Torpağın səth temperaturunun peyk məlumatları əsasında hesablanması

Yer səthi ilə atmosfer arasında enerji mübadiləsinin nəzarətdə saxlanılması baxımından torpaq səthinin temperaturu vacib ölçü hesab olunur.

Torpaq səthinin temperaturu bir çox ekoloji modelləşdirmədə mühüm rol oynayır. Buraya hava proqnozları, universal okean dövranı, qlobal istiləşmə və temperaturun dəyişməsi, iqlim müxtəlifliyi, atmosfer və səth arasındakı enerji və su dövriyyəsi, şaxta dəhlizləri və quraqlıq indeksinin təyini daxildir.

Torpağın səth temperaturunun uzaq məsafədən ölçülməsi torpaq səthinin elektromaqnit şüalanmasına əsaslanır. Termal metodlar torpağın istilik ətaləti və nəminə əsaslanır.

Torpağın istilik rejimi atmosfer iqlimi, relyef şəraiti, bitki və qar örtüyünün təsiri altında formalaşır. Əsas göstəricisi torpağın temperaturudur.

Temperatur günəş radiasiyasının miqdarından və torpağın öz fiziki xassələrindən asılıdır. Relyefin təsiri hamar və müxtəlif buxarlığa malik səthlərə radiasiyanın qeyri-bərabər düşməsində özünü göstərir.

Torpağın nəmlik səviyyəsinin termal metodla müəyyənləşdirilməsi aşağıdakı ardıcıllıqla baş verir:

1. Atmosferin üst qatının parlaqlıq temperaturu hesablanır;

2. Tədqiqat ərazisi üzrə Normallaşdırılmış Diferensial Vegetasiya İndeksi (NDVİ) hesablanır;

3. Vegetasiya nisbəti hesablanır;

4. Torpaq səthinin şüalanması hesablanır;

5. Torpaq səthinin temperaturu hesablanır.

Torpaq səthinin temperaturu – atmosferin üst hissəsinin parlaqlıq temperaturundan, yayılmış parlaqlığın dalğa uzunluğundan və torpaq səthinin şüalanmasından istifadə etməklə hesablanmış temperaturdur.

Aşağıdakı düstur əsasında torpaq səthinin temperaturu hesablanır:

LST= (BT / 1 + W • ( BT / 14380 ) • ln ( E ) )

LST - səth temperaturu

BT - parlaqlıq temperaturu

W - buraxılmış şüalanmanın dalğa uzunluğu

E - torpaq səthinin şüalanması

2019-cu ilə aid LANDSAT-8 təsviri əsasında Torpaq Səthi Temperaturunun təsnifat nəticələri

Tədqiqat işində LANDSAT-8 peyk məlumatları əsasında Sabunçu rayonu Pirşağı qəsəbəsi üçün ArcGIS proqramından istifadə edilərək torpaq səthinin temperaturu hesablanmışdır. Torpaq səthinin temperaturu Normallaşdırılmış Diferensial Vegetasiya İndeksi (NDVİ) göstəricilərinə görə qiymətləndirilmişdir.

Cavanşir Təlai
Aqrar Elm və İnnovasiya Mərkəzi
Elmin təşkili və koordinasiya şöbəsinin müdiri
Biologiya elmləri üzrə fəlsəfə doktoru