“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır.

Daha ətraflı

Afaq Layihəsi Çərçivəsində  Qadın Fermerlərə Dəstək  Tədbirləri Davam etdirilir.

“AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədilə yaradılan layihədir. Layihənin əsas məqsədi qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırmaq, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaratmaqdır.

Daha ətraflı

Abşeron Şəraitində İntroduksiya Olunmuş Soya Sortları

Soya dünyada geniş istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biridir. Eyni zamanda uzun müddət Asiyada insanlar üçün əsas qida məhsulu olmuşdur. Soya zülalı yüksək keyfiyyətə malik olmaqla yanaşı, həm də ən ucuz protein mənbəyidir. Digər tərəfdən soya paxlasının sağlamlıq üçün bir sıra faydaları müəyyən edilmişdir ki, bu da soya məhsullarına tələbatın və marağın artmasına səbəb olur. 2008-ci ildə dünyada təxminən 77 milyon hektarda soya əkilmişdir.

Daha ətraflı