ӘRZAQ MӘHSULLARININ TİCARӘTİNӘ VӘ BAZARLARA COVİD-19-UN TӘSİRİNİN AZALDILMASI

27 Mart 2020-ci il, Roma / Cenevrə – COVİD-19-a cavab tədbiri olaraq milli sərhədlərin bağlanması qlobal qida təhlükəsizliyi sahəsində gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu narahatlıq doğurur.
Dünyadakı milyonlarla insan qida təhlükəsizliyi və yaşayışlarının təmin edilməsi üçün beynəlxalq ticarətdən asılıdır. Ölkələrin yayılan pandemiyanı dayandırmağa yönəlmiş siyasət yürütmək hüququ olsa da, ərzaq ticarəti sahəsindəki potensial təsirlərin minimuma endirilməsinə diqqət yetirilməlidir.
Öz vətəndaşlarının müdafiəsi üçün fəaliyyət göstərərkən ölkələr ticarət sahəsində daha az məhdudlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Tətbiq edilən yeni sərhəd məhdudiyyətlərindən bəziləri ərzaq təchizatı zəncirini poza bilər.
Onlar kənd təsərrüfatı və qida sənayesi işçilərinin
hərəkətini çətinləşdirə və ərzaq konteynerlərinin sərhəddə qalma müddətini uzada bilər. Bu isə məhsulların xarab olmasına və qida tullantılarının artmasına səbəb olacaq.
Əgər belə bir ssenari reallaşarsa, bu ən çox həssas
qruplara və qida çatışmazlığından əziyyət çəkən insanların ərzaq təchizatı zəncirini poza bilər.
27 Mart 2020-ci il, Roma / Cenevrə – COVİD-19-a cavab tədbiri olaraq milli sərhədlərin bağlanması qlobal qida təhlükəsizliyi sahəsində gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu, narahatlıq doğurur.
Dünyadakı milyonlarla insan qida təhlükəsizliyi və yaşayışlarının təmin edilməsi üçün beynəlxalq ticarətdən asılıdır. Ölkələrin yayılan pandemiyanı dayandırmağa yönəlmiş siyasət yürütmək hüququ olsa da, ərzaq ticarəti sahəsindəki potensial təsirlərin minimuma endirilməsinə diqqət yetirilməlidir.
Öz vətəndaşlarının müdafiəsi üçün fəaliyyət göstərərkən ölkələr ticarət sahəsində daha az məhdudlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Tətbiq edilən yeni sərhəd məhdudiyyətlərindən bəziləri ərzaq təchizatı zəncirini poza bilər.
Onlar kənd təsərrüfatı və qida sənayesi işçilərinin hərəkətini çətinləşdirə və ərzaq konteynerlərinin sərhəddə qalma müddətini uzada bilər.
Bu isə məhsulların xarab olmasına və qida tullantılarının artmasına səbəb olacaq. Əgər belə bir ssenari reallaşarsa, bu, ən çox həssas qruplara və qida çatışmazlığından əziyyət çəkən insanların ərzaq təchizatı zəncirini poza bilər.
Biz ərzaq istehsalı və istehlakı, ehtiyat səviyyəsi, habelə ərzağın qiyməti barədə məlumatların real vaxt rejimində hər kəs üçün əlçatan olmasını təmin etməliyik. Bu, qeyri-müəyyənliyi azaldır. Hər şeydən öncə ərzaq və həyat üçün digər zəruri məhsulların panika şəraitində alıb yığılmasının qarşısını almağa kömək edir.
İndi həmrəylik nümayiş etdirməyin, məsuliyyətli davranmağın, qida təhlükəsizliyinin və qidalanmanın artırılmasının, eyni zamanda bütün dünyada insanların rifahının yaxşılaşdırılmasına dair ortaq məqsədimizə çatmağın vaxtıdır.
Biz çalışmalıyıq ki, COVİD-19-a cavab tədbirlərimiz zəruri məhsulların əsassız çatışmazlığı, həmçinin aclıq və doyunca yeməmək hallarının artmasına gətirib çıxarmasın.

( Mәnbә: www.unazerbaijan.org )