Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan Rayonlarına Səfəri

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarında olublar. Fevral ayından sonra artıq azad olunmuş ərazilərdə intensiv işlərə başlanılıb. İlkin söküntü işləri aparılıb. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara uyğun quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb

Daha ətraflı

Zəngilan Rayonunun Ağalı Kəndində Azərbaycan-Türkiyə “Qardaşlıq Bağı” Salınıb

Türkiyənin Kənd təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirlinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər etmişdir. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

Daha ətraflı

Prezident İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl Rayonlarına Səfəri

Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır. Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar ki, tamamilə dağıdılmışdır. Burada onların hərbi hissəsi və polis bölməsi yerləşirdi. Xaricdən gələn ermənilər də burada qanunsuz yaşayırdılar.

Daha ətraflı

İntensiv və Superintensiv Bağçılığın Mövcud Vəziyyəti

Yeni yaradılan bağçılıq təsərrüfatlarında daha çox intensiv və superintensiv bağların salınmasına üstünlük verilir. Ənənəvi üsulla salınan meyvə bağları daha çox insan əməyi tələb edirdi. Müasir meyvəçilikdə isə yeni texnologiyaların tətbiqi ilə ağaclar məhsula tez düşür, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün çəkilən xərclər azalır, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizənin aparılması üçün proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərindən istifadə olunur.

Daha ətraflı

İntensiv Bağçılığın İnkişafı Əsas Prioritetlərdən Biridir

Bildiyiniz kimi, Aqrar Subsidiya Şurasının qərarına əsasən 2021-ci ildə intensiv üsulla salınacaq portağal, naringi, limon, fındıq, zeytun və nar bağlarına görə birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu mexanizm ölkəmizdə ilk dəfə tətbiq olunduğuna görə sizə suallarımız olacaq.

Daha ətraflı

Pomidor Bitkisinin Əsas Xəstəlikləri

Dünya ölkələrində tərəvəzçilik açıq sahə və istixana tərəvəzçiliyi istiqamətləri üzrə inkişaf etmişdir. Əkinə yararlı torpaq sahələri azaldıqca istixana tərəvəzçiliyi daha çox üstünlük qazanmışdır. Hazırda müxtəlif ölkələrdə binaların üstündə və ya yeraltı hissələrində tərəvəz bitkiləri becərilir və məhsuldar F1 hibridləri yaradılır. Pomidorun tərkibində çox əhəmiyyətli vitamin və mineral duzlar vardır. Tərkibindəki şəkərin turşuya münasibəti nə qədər çox olarsa, meyvə daha dadlı olar

Daha ətraflı

Keyfiyyətli Üzüm Tingləri Yüksək Məhsuldarlığın Təminatıdır

Üzüm bitkisi A, B1, B2, B6, PP, C vitaminləri və mikroelementlərlə zəngindir. Tərkibində olan qlükoza və fruktoza insan orqanizmi tərəfindən asan mənimsənilir. Torpaq-iqlim şəraiti, tənəyin yükvermə norması, torpaq xüsusiyyətlərindən asılı olaraq əkin sxemi müxtəlif olur. Ölkəmizdə tətbiq edilən 2,5x1,5 m əkin sxemli ənənəvi üçməftilli şpaler sistemində yerli sortlarımızın potensial məhsuldarlığı 17 tondan artıq olmur. Bayanşirə sortu istisnadır, bu sort 20-25 ton məhsul verir.

Daha ətraflı

Müasir Ting İstehsalı

“AZƏRTİNG” MMC (Məhdud Məsuliyyətli Cəmiyyəti) kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair “Azərbaycan 2020: gələcəyə baxış” dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ting bazarının inkişaf etdirilməsi və yerli istehsal potensialının gücləndirilməsi məqsədilə yaradılmış şirkətdir. Şirkətimiz 2019-cu ildən etibarən fəaliyyət göstərir. Əsas hədəfimiz ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması, eləcə də intensiv bağçılıqda meyvə tinglərinə olan tələbatı nəzərə alaraq ting istehsalını artırmaqdır.

Daha ətraflı

Fındıq Sortlarının Pomoloji Xüsusiyyətləri

Ölkəmizdə hazırda 34946 hektar sahə gərzəkli meyvə bitkilərinə ayrılmışdır. Bu bitkilər içərisində əkin sahəsi və yayılma arealına görə fındıq bitkisi ikinci yeri tutur. Fındıq 8-10 gövdəli kol şəklində olan bitkidir. Çiçək tumurcuqları birillik budaqlarda yaranır.

Daha ətraflı

Alma Sortlarının İqtisadi Səmərəliliyi

Dünyanın müxtəlif bölgələrində almanın 3 növü mədəni halda becərilir. Bunlar Mədəni alma, Sibir alması və Yabanı yarpaq almasıdır. Alma bitkisinin tərkibində olan karbohidratlar, üzvi turşular, yağlar, mineral duzlar, zülal maddələri, fermentlər və vitaminlər insan orqanizminin normal böyüməsi və inkişafı üçün zəruridir. Həmçinin tərkibində sortlardan asılı olaraq 11-16,9% quru maddə, 9,6-13,3% şəkər, 0,18-0,17% turşuluq və C vitamini vardır.

Daha ətraflı

Buzov Xəstəlikləri: Səbəblər və Görüləcək Zəruri Tədbirlər

Yeni doğulmuş buzovların doğumdan sonrakı müddətdə xəstəliklərə yoluxma riski yüksəkdir. Bir qrup bakteriya və viruslar orqanizmdə infeksiyanın yaranmasına səbəb olur. Buna görə də heyvandarlıq təsərrüfatlarında yeni doğulan buzovların 80-90%-i xəstələnə və ya ölə bilər.

Daha ətraflı

Qoyunçuluq Təsərrüfatlarında Helmintozlarin Yayılma Dinamikası

Qoyunçuluq heyvandarlıqda çox gəlirli sahələrdən biridir. Əhalinin ət, ət məhsulları və xammal ilə təminatında mühüm rol oynayır. Bu sahənin inkişafına mane olan amillərdən biri helmintozdur. Helmintoz müxtəlif parazit qurdların – helmintlərin törətdiyi parazitar xəstəlik olub kənd təsərrüfatı heyvanları və ev quşları arasında geniş yayılmışdır. İnvazion xəstəliklərə qarşı aparılan əsaslı tədbirlərə baxmayaraq, helmintoz heyvanlar arasında geniş yayılaraq təsərrüfatlara çox böyük iqtisadi ziyan vurur. Bu xəstəlik heyvanların tələfatı və məhsul itkisinə səbəb olur.

Daha ətraflı

Armud Bitkisinin Klon Calaqaltıları və Seleksiya Prosesi

Son illərdə dünyada armudun yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı çoxlu sayda sortları yaradılmışdır. Armud bitkisi alma bitkisinə nisbətən kiçik areala malikdir. Buna görə də hər bir region üçün seçilmiş armudun klon calaqaltılarının sayı azdır. Armud bağlarında calaqaltı kimi heyva klonlarından istifadə edilir. Klon calaqaltıların bəzi sortlarla uyuşmaması və şaxtaya davamlı olmaması onun mənfi cəhətləridir.

Daha ətraflı

Müasir Yemçiliyin İnkişafı

Yem istehsalının artırılması, əkin sahələri, biçənək və otlaqların genişləndirilməsi ölkəmizdə heyvandarlığın inkişaf etdirilməsi üçün başlıca şərtdir. Möhkəm yem bazası yaratmaqla heyvandarlıq məhsullarının artırılması mümkündür. Heyvanların yemləndirilməsi üçün becərilən əsas yem bitkiləri bunlardır: birillik və çoxillik yem otları, yerkökü, yem çuğunduru, kartof, yerarmudu, habelə qarğıdalı, günəbaxan, yem kələmi, noxud, soya, mərci kimi dənli-paxlalı və çovdar, vələmir, arpa, darı kimi dənli bitkilər.

Daha ətraflı

Yeni İntroduksiya Olunmuş Şaftalı Sortları

Şaftalı (Persica) bitkisinin yabanı halda yayılmış 6 növü məlumdur. Bu bitki dünyanın bütün qitələrində becərilir. Şaftalı 3-8 m hündürlükdə ağac, bəzən isə kol tipli ağacdır. Çətiri seyrək, kürə və yığcam formalı olur. Yüksək zoğvermə qabiliyyətinə malik, tez məhsula düşən və nisbətən az ömürlü bitkidir. Dünyada ildə 20 milyon ton şaftalı istehsal olunur.

Daha ətraflı

Kənd Təsərrüfatı Təyinatlı Avadanlıq və Məhsulları

Son illərdə kənd təsərrüfatında intensiv bağçılığın inkişafı geniş vüsət almışdır. Avropada intensiv bağçılığın sürətlə inkişafı nəticəsində məhsul istehsalı 2 dəfə artmışdır. İntensiv bağlar çox qısa müddətdə bar verən sırayla əkilmiş meyvə ağaclarından ibarətdir. Bu ağaclar əkildikdən 2-3 il sonra yüksək məhsul verir. Bununla da intensiv bağçılığın inkişafı ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının ucuzlaşmasını təmin edir.

Daha ətraflı

Sorqo Bitkisinin Kənd Təsərrüfatında Əhəmiyyəti

Sorqo bitkisi torpaq-iqlim şəraitinə görə məhsuldarlığı aşağı olan bölgələr üçün qiymətli ərzaq və yem bitkisidir. Tərkibində 12% zülal, 65-75% nişasta və  4,5%-ə qədər yağ vardır. Dənin tərkibindəki zülala görə şəkərli sorqo fərqlənir.

Daha ətraflı

Beynəlxalq Meyvə və Tərəvəz İli (Bmti-2021)

2021-ci il Beynəlxalq Meyvə və Tərəvəz İli kimi elan olunmuşdur. Bu da qida təhlükəsizliyi, sağlamlıq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından unikal bir fürsətdir. Meyvə və tərəvəzlər sağlamlıq üçün əhəmiyyətli dərəcədə faydalı olan əsas vitamin və minerallarla zəngindir.

Daha ətraflı