Bitkiləri qorumaqla həyatımızı qoruyaq

Bitki zərərvericiləri və xəstəliklərinin kökünü kəsmək əksər hallarda mümkün olmur, həmçinin onlarla mübarizə aparmaq çoxlu vaxt və pul tələb edir. Zərərvericilərin və xəstəliklərin kənd təsərrüfatına, yaşayış vasitələrinə və ərzaq təhlükəsizliyinə məhvedici təsirinin qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi mütləqdir və bu işdə əksəriyyətimiz vacib rol oynayırıq.

Ekosistem yanaşması

Biz zərərvericilərə qarşı ətraf mühitə zərərli olmayan üsullarla mübarizə apara bilərik. Ekosistem yanaşması pestisidlərdən istifadəni minimuma endirməklə sağlam məhsul yetişdirmək üçün müxtəlif metod və təcrübələri özündə birləşdirir.
Zərərvericilər ilə mübarizədə zəhərli maddələrdən istifadə edilməməsi yalnız ətraf mühiti deyil, həmçinin tozlandırıcı həşəratları, bitkilərdən asılı olan heyvan və insanları da qoruyur.

Bitki sağlamlığı getdikcə daha çox təhlükə altındadır. İqlim dəyişikliyi və insan fəaliyyəti ekosistemlərə təsir göstərir, biomüxtəlifliyi azaldır və zərərvericilərin inkişaf edə biləcəyi münbit şərait yaradır. Eyni zamanda beynəlxalq səyahət və ticarət son on ildə üç dəfə artmışdır. Nəticədə zərərvericilər və xəstəliklər sürətlə dünyaya yayılır və bununla da yerli bitkilərə və ətraf mühitə çox böyük ziyan dəyir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2020-ci ili Beynəlxalq Bitki Sağlamlığı İli (BBSİ) elan etmişdir.

Bu il bitki sağlamlığının qorunması aclığın sona çatmasına, yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına və iqtisadi inkişafın güclənməsinə qlobal diqqəti cəlb etmək üçün unikal bir fürsətdir. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya birlikdə BBSİ-nin Beynəlxalq Rəhbərlik Komitəsini təsis etmişdir.

Beynəlxalq bitki sağlamlığı standartlarına riayət etməklə bitki və bitki məhsulları ticarətini təhlükəsiz edin.

Bir çox ölkələrdə iqtisadiyyat bitki və bitki məhsulları ticarətindən asılıdır. Ticarəti təhlükəsiz şəkildə aparmaq üçün Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış Beynəlxalq Bitki Sağlamlığı standartları və normalarına riayət edilməlidir.
Əgər bunlara riayət edilsə, zərərvericilərin və pestisidlərin insan sağlamlığına, iqtisadiyyat və ətraf mühitə mənfi təsiri azalar və ticarətə maneələr qoymadan zərərvericilər və xəstəliklərin qarşısının alınması asanlaşar.
• Hökumət birinci müdafiə xəttində yerləşən milli və regional bitki mühafizəsi təşkilatlarına daha çox dəstək olmalıdır.
• Bitki və bitki məhsulları ilə səyahət etmək qadağandır.
• Nəqliyyat sektorunda olan insanlar gəmi, təyyarə, yük maşını və qatarların bitki zərərvericiləri və xəstəliklərini yeni ərazilərə daşımadığına əmin olmalıdır.

Bitki sağlamlığı potensialının inkişafı, araşdırılması və yayılması işlərinə sərmayə yatırın.

Hökumət, qanunverici və rəhbər orqanlar bitki mühafizə təşkilatlarının və digər müvafiq müəssisələrin səlahiyyətlərini artırmalı və onları bərabər şəkildə insan və maliyyə resursları ilə təmin etməlidir. Onlar bitki sağlamlığı ilə əlaqədar olan araşdırmaların genişləndirilməsinə, innovativ təcrübə və texnologiyalara daha çox investisiya qoymalıdır.

Bitki və bitki məhsullarını sərhədlərdən keçirərkən diqqətli olun.

Səyahət edərkən bitki və ya bitki məhsullarının daşınmasında ehtiyatlı olun və bu məhsulların həmişə fitosanitar tələblərə cavab verdiyinə əmin olun. Bu, milli ərzaq təhlükəsizliyi, ətraf mühit və iqtisadiyyatı ciddi şəkildə zədələyən bitki zərərvericiləri və xəstəliklərinin yayılmasının qarşısını ala bilər.
Onlayn qaydada və ya poçt vasitəsilə bitki və ya bitki məhsulları sifariş verərkən ehtiyatlı olun, belə ki, qablaşdırmalar asanlıqla fitosanitar yoxlanışdan yan keçə bilər.

Bitki və bitki sağlamlığını qorumaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi vacibdir.

Bitkilərin müntəzəm monitorinqi nəticəsində yarana biləcək təhlükələr barədə qabaqcadan fermerlər və kənd təsərrüfatı işçilərinə məlumatlar verilməlidir. Bu məlumatlar bitkiləri sağlam saxlamaq üçün profilaktik tədbirlər görməyə kömək edir.

( Mənbə: http://www.fao.org/plant-health-2020/about/en/ )