İqtisadi  İnkişafda aqrar sahənin rolu

Milli iqtisadi inkişaf modeli strateji baxımdan işlәnmiş olsa da, müasir dövrdә dünyada baş verәn proseslәrlә әlaqәdar mütәmadi olaraq tәkmillәşdirilmәlidir. İqtisadi model ölkәmizin bütövlüyü baxımdan diqqәt mәrkәzindә olub, onun gәlәcәk inkişafını tәmin etmәlidir. İqtisadiyyatın bütün sahәlәri ilә yanaşı, bugünkü dövrdә kәnd tәsәrrüfatının inkişafına xüsusi diqqәt verilmәli, әrzaq tәhlükәsizliyinin tәmin olunması mәqsәdilә müvafiq işlәr görülmәlidir. 
Aqrar sahә digәr sahәlәrdәn müxtәlifliyi vә çoxşaxәliliyi ilә fәrqlәnir. Kәnd tәsәrrüfatı vә sәnaye bir-birilә qarşılıqlı әlaqә vә qarşılıqlı tәsirdә olan yardım sistemlәrinin fәaliyyәtlәrinin vәhdәtidir.
Ölkәmizdә müvәffәqiyyәtli aqrar islahatlara başlanaraq müxtәlif mülkiyyәt mәnsublu aqrar әmtәә istehsalçıları yaradılıb. Aqrar sahәdә çoxukladlı tәsәrrüfatçılıq sisteminin formalaşdırılması ilә bağlı qanunvericilik aktları qәbul edilib.
Kәnd tәsәrrüfatı ictimai әmәk bölgüsünün dәrinlәşmәsi nәticәsindә daha da genişlәndirilir. Sosial-iqtisadi hәyatın ayrı-ayrı komponentlәri kimi infrastrukturlar cәmiyyәtin normal hәyatının tәmin edilmәsi baxımından mühüm әhәmiyyәt kәsb edir. Onların funksional fәaliyyәti çoxşaxәliliyi, geniş dairәyә malik olmaları vә daim inkişaf etmәlәri ilә fәrqlәnir. Müasir dövrdә infrastrukturlar üçün dörd cәhәt vәhdәt tәşkil edir:
1. Faydalılıq 
2. Sәmәrәlilik 
3. İqtisadi-sosial dәyәrliliyin artması 
4. Sivilizasiyanın yüksәlmәsi

Göstәrilәn cәhәtlәr dövlәt iqtisadiyyatının tәnzimlәnmәsi fәaliyyәtindә mühüm әhәmiyyәt kәsb edir. Danılmaz faktdır ki, müasir dövrdә infrastrukturun yüksәk olması ölkә iqtisadiyyatının göstәricisi kimi çıxış edir. Kәnd tәsәrrüfatı mәhsullarının istehsalı vә istehsal infrastrukturunun mövcudluğu iqtisadi inkişaf üçün çox әlverişlidir. Ölkәmizin iqtisadi inkişafında istehsal infrastrukturunun ciddi problemlәri regional xüsusiyyәtlәrlә bağlıdır. 
Kәnd tәsәrrüfatı istehsalçılarının bütün vergilәrdәn azad edilmәsi, hökumәt tәrәfindәn müvafiq imkanların yaradılması kәndlәrdә iqtisadi inkişaf üçün şәrait yaradır. Yol, rabitә, elektriklәşmә, istirahәt vә sağlamlıq obyektlәrinin tikintisi vә s. kәndin sosial dirçәlişinә tәkan verir.
 İstehsal sahәlәrinin inkişafına uyğun olaraq yeni tәsәrrüfat formaları bölgәlәrdә fәaliyyәt göstәrir. Burada әsasәn kәnd tәsәrrüfatı mәhsulların istehsalı, emalı vә satışı hökumәtin dәstәyi ilә tәşkil edilir. Әlverişli iqlim şәraiti iqtisadi rayonlarda bitkiçilik vә heyvandarlıq mәhsullarının yetişdirilmәsinә vә mәhsuldarlığın artırılmasına sәbәb olub. Ölkәmizdә bir çox iqtisadi rayonların tәsәrrüfatı uğurla fәaliyyәt göstәrir, qida mәhsulları istehsalı yerli xammal istehsalına әsaslanır vә bunun nәticәsindә rәqabәtqabiliyyәtli mәhsulların istehsalına sәbәb olur. Respublikada kәnd tәsәrrüfatı mәhsullarının tәdarükü vә saxlanması sahәsindә çox önәmli işlәr hәyata keçirilir, son illәr respublikanın rayonlarında әrzaq mәhsullarının saxlanılması mәqsәdilә vә xüsusilә taxıl mәhsullarının saxlanılması üçün 15 anbar istifadәyә verilib, özәl qurumlarda müxtәlif tәdarük gücünә malik 80-ә qәdәr taxıl anbarları, 185-ә qәdәr un dәyirmanları işә düşüb.
Dövlәt dәstәyi son illәrdә kәnd tәsәrrüfatı mәhsulları istehsalının artımına vә inkişafına sәbәb olub ki, bu da yeni tәsәrrüfatçılıq formalarının inkişafı sayәsindә hәyata keçirilib. 
- Sahәlәrә maliyyә vәsaitinin ayrılması mexanizminin yaxşılaşdırılması, yeni investisiyaların cәlb edilmәsi, maddi texniki bazanın güclәndirilmәsi mәqsәdilә müasir texnologiyaların tәmin edilmәsi vә tәtbiq olunması; 
- Regionlarda özәl tәşkilatlarla dövlәt tәrәfdaşlığının tәkmillәşdirilmәsi istiqamәtindә tәdbirlәrin görülmәsi;
 - Kәndlәrdә sosial vә istehsal infrastrukturunun daha da tәkmillәşdirilmәsi istiqamәtindә tәdbirlәrin görülmәsi;
 - Regionlarda fermerlәrin istehsal mәhsuldarlığının artırılması üçün informasiya mәslәhәt xidmәtlәri sahәsindә işlәrin hәyata keçirilmәsi vә s.

“Kәnd tәsәrrüfatı vә әrzaq mәhsulları bazarının fәaliyyәtinin tәkmillәşdirilmәsi sahәsindә әlavә tәdbirlәr” haqqında Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamında “Әhalinin әrzaq mәhsulları ilә etibarlı tәminatına dair 2008-2015-ci illәrdә Dövlәt Proqramının” icrası sahәsindә әlavә işlәrin görülmәsi vә bu aspektdә kәnd tәsәrrüfatı mәhsullarının ixracının artırılması, istehsalçı vә istehlakçıların mәnafelәrinin müdafiә olunması mәqsәdilә “Azәrbaycan Respublikasında aqrar sәnaye kompleksinin inkişafı strategiyasının” işlәnilmәsini tәqdirәlayiq hal kimi qiymәtlәndirmәk lazımdır. Bu strategiyada aqrar strukturların işinin tәkmillәşdirilmәsi, kәnd mәhsullarının satış yarmarkalarının sәmәrәli tәşkil olunması, әlverişli ticarәt mühitinin formalaşdırılması, topdan vә pәrakәndә satış bazarlarına çıxış imkanlarının olması nәzәrdә tutulur. Eyni zamanda, bu tәdbirlәr әhalinin әrzaq mәhsullarına olan tәlәbatının ödәnilmәsinә, idxal asılılığının azalmasına, ixrac potensialının genişlәndirilmәsinә dәstәkdir. Qeyd olunan mәqsәdlәrin tәmin olunması istiqamәtindә bir sıra özәl vә dövlәt qurumları fәal iştirak etmәlidir. Bu qurumlar tәdarük satış bazarlarının yaradılmasına, logistik mәrkәzlәrin açılmasına, mәhsulların daşınmasına xidmәt edәn nәqliyyat növlәri ilә tәmin olunmasına dair mәrkәzlәrin qurulması, ixtisaslaşdırılmış satış şәbәkәlәrinin yaradılmasını tәşkil etmәlidir.
İnkişaf etmiş ölkәlәrin tәcrübәsi göstәrir ki, aqrar sahәnin maliyyәlәşdirilmәsi prosesindә iştirak edәn maliyyә qurumları arasında aqrar inkişaf banklarının rolu son dövrlәrdә artmaqdadır. Aqrar sahәnin inkişafının әn mühüm iqtisadi tәminatını tәşkil edәn dövlәt büdcәsi çәrçivәsindә daha çox dotasiya vә subsidiyalardan, digәr mәqsәdli dövlәt vәsaitlәrindәn vә yardımlarından geniş istifadә edilir, edilәn yardımlar müxtәlif meyarlar üzrә hәyata keçirilir. Әsasәn bu meyarlar rolunda aqrar sahәdә çalışan işçilәrin orta әmәk haqlarının respublika üzrә orta göstәriciyә vә ya sәnaye sahәsi üzrә orta göstәriciyә uyğunlaşdırılması, güzәştli kredit resurslarına, subsidiyalara, vә s. çıxış imkanlarının artırılması nәzәrdә tutulur.
Aqrar sahәnin inkişaf etdirimәsindә dotasiya vә subsidiyalardan geniş istifadә edilir. ABŞ-da aqrar sahәyә ayrılan illik dövlәt yardımın mәblәği 100 milyard dollar sәviyyәsindәdir. Avropa Birliyi ölkәlәrindә aqrar sahәyә ayrılan büdcәnin yarısı qәdәr, bu sahәnin yardım vә subsidiyaları tәşkil edir.
Aqrar sahәnin dövlәt tәrәfindәn tәnzimlәnmәsinin әn mühüm alәtlәrindәn biri kimi qiymәt siyasәtindәn geniş istifadә olunur. Qiymәt tәnzimlәnmәsinin aqrar sahәdә geniş tәtbiqi, burada qiymәtlәrin tez-tez dәyişmәsi vә qeyri-stabil tәbiәtә malik olması ilә izah edilir. Müxtәlif ölkәlәrin tәcrübәsinә әsәslanaraq belә bir fikir yürütmәk olar ki, әdalәtli bazar iqtisadiyyatı şәraitinin yaradılması vә münasib olması mәqsәdilә әrzaq mәhsullarının qiymәtlәri üzәrindә dövlәt nәzarәti lazımdır. Bu nәzarәt dövlәtin müxtәlif tәnzimlәnmә formalarından olan istehsalın bilavasitә tәnzimlәnmәsi (әkin sahәsinin, mal-qara sayının), subsidiyalar, kapital qoyuluşun hәyata keçirilmәsi ilә birgә yerinә yetirilmәlidir. 
Sәrbәst bazar iqtisadiyyatı prinsiplәrinin formalaşmasına, kәnd tәsәrrüfatı istehsalının әsasәn özәl sektorda hәyata keçirilmәsinә baxmayaraq, aqrar sahәyә dövlәt müdaxilәsi vә dövlәt tәnzimlәnmәsi bazar iqtisadiyyatı şәraitindә dövlәtin hәll etmәli olduğu әn vacib mәsәlәlәrdәn biridir.
Dövlәt qiymәtlәri tәnzimlәmәklә, bir tәrәfdәn, geniş tәkrar istehsalın stimullaşdırılmasına yönәlmiş tәdbirlәr hәyata keçirir, digәr tәrәfdәn isә әhalinin aztәminatlı tәbәqәlәrinin iqtisadi maraqlarının tәmin olunmasına sәbәb olur ki, nәticәdә kәnd tәsәrrüfatı istehsalçılarının mәhsullarının qiymәtlәrinin aşağı olması müqabilindә kompensasiya almasını reallaşdırır. Kәnd tәsәrrüfatı mәhsulları üçün tәminatlı qiymәtlәrin müәyyәnlәşdirilmәsi artıq dünyanın әksәr ölkәlәrindә davamlı iqtisadi inkişafın zәruri şәrtinә çevrilib.

Teymur Nağıbәyli
 Aqrar Kredit vә İnkişaf Agentliyinin Layihә vә Proqramlar şöbәsinin Beynәlxalq tәşkilatlar vә maliyyә qurumları ilә әmәkdaşlıq sektorunun müdiri, doktorant