‘‘AZERSKY’’ın kənd təsərrüfatında rolu

2014-cü ilin dekabr ayında Fransanın “Airbus DS” şirkәti vә “Azәrkosmos” arasında imzalanmış strateji әmәkdaşlıq çәrçivәsindә Azәrbaycanın Yer sәthinin mәsafәdәn müşahidәsi peyki olan “Azersky” “Azәrkosmos” tәrәfindәn tәhvil alınıb. Bununla da, “Azәrkosmos” Yer sәthinin mәsafәdәn müşahidәsi üzrә kommersiya fәaliyyәtinә başlayıb.
‘‘Azersky’’ peykinin (1,5 m ayırdetmә) gün әrzindә 6 milyon km2 әrazinin şәklini çәkmәk imkanı vardır. Bu o demәkdir ki, Yer kürәsinin hәr bir nöqtәsi hәr gün “Azersky” peyki tәrәfindәn yüksәk ayırdetmә ilә müşahidә oluna bilәr.
Bu gün “Azersky” peyki sayәsindә dünyanın istәnilәn nöqtәsinin yüksәk ayırdetmәli peyk tәsvirlәrinә birbaşa, qeyd-şәrtsiz çıxış imkanı vardır. Ötәn dövr әrzindә “Azersky” peykinin xidmәtlәrindәn müdafiә vә tәhlükәsizlik, kәnd tәsәrrüfatı, ekologiya vә әtraf mühit, xәritәçәkmә, infrastrukturun planlaşdırılması vә monitorinqi, kadastr mәlumatlarının yenilәnmәsi, dәnizdә vә quruda neft çirklәnmәlәrinin tәdqiqi vә digәr sahәlәrdә istifadә edilir.
Yerin mәsafәdәn müşahidәsi bazarında Azәrbaycanın da iştirakı vә bu sahәdә qurulan beynәlxalq әmәkdaşlıq sayәsindә xarici ölkәlәrin digәr yüksәk, çox yüksәk vә radar peyk tәsvirlәrinә dә daha asan vә sәrfәli şәrtlәrdә çıxış imkanları әldә olunub. Bu imkanlardan istifadәnin texniki cәhәtdәn dә mümkünlüyünü tәmin etmәk mәqsәdilә Azәrbaycan üzәrindәn keçәn bütün peyklәrdәn tәsvirlәrin alınması üçün ölkәdә 2016-cı ilin oktyabr ayından etibarәn Universal Yerüstü Stansiya istismara verilib.


Layihәlәr:
Kәnd tәsәrrüfatı mәhsullarının monitorinqi layihәsi sayәsindә arpa, buğda, pambıq vә tütün bitkilәri üzrә Azәrbaycan Respublikasının bütün әrazisindә kosmik tәsvirlәr әsasında bitki örtüyünün xәritәsi hazırlanıb.
Peyk tәsvirlәrindәn istifadә istәr dövlәt, istәrsә dә özәl sektordan olan qurumlara bu xidmәtlәrdәn yararlanmaq, xüsusilә, kәnd tәsәrrüfatı sahәsindә – bitkilәrin cücәrmәsinin monitorinqi, vegetasiya dövrü әrzindә әkinlәrin inkişaf dinamikasının öyrәnilmәsi, mәhsuldarlığın proqnozlaşdırılması, deqradasiyaya mәruz qalmış әrazilәrin aşkarlanması vә davamlı monitorinqi, torpaqların şoranlaşması vә eroziyaya uğramış әrazilәrin aşkarlanması, tәbii vә antropogen tәsirlәrә mәruz qalmış әrazilәrin müәyyәn edilmәsi imkanı verir.
Hәmçinin fermer vә sahibkarlar peyk tәsvirlәrindәn istifadә etmәklә dәqiq әkinçilik imkanlarını tәtbiq edә bilәrlәr. Mәsәlәn, bu imkanlarla әkin sahәlәrindә gübrәlәmә qaydalarının düzgün aparılmasına nәzarәt etmәk mümkündür.
2018-ci ilin yanvar-mart ayları әrzindә “Azәrkosmos” tәrәfindәn “Azersky” peykindәn әldә edilәn tәsvirlәr vasitәsilә Azәrbaycan әrazisindәki Pivot tipli müasir suvarma sistemlәrinin yerlәşmәsi vә Pivotaltı torpaqların sahәsi müәyyәn edilib, mәlumatlar çöl tәdqiqat işlәri vasitәsilә bir daha yoxlanılaraq tәsdiqlәnib. 26 rayonda 860 Pivot suvarma sistemi mövcuddur. Pivot suvarma sistemlәrinin sayına vә әhatә etdiyi torpaq sahәsinә görә әn qabaqcıl rayonlar Tovuz, Hacıqabul, Ağcabәdi, Bilәsuvar vә Samuxdur.
Bununla yanaşı, “Çoxillik kәnd tәsәrrüfatı әkinlәrinin monitorinqi layihәsi” hәyata keçirilib. Layihә çәrçivәsindә ‘‘Azersky’’ peykinin tәsvirlәri vasitәsilә üzüm vә çay sahәlәrinin yerinin müәyyәn olunması, sәrhәdlәrinin tәyin edilmәsi vә әrazilәri haqqında mәlumat hazırlanıb. Araşdırma nәticәsindә müәyyәn edilmişdir ki, üzüm sahәlәri 39 rayonda 11 439 hektar, işgal altında olan 8 rayonda (Cәbrayıl, Füzuli, Tәrtәr (işğal olunmuş hissәsindә) Ağdam, Qubadlı, Zәngilan Xocalı vә Xocavәnd) cәmi 1 395 hektardır.

   Aqil Әhmәdov 
‘‘Azәrkosmos’’ Tәsvirlәrin Emalı Qrupunun rәhbәri