Әvvәllәr qeyd etdiyim kimi biz addımlarımızı vәziyyәtә uyğun atacağıq vә әlbәttә, hamımız istәyirik ki, bu karantin rejiminә tezliklә son qoyulsun vә vәtәndaşlar öz normal hәyatına qayıtsınlar.
Daha ətraflıBMT-nin Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatı (FAO) vә Ümumdünya Ticarәt Tәşkilatının (ÜTT) Baş Direktorları Qu Donqyu vә Roberto Azevedo tәrәfindәn Birgә Bәyanat:
Daha ətraflıBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO): Heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut yoxdur.
Daha ətraflıÖlkəmizdə xam pambıq istehsalının dinamik inkişafını təmin etmək, toxuculuq sənayesinin mahlıca olan tələbatını ödəmək üçün məhsuldar, tezyetişən, xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək lif keyfiyyətinə malik və toxumun tərkibində yağın miqdarı çox olan yeni pambıq sortlarının yaradılması istiqamətində elmi tədqiqat işlərinin aparılması böyük əhəmiyyət kəsb edir.
Daha ətraflıMeyvəçilik aqrar iqtisadiyyatın önəmli bir sahəsidir və son dövrlərdə çox sürətlə inkişaf edir. Hazırda dünyada meyvə bağlarının ümumi sahəsi 90 milyon hektara yaxın olub, əkin sahəsinin 6 %-ni təşkil edir.
Daha ətraflıƏhali tərəfindən geniş şəkildə əkilib-becərilən tərəvəz bitkilərindən biri kələmdir. Buna səbəb ölkəmizdə mövcud torpaq-iqlim şəraitinin əlverişli olmasıdır. Kələmin ilin müxtəlif fəsillərində yetişə bilməsi və uzun müddətli saxlanma qabiliyyətinə malik olması ondan ilboyu istifadə etməyə imkan verir.
Daha ətraflıDövlətimizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edərək aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir.
Daha ətraflıHeyvandarlıq – dünya kənd təsərrüfatının ikinci mühüm sahələrindən biri olmaqla əhalini qiymətli ərzaq məhsulları ilə, yüngül sənayeni xammalla, bitkiçilik sahəsini isə üzvi gübrələrlə təmin edir. Heyvandarlıq sahəsi dünyanın hər yerində müvəffəqiyyətlə inkişaf etdirilməkdədir.
Daha ətraflıAzərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” ölkənin kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilə qədər olan müddət üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əks etdirir.
Daha ətraflıKənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı olmasının əsas səbəblərindən biri də alaq otlarıdır. Alaq becərilən bitkilər arasında özbaşına bitən bitkidir.
Daha ətraflıİldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur.
Daha ətraflıYeni biotexnologiyaları istehsalata tətbiq etmədən elmi-texniki tərəqqi sahəsində müvəffəqiyyət əldə etmək prinsipial olaraq mümkün deyil. Elmin prioritet istiqamətlərinin işlənib hazırlanmasında bitkilərin hüceyrə, toxuma və digər orqanlar vasitəsi ilə çoxaldılması metodu mühüm yer tutur. Bu metod vasitəsilə insanların təsərrüfat fəaliyyəti nəticəsində bitki orqanizminin morfogenetik potensialının kəskin surətdə yüksəldilməsi imkanı əldəolunur.
Daha ətraflıQuşçuluq heyvandarlığın geniş yayılan və gəlirli bir sahəsi olduğundan bu sahədən səmərəli istifadə edilməsinə dövlət qayğısı xeyli artmışdır. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan "Quşçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi hökümət tərəfindən maliyyələşdirilmişdir. Belə ki, quşçuluq sahəsində yeni fermer və fərdi təsərrüfatlar yaradılır, hidroponik və digər innovativ texnologiyalardan istifadə olunmaqla quşçuluq məhsullarının artırılması istiqamətində müvafiq işlər görülür.
Daha ətraflıÜzvi və mineral gübrələr torpağın münbitliyinin artmasında, bitkilərin qidalanmasında, mikroorqanizmlərin inkişafında, məhsuldarlıq və keyfiyyətin yüksəlməsində mühüm rol oynayır.
Daha ətraflıİngiltərədə Swansea Universitetinin elmi işçiləri tərəfindən 14 fevral 2020 – ci il tarixində nəticələri "Science" jurnalında dərc olunan böyük bir araşdırma aparılmışdır. Həmin araşdırma göstərir ki, dünyanın bəzi yerlərində quraqlığın artması 2 milyarddan çox insanın yaşadığı ərazilərdəki ekosistemlərə ziyan vuracaqdır.
Daha ətraflıSu bəşəriyyətin əsas həyat mənbələrindən biridir. Susuz həyat yoxdur. Təsadüfi deyil ki, canlı orqanizmlərin əsas hissəsini su təşkil edir. Kənd təsərrüfatı sahəsində suvarma suyunun əhəmiyyəti çox böyükdür. Belə ki, bu sahənin inkişafını suvarma suyu olmadan təmin etmək mümkün deyil.
Daha ətraflıKənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə fevralın 29-dan martın 2-dək Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində “Agro Hackathon 2020” müsabiqəsi keçirilib.
Daha ətraflıYüksək məhsuldarlığa nail olmaq üçün əlverişli iqlim şəraitində torpağın münbitliyinin artırılması əsas şərtlərdən biridir. Münbitlik–torpağın bitkini qida elementləri və su, onun kök sistemini isə hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpaq münbitliyinin 4 növü fərqləndirilir: təbii, süni, potensial, effektiv və ya iqtisadi.
Daha ətraflıÖlkəmiz müstəqillik qazandıqdan bu günədək kənd təsərrüfatında geniş islahatlar aparılmış, bu sahədə bir çox layihələr həyata keçirilmiş və nəticə etibarilə aqrar sahənin inkişafının davamlılığı təmin olunmuşdur.
Daha ətraflıÇiçək kontagioz infeksion xəstəlik olub isitmә, dәri vә selikli qişalar üzәrindә spesifik sәpkilәrin әmәlә gәlmәsi ilə səciyyәlәnir.
Daha ətraflı