Gənc fermerlərin AMAL-ı

Ölkəmizdəki əlverişli iqlim şəraiti aqrar sahənin inkişafı üçün imkan yaradır. Müasir şəraitdə kənd təsərrüfatının inkişafı yüksək peşəkarlıq səviyyəsinə malik kadrların olmasından asılıdır. Lakin demoqrafik yerdəyişmələr gənclər arasında natamam məşğulluq və işsizlik problemlərinin yaranmasına təsir göstərir.

AMAL (Aqrar MəşğulluğunArtırılması Layihəsi) gənclərin aqrar məşğulluğu probleminin həlli və bu sahəyə cəlb edilməsi istiqamətində fəaliyyətə başladığı ilk günlərdən böyük layihələrə imza atmışdır. Rayonlarda müxtəlif təsərrüfat sahələrinin inkişafı istiqamətində ailə təsərrüfatının, eləcə də kiçik vəorta sahibkarlığın genişləndirilməsi məqsədilə “AMAL
Pilot Layihələri” çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

• Lənkəran rayonunda 35000 ədəd limon tingi
alınaraq 28 kənddə 50 ha ərazidə əkilmiş, 1 ha
tingçilik təsərrüfatı yaradılaraq 700 ting əkilmiş
və 100 ha mövcud sitrus bağlarında bərpa işləri
aparılmışdır.
• Masallı rayonunda 540000 ədəd çay tingi
alınaraq 5 kənddə 15 ha ərazidə plantasiyalarda
və tingçilik sahələrində əkilmişdir.
• Şəki rayonunda 30 ha ərazidə tütün bağlarının
bərpası həyata keçirilmişdir. Kənd təsərrüfatı
istehsal vasitələri və avadanlıqları ilə təchizatın
yaxşılaşdırılması məqsədilə 3 ədəd tütün
qurutma avadanlığı alınaraq “Gənc Fermerlər”in
istifadəsinə verilmişdir.
• Şamaxı rayonunda 62500 üzüm tingi alınmış,
25 ha üzüm bağı salınmış və 30 ha ərazidə üzüm
bağlarının bərpası üzrə işlər yekunlaşmışdır.

Ümumiyyətlə, layihə çərçivəsində 600-dən artıq fermerin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil olunmuşdur.
Eyni zamanda traktor, bağ frezi, diskli mala, herbisid səpən, kotan, şax doğrayan aqreqat, traktor qoşqusu və fərdi qoruyucu vasitələr alınaraq fermerlərin istifadəsinə verilmişdir.
Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərəcək AMAL səfiri vəzifəsini yerinə yetirmək üçün yüzlərlə gənc müraciət etmişdir. Onlardan 31 rayondan olan 72 nəfər gənc növbəti mərhələyə keçmişdir.
AMAL səfirlərinin əsas öhdəliyi aqrar sahədə fəaliyyət göstərən gənc fermerlərin daha dinamik inkişafını təmin etmək, onların arasında bilik və təcrübə mübadiləsini artırmaq və Azərbaycanın müxtəlif regionlarından olan gənc fermerlərlə şəbəkə yaratmaqdır.
Yekun seçim FAO, AKİA və AMAL-ın nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası tərəfindən aparılmışdır. Seçim meyarlarına uyğun gələn 28 rayondan
30 fəal gənc AMAL səfiri vəzifəsinə təyin olunmuşdur.
Seçilmiş pilot rayonlarda AMAL tərəfindən “Gənc Fermerlər Proqramı”nın həyata keçirilməsi ilə aqrar sahədə 100 ən yaxşı layihə seçilmişdir. Bununla gənclərin fərdi biznes və sahibkarlıq imkanları artırılmışdır.

Layihənin əsas məqsədləri:

1. Kənd yerlərində yaşayan istedadlı gənclər arasında aqrar sahədə gəlirgətirən fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına dəstək vermək;
2. Gənc fermerlərin formalaşmasına dəstək vermək və onların gələcəyin innovativ fermerlərinə çevrilməsi üçün baza yaratmaq;
3. Aqrar sahədə yeni müasir metod, texnologiya və tətbiqlərin istifadəsi üzrə fermerlərə innovativ vərdişləri aşılamaq;
4. Təbii resurslara qənaət edən və ətraf mühitə ziyan verməyən ekoloji təmiz və sağlam istehsala başlamaq;
5. İnnovativ metodların tətbiqi ilə yetişdirilən rəqabətli kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq;
6. Gənc fermerləri dünyadakı aqrar trendlər nəzərə alınmaqla maarifləndirmək;
7. Aqrar məşğulluğun artırılması vasitəsilə kənd yerlərində infrastrukturu yaxşılaşdırmaq;
8. Kəndlərdə yaşayan əhalinin, xüsusən gənclərin rifahını və yaşayış səviyyəsini yüksəltmək.​​​​​​​
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşlıq etdiyi kredit təşkilatları gənclərin biznes ideyalarının həyata keçirilməsi məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayırmışdır.
Fidan Nəzərəli
AMAL layihəsinin İctimaiyyətlə
əlaqələr üzrə mütəxəssisi