Bu gün biz keçən ilin yekunlarını müzakirə edəcəyik, 2021-ci ildə görüləcək işlər haqqında danışacağıq. Keçən ilin və son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistanı məğlub etdi.
Daha ətraflıVahid əkinçilik sisteminin əsas vəzifəsi torpaqlardan səmərəli istifadə edilməsi, bitkilərin məhsuldarlığı və torpağın münbitliyinin artırılması məqsədilə müxtəlif metodların hazırlanması və tətbiq edilməsidir. Bu metodlar bir-biri ilə sıx şəkildə bağlıdır və vahid əkinçilik sisteminin səmərəliliyini müəyyən edir. Bundan başqa, torpaq-iqlim şəraitindən asılı olaraq suvarma, qurutma, kimyəvi meliorasiya və meşə zolaqlarının salınması üsulları da vahid əkinçilik sisteminə daxildir.
Daha ətraflıDənli bitkilər içərisində buğda öz istehsal həcmi və qidalılıq dəyərinə görə alternativi olmayan məhsul kimi mühüm strateji əhəmiyyətə malikdir. Ona görə də buğda bitkisinin məhsuldarlıq və keyfiyyətinin artırılması, həmçinin istehsalının səmərəliliyinin yüksəldilməsi vacib məsələlərdən biridir. Buna da seleksiya yolu ilə yüksək məhsuldar və adaptiv xüsusiyyətlərə malik sortların yaradılması, becərmə texnologiyalarının intensivləşdirilməsi hesabına nail olmaq mümkündür.
Daha ətraflıƏrzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha çox nəzərə çarpır. Heyvan mənşəli məhsulların istehsalı sürətlə artarsa, istehlakın yerli istehsal hesabına tam olaraq ödənilməsi məsələsi də öz müsbət həllini tapar. Bu da ilk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məsələsini gündəmə gətirir. Heyvandarlıqda damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmalı və səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilməlidir.
Daha ətraflı“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. “AccessBank” dövlət xətti ilə verilən kreditlərin sahibkarlara, xüsusilə də aqromüştərilərə çatdırılmasında fəal iştirak edir.
Daha ətraflıBütün dövrlərdə insanlar mütərəqqi becərmə texnologiyalarını tətbiq edərək kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etməyə çalışmışlar. Perspektivli üsullardan biri ağacların şpalerlərdə (beton və ya dəmir dirəklərdə) becərilməsi üsulu ilə tut plantasiyalarının formalaşdırılmasıdır. Bu da əl əməyini minimallaşdırmağa və yemlik yarpaqların mexanikləşdirilmiş üsulla yığılmasına imkan verir. Tut, üzüm, kivi, böyürtkən, moruq və qarağat kimi bitkilərin şpaler formasında becərilməsi qədim vaxtlardan mövcuddur. Bu əkin üsulu vasitəsilə bitkilərdən maksimal məhsul alınması, məhsul yığımının asanlaşdırılması, plantasiyaya qulluq və mühafizə üzrə aqrotexniki tədbirlərin görülməsi mümkündür.
Daha ətraflıOtuz ilə yaxın işğal altında olan torpaqlarımız 10 noyabr 2020-ci il tarixində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən tamamilə azad edilmişdir. İşğalçı erməni vandalizmi bu ərazilərdə bütün maddi və mənəvi infrastrukturu dağıtmaqla yanaşı, ekologiyamıza da ciddi ziyan vurmuşdur. İşğalçılar buradakı təbii mineral ehtiyatları və əkin torpaqlarını vəhşicəsinə istismar etmiş, meşələri talan edərək yandırmış, ağacları isə kütləvi şəkildə kəsmişlər. Onlar həmçinin torpaq və su mənbələrini qəsdən çirklənməyə məruz qoymuşlar. Beləliklə, minillik meşə ekosistemi, flora və fauna məhv edilmişdir. Respublikamızda torpaq islahatı dövründə meşə fondu torpaqları 1063480 ha təşkil etmişdir. Lakin əsas meşə təsərrüfatının yerləşdiyi ərazilərin işğala məruz qalması ekosistemin pozulmasına gətirib çıxarmışdır.
Daha ətraflıMikroorqanizmlər insanların təsərrüfat fəaliyyətində əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, təbiətdə baş verən hadisələri produksiya, destruksiya, tənzimləmə və indikasiya kimi xarakterizə etsək, mikroorqanizmlərin bu proseslərin aktiv və əvəzedilməz iştirakçısı olduğunu görmək olar. Mikroorqanizmlər bitki qalıqlarının deqradasiyası, torpaqəmələgəlmə, humusun sintezi və deqradasiyası, torpağın fitosanitar vəziyyətinin yaxşılaşdırılması, atmosfer azotunun fiksasiyası və torpaqda bioloji aktiv maddələrin toplanması kimi proseslərdə mühüm funksiya daşıyır.
Daha ətraflıÖlkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının, o cümlədən paxlalı məhsulların istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi əsas rol oynayır. Paxlalı bitkilər, əsasən cərgəarası becərilir və nisbətən quraqlığa davamlıdır. Respublikamızın torpaq-iqlim şəraiti paxlalı bitkilərin becərilməsi üçün çox əlverişlidir. Bu bitkilərin dəni vitamin, şəkər və amin turşuları ilə zəngindir. Dənin tərkibində olan triptofan, lizin, metionin, valin və leysin kimi amin turşuları insan və heyvan orqanizmlərinin inkişafında mühüm rol oynayır. Bununla yanaşı, metionin və triptofanın çoxluğuna görə noxud bitkisi digər paxlalı bitkiləri qabaqlayır.
Daha ətraflıKeçi südü insan orqanizmi üçün faydalı hesab olunur. Südlük cəhətdən keçilər qoyunlardan üstündür. Ölkəmizdə keçilər laktasiya dövrü ərzində 140 litrə qədər süd verir. Belə cinslərə Saanen və Alpin keçiləri kimi mədəni keçi cinslərini misal göstərmək olar.
Daha ətraflıÇiyələk çiçəkli bitkilər aləminin örtülütoxumlular şöbəsi, ikiləpəlilər sinfi, gülçiçəklilər fəsiləsi və Fragaria cinsinə aiddir. Saçaqlı kök sisteminə malik ot tipli bitkidir. Kök sistemi yaxşı drenaj edilmiş münbit torpaqlarda 60-70 sm dərinliyə qədər inkişaf edir. Çiyələk çox qısa gövdəyə malikdir. Yarpağı 3 ayadan ibarətdir və kənarları dişlidir. Çiyələyin hər altıncı yarpağı birinci yarpağın üzərinə düşür. Yarpaqlar üçhissəlidir. Belə ki, bığcıq üzərində olan yarpaqlar sıx birləşib qırçın əmələ gətirir.
Daha ətraflıƏhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Camış daha çox Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında yetişdirilir. Ölkəmizdə camışçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. İsti günlərdə camışlar nohur, bataqlıq, durğun su, gölməçə və ya çay yataqlarında olur. İqlimi quru və isti olan yerlərdə gündə 1 neçə dəfə, xüsusilə sağımdan əvvəl çimizdirilir.
Daha ətraflıQuba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzi və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən gilas bitkisinin Regina, Kordia, Summit, Burlat, Ziraat-0900 kimi sortları ölkəmizə introduksiya olunmuş və bu sortlar üzrə yeni meyvə bağları salınmışdır. Bunlardan başqa, gilas bitkisinin GiselA-5, GiselA-6 və MaxMa-14 calaqaltı formaları da introduksiya edilmişdir.
Daha ətraflıDənli-paxlalı bitkilər zülalla zəngin olduğu üçün əhəmiyyətlidir. Paxlalı bitkilərin dənində insan və heyvan orqanizmi üçün lazım olan bütün aminturşuları mövcuddur. Bitkinin toxum və meyvələrində insan orqanizminin həyat fəaliyyəti üçün lazım olan çoxlu miqdarda A, B1, B2, C və PP vitaminləri vardır. Tərkibindəki zülalın orqanizmdə mənimsənilmə faizi daha yüksəkdir. Dənli-paxlalı bitkilərə noxud, lobya, paxla, nut, mərci, soya, lərgə və gülülü misal göstərmək olar.
Daha ətraflıZeytun bir sıra dünya ölkələrinin iqtisadiyyatında önəmli yer tutur. Təkcə Avropada 5 milyon hektar zeytun sahəsi mövcuddur. Azərbaycanda da becərilən zeytun bitkisinin zərərvericilərinin tədqiqatına XX əsrin əvvəllərindən İ.V.Fiqurkovski, A.A.Mədətzadə, F.O.Əmirov və Y.İ.Həsənov kimi alimlər tərəfindən başlanılmışdır.
Daha ətraflıToxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, habelə xəstəlik, zərərverici və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. Ölkəmizdə toxumçuluğun inkişafı üçün lazımi şərait vardır. Əsasən də son illər bu sahəyə daha çox diqqət və dəstək hiss olunur.
Daha ətraflıBadam gülçiçəkkimilər fəsiləsinin gavalı cinsinə aid yarımcins bitkidir. Badam bitkisinin 40-a qədər ağac və kol formalı növü mövcuddur. Ölkəmizdə 4 növü yayılmışdır. Mədəni badam sortları yabanı badam sortlarına yaxın olsa da, meyvəsinin böyüklüyü və qabığının nazikliyi ilə fərqlənir. Badam ağacları yarpaqlar əmələ gəlməmiş mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə toplanmış şəkildə olur. Badam ağacının hündürlüyü 6-10 m-dir. Bəzi növlərinin hündürlüyü isə 16-20 metrə çatır. Badam ağacı 4-5 yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvələri iyul-avqust aylarında yetişir və uzunluğu 2,5-3 sm olur. Mədəni badam sortlarının meyvəsi nisbətən iridir. Badam meyvəsində bir və ya iki ləpə olur. Ləpənin tərkibində 40-60% yağ, 20-30% zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə və B1 vitamini vardır. Yabanı halda bitən badamın ləpəsi acı olur. Bunun da əsas səbəbi tərkibində 2,5-3,5% qlükozidin olmasıdır.
Daha ətraflı2020-ci il noyabr ayından etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyətə başlamışdır. Artıq fermerlər və aqrar sahədə çalışan iş adamları öz təsərrüfatları, əkin sahələri və heyvanlarını sığortalaya bilərlər. Əkin sahələri və bitki məhsullarının sığortalanması işini Aqrar Sığorta Fondu (ASF) həyata keçirir. Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarına əsasən aqrar sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edir: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq. Sadalanan 14 bitkinin becərilməsi ilə məşğul olan fermerlər öz əkin sahələrini sığortalaya bilərlər. Gələcəkdə sığortalanan bitkilərin siyahısının daha da genişlənməsi gözlənilir.
Daha ətraflıİnsanların fəaliyyət dairəsi genişləndikcə maddi nemətlər istehsalı və buna uyğun olaraq tullantıların həcmi də artır. Ekoloji problemlərin həyatımıza necə təsir etdiyini göstərmək üçün tədqiqatçılar tərəfindən yüzlərlə araşdırma aparılmışdır. Lakin insanların çoxu bu dəyişikliklərə səbəb olan konkret məsələlərdən xəbərdar deyildir.
Daha ətraflıDünyada 40 ölkədə 2,3 milyon hektar sahədə çay bitkisi becərilir. Çay bitkisi müalicəvi əhəmiyyətinə görə digər bitkilərdən fərqlənir. Çay susuzluğu yatırır, yorğunluğu çıxarır, ürək-damar sistemini tənzimləyir, qan təzyiqini aşağı salır və orqanizmin həyat fəaliyyətini yüksəldir.
Daha ətraflı