azad kartof şitili

Nәrgiz Sadıqzadә
 ‘‘Grand-Agro İnvitro’’ MMC Tәdqiqat vә İnkişaf üzrә mütәxәssis