“AQROSKOP” jurnalı fermer və sahibkarların gördükləri işin keyfiyyətini artırmaq, fərdi bizneslərini genişləndirmək üçün onları müasir üsul və texnologiyalardan xəbərdar edir. Jurnalda aqrar sahə üzrə peşəkar mütəxəssislərin yazıları, araşdırmalar, təhlillər, xarici mənbələrdən əldə edilmiş məlumatlar və yeniliklər yer alır. Rüblük 5 min nüsxədə çap olunması nəzərdə tutulur. Jurnalın buraxılışlarından yararlanaraq ölkəmizdə istifadə oluna biləcək dünya trendlərindən, gələcəyə hədəflənən kənd təsərrüfatının innovativ yeniliklərindən xəbərdar olacaqsınız.
Məqsədimiz oxucuların kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislərin biliklərindən rahatlıqla faydalanmasını təmin etmək və bu işdə Kənd Təsərrüfatı Nazirliyinə kömək göstərmək istəyən şirkət və qurumları həvəsləndirməkdir. Ölkənin bütün regional Dövlət Aqrar İnkişaf Mərkəzlərindən jurnalı əldə etmək mümkündür.