Azərbaycandan Rusiya Federasiyasına Potensial İxrac İmkanları

Kәnd tәsәrrüfatı ölkәnin qeyri-neft sektorunun aparıcı sahәlәrindәn biri olmaqla yanaşı, ixrac potensialına görә dә mühüm әhәmiyyәt kәsb edir.Qeyd edilmәlidir ki, ixrac edilәn qeyrineft mәhsullarının strukturunda kәnd tәsәrrüfatı mәhsulları vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsulların xüsusi çәkisi daha yüksәkdir. Belә ki, 2018-ci ildә 1689 milyon ABŞ dolları dәyәrindә qeyri-neft sektoruna aid mәhsullar ixrac edilib.Әn çox ixrac olunan qeyri-neft mәhsullarının ilk beşliyinin 4 mәhsulu mәhz kәnd tәsәrrüfatı mәhsulları vә ya kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsullardır.

                                                                                                                                                                                                                                                                             

İlk beşlikdә 177.4 milyon ABŞ dolları ilә pomidor birinci yerdә gәlir. Qızıl 118.0 milyon ABŞ dolları ilә ikinci yerdә, xurma 114.5 milyon ABŞ dolları ilә üçüncü, fındıq lәpәsi 93.5 milyon ABŞ dolları ilә dördüncü vә pambıq mahlıcı 79.5 milyon ABŞ dolları ilә beşinci yerdәdir. Göründüyü kimi, ilk beşliyә daxil olan mәhsulların dördü kәnd tәsәrrüfatı mәhsulu vә ya kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsullardır. 
Azәrbaycanın qeyri-neft sektoru üzrә әsas ticarәt partnyorlarından biri Rusiya Federasiyasıdır. Belә ki, bir sıra әsas qeyri-neft sektoruna aid ixrac mәhsullarımız üzrә Rusiya Federasiyasının xüsusi çәkisi aparıcı mövqeyә malikdir. 2018-ci ildә 1 689 milyon ABŞ dolları dәyәrindә qeyri-neft sektoruna aid mәhsullar ixrac edilib ki, bunun da 619.2 milyon ABŞ dolları vә ya 36.7 faizi mәhz Rusiya Federasiyasının payına düşür. Ümumilikdә 2018-ci ildә Rusiyaya qeyri-neft ixracı 2017-ci illә müqayisәdә 12 faiz artıb. 
Araşdırmalar göstәrir ki, Rusiya bazarı bir sıra yerli mәhsullarımız üçün potensial bazar olsa da, bu imkan tam reallaşdırılmır. Belә ki, Rusiya bir sıra kәnd tәsәrrüfatı mәhsulu vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsulların idxalını hәyata keçirir ki, Azәrbaycan hәmin mәhsulları Rusiyaya ixrac etmir, ya da çox kiçik hәcmdә ixrac edir. 
Hәmin mәhsulları kәnd tәsәrrüfatı vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsullar kimi qruplaşdırmaq olar. İlk olaraq kәnd tәsәrrüfatı mәhsullarına nәzәr salaq.
2018-ci ildә Rusiya, Azәrbaycanda istehsal potensialı olan bir sıra kәnd tәsәrrüfatı mәhsullarının idxalını hәyata keçirib, lakin hәmin mәhsullarda Azәrbaycanın payı çox kiçik olub. Belә ki, 2018-ci ildә Rusiya 319.8 milyon ABŞ dolları hәcmindә tәzә üzüm idxal etdiyi halda, Azәrbaycandan idxalın hәcmi 2.3 milyon ABŞ dolları hәcmindә olub. Göründüyü kimi, bu mәhsul üzrә Azәrbaycanın payı cüzi olub vә Rusiyada üzüm üzrә 317.5 milyon ABŞ dollarına bәrabәr әlavә potensial bazar mövcuddur.
Böyük ixrac potensialı olan digәr bir sahә gül bazarıdır. 2018-ci ildә Rusiya 291.9 milyon ABŞ dolları hәcmindә qızılgül, qәrәnfil vә digәr güllәr idxal etdiyi halda, Azәrbaycandan bu mәhsullar üzrә ixrac cәmi 18.1 min ABŞ dolları hәcmindә olub. Rusiyada qızılgül, qәrәnfil vә digәr güllәr üzrә 291.8 milyon ABŞ dollarına bәrabәr әlavә potensial bazar mövcuddur.

2018-ci ildә Rusiya 207.8 milyon ABŞ dolları hәcmindә şaftalı (nektarinlәr daxil olmaqla) idxal edib. Azәrbaycandan bu mәhsul üzrә idxal cәmi 10.5 milyon ABŞ dolları hәcmindә olub. Rusiyada şaftalı (nektarinlәr daxil olmaqla) üzrә 197.4 milyon ABŞ dollarına bәrabәr potensial bazar mövcuddur. Armud, şirin bibәr, xiyar, müxtәlif meyvә vә tәrәvәz kimi bir sıra digәr kәnd tәsәrrüfatı mәhsulları da vardır ki, hәmin mәhsullar üzrә dә Rusiyada kifayәt qәdәr böyük potensial bazar mövcuddur. Ümumilikdә qrafikdә verilmiş mәhsullar üzrә cәmi idxal 1.8 milyard ABŞ dollarına bәrabәr olub vә Azәrbaycanın bu bazarda payı 3.9 faizdir. Qeyd edilәn mәhsulların Azәrbaycanda istehsalının artırılması üçün münbit şәrait vә potensial imkanlar vardır. Artıq qeyd edildiyi kimi, kәnd tәsәrrüfatı mәhsulları ilә yanaşı, kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsullar üzrә dә Rusiya bazarında kifayәt qәdәr imkanlar mövcuddur. Bu kateqoriyadan olan mәhsulları qurudulmuş vә ya dondurulmuş vә nisbәtәn daha dәrin emal mәhsulları kimi iki qrupda qruplaşdırmaq olar.
İlk olaraq daha dәrin emal mәhsulları üzrә vәziyyәtә nәzәr salaq.(qrafik)
Bu mәhsullar üzrә dә kifayәt qәdәr böyük bazar mövcuddur. 2018-ci ildә qeyd edilәn mәhsullar üzrә 640.4 milyon ABŞ dolları hәcmindә idxal hәyata keçirilib. Xüsusilә dә konservlәşdirilmiş zeytun, alma şirәsi, konservlәşdirilmiş pomidor vә digәr tәrәvәz mәhsulları üzrә idxalın hәcmi hәr bir bәnd üzrә tәxminәn 100 milyon ABŞ dollarına bәrabәrdir. 2018-ci ildә 101.9 milyon ABŞ dollarına bәrabәr konservlәşdirilmiş zeytun idxal edildiyi halda Azәrbaycandan bu mәhsul üzrә ixrac qeydә alınmamışdır. Rusiyanın idxal etdiyi alma şirәsinin ümumi dәyәri 94.3 milyon ABŞ dolları olduğu halda Azәrbaycandan Rusiyaya yalnız 48.8 min ABŞ dolları dәyәrindә alma şirәsi ixrac edilmişdir. Rusiyanın idxal etdiyi konservlәşdirilmiş pomidorun ümumi dәyәri 89.8 milyon ABŞ dollarına bәrabәr olduğu halda Azәrbaycandan Rusiyaya ixrac cәmi 1.4 min ABŞ dolları tәşkil etmişdir.
Ümumilikdә Azәrbaycan bu mәhsullar üzrә bazarın yalnız 3.8 milyon ABŞ dollarına bәrabәr hissәsini әlә keçirә bilmişdir. 
Faktiki tәlәbatın olduğunu nәzәrә alaraq bu qrup üzrә mәhsulların istehsal hәcminin artırılması vә ixracının tәşkili istiqamәtindә bütün imkanlar sәfәrbәr edilmәlidir. 
Qurudulmuş vә ya dondurulmuş mәhsullar üzrә dә kifayәt qәdәr ixrac imkanları mövcuddur.

                                                                                         
Göründüyü kimi bu istiqamәtdә dә kifayәt qәdәr böyük bazar vә ixrac imkanları olduğu halda Azәrbaycan istehsalçıları imkandan yetәrincә yararlanmamışdır. Seçilmiş mәhsullar üzrә Rusiyaya idxalının ümumi hәcmi 193.6 milyon ABŞ dolları olduğu halda, Azәrbaycandan bu mәhsullar üzrә Rusiyaya ixracın hәcmi 21 min ABŞ dolları tәşkil etmişdir. Qeyd edilmәlidir ki, Azәrbaycan hәmin mәhsullardan yalnız 2 pozisiya üzrә (qurudulmuş qara gavalı vә qurudulmuş әrik) mәhsul ixracı hәyata keçirmişdir. Bu mәhsulların Azәrbaycanda istehsalı üçün münbit tәbii iqlim şәraitinin mövcud olduğunu nәzәrә alaraq bu mәhsullar üzrә dә ixracın genişlәndirilmәsi üçün potensial imkanların mövcud olduğunu qeyd etmәk olar.
Tәhlil edilәn hәr 3 qrup üzrә yalnız Rusiya üzrә idxalın hәcmi daha böyük olan mәhsullar seçilmişdir. Ümumilikdә hәr 3 qrup üzrә seçilmiş mәhsulların 2018-ci ildә Rusiyaya cәmi idxal dәyәri 2.7 milyard ABŞ dolları tәşkil etmişdir. Azәrbaycanın burada payı 76.5 milyon ABŞ dolları vә ya 2.9 faiz olmuşdur.
Tәhlil edilәn bütün mәhsulların Azәrbaycanda istehsalı üçün münbit tәbii-iqlim şәraiti mövcuddur. Sahibkarların bu istiqamәtlәrdә fәaliyyәtinin genişlәndirmәsi hesabına ölkәyә kәnd tәsәrrüfatı mәhsulları vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsulların ixracından daxil olan gәlirin 2 dәfәdәn dә çox artırılması mümkündür. Bunun üçün ilk növbәdә qeyd edilәn istiqamәtlәr üzrә emal potensialının genişlәndirilmәsi, regionlarda kiçik vә orta ölçülü emal müәssisәlәrinin yaradılmasının dәstәklәnmәsi vacibdir. Müәssisәlәrin sәmәrәli fәaliyyәti üçün istehsal xәrclәri minimuma endirilmәli vә keyfiyyәt göstәricilәri beynәlxalq standartlara uyğunlaşdırılmalıdır.
Azәrbaycan mәhsullarının Rusiya bazarında tarixәn tanınması vә artıq formalaşmış müsbәt imic dә yerli mәhsulların rәqabәt qabiliyyәtinin yüksәlmәsini şәrtlәndirәn amillәrdir. 
Eyni zamanda sahibkarların bazardakı vәziyyәti vә dövlәtin dәstәk mexanizmlәri ilә bağlı mәlumatlandırılması vacib amillәrdәn biri kimi qarşıda durur. Bununla yanaşı, ixrac prosedurlarının sadәlәşdirilmәsi vә sürәtlәndirilmәsi, ölkәlәrarası xüsusi ticarәt rejiminin formalaşdırılması istiqamәtindә tәdbirlәrin görülmәsi qarşıda duran hәdәfә nail olunmasına öz töhfәsini vermiş olacaqdır.

Namiq Şalbuzov 
Aqrar Tәdqiqatlar Mәrkәzinin direktor müavini