FAO - Azərbaycan əməkdaşlığı

Birlәşmiş Millәtlәr Tәşkilatının (BMT) Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatı (FAO) aclığa son qoymaq üçün beynәlxalq sәylәrә rәhbәrlik edәn ixtisaslaşmış qurumdur. Hәdәfi hәr kәs üçün әrzaq tәhlükәsizliyinә nail olmaq, insanların fәal vә sağlam yaşamağı üçün keyfiyyәtli әrzağın әlçatanlığını tәmin etmәkdir.
 

Bu gün ölkәlәr kәnd tәsәrrüfatının inkişafı üçün artmaqda olan çoxsaylı tәlәb vә çәtinliklәrlә üzlәşmәkdәdir. Onlara dәstәk olmaq mәqsәdilә FAO öz bilik, bacarıq vә tәcrübәlәrini әn yaxşı şәkildә istifadә etmәk üçün 5 prioritet sahә müәyyәn edib: 
• Aclığın, qida çatışmazlığının vә yetәrsiz qidalanmanın azaldılmasına kömәk etmәk; 
• Kәnd tәsәrrüfatı, meşәçilik vә balıqçılığın daha mәhsuldar vә dayanıqlı olması;
 • Kәnd yerlәrindә yoxsulluğun azaldılması;
 • Effektiv kәnd tәsәrrüfatı vә әrzaq sistemlәrinin tәşkili; 
• Tәhlükә vә böhranlara qarşı dolanışığın dözümlülüyünün güclәndirmәsi.

- FAO vә Azәrbaycan arasında olan  әmәkdaşlıq hansı prioritetlәri ehtiva edir?
   
- FAO-nun Azәrbaycanla son 24 il әrzindә inkişaf etmiş güclü partnyorluq әlaqәsi vardır. Kәnd Tәsәrrüfatı Nazirliyi bizim әsas tәrәfdaşımızdır. Eyni zamanda, Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi, Qida Tәhlükәsizliyi Agentliyi başda olmaqla, İqtisadiyyat Nazirliyi, Statistika Komitәsi kimi digәr nazirlik vә dövlәt qurumları ilә dә işlәyirik. FAO-Azәrbaycan Tәrәfdaşlıq Proqramı (2016-2020) ölkә rәhbәrliyinin kәnd tәsәrrüfatının dayanıqlı vә inklyuziv inkişafına olan yanaşmasının bariz tәcәssümüdür. FAO hәmçinin, Azәrbaycanda meşә resurslarının vә balıqçılıq sektorunun dayanıqlı idarәçiliyi üzrә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi ilә әlaqәlәri inkişaf etdirmәk öhdәliyi götürmüşdür. Qida Tәhlükәsizliyi Agentliyi ilә dә birgә qanuni bazanı inkişaf etdirmәk vә Agentliyin struktur vә fәaliyyәtini güclәndirmәk üçün çalışırıq.

Bundan başqa, bizim Azәrbaycanla olan tәrәfaşlığımız dünya üzrә FAO dәstәyinin dayanıqlılığına dair bir nümunәdir. Azәrbaycan dövlәtinin әsaslı dәstәyi ilә 2015-ci ildә FAO-nun Tәrәfdaşlıq vә Әlaqәlәndirmә Ofisinin yaradılması FAO-nun ölkә üzrә fәaliyyәtini daha yüksәk bir sәviyyәyә çatdırıb vә Azәrbaycan xalqı üçün dayanıqlı nәticә vә mәnfәәtlәrin әldә edilmәsinә yönәlmiş önәmli bir proqramın inkişafına gәtirib çıxarıb. Tәrәfdaşlıq vә Әlaqәlәndirmә Ofisi Azәrbaycan Respublikasında kәnd tәsәrrüfatı mәhsullarının istehsalına vә emalına dair Strateji Yol Xәritәsindә qeyd edilәn prioritetlәri özündә ehtiva etmәklә, әrzaq, kәnd tәsәrrüfatı, meşәçilik vә balıqçılıq sektorlarındakı islahatları dәstәklәmәyә davam edәcәk.
 

- Azәrbaycanda kәnd tәsәrrüfatının inkişafı naminә hansı mәqsәdlәr FAOnun gündәliyindәdir?

- Azәrbaycanda FAO-nun dәstәyi vә fәaliyyәti FAO-nun Azәrbaycanla әmәkdaşlığına istiqamәt verәn, qabaqcıl beynәlxalq tәcrübәlәri vә qlobal standartları bir araya gәtirәn, 2016-2020-ci illәr üçün nәzәrdә tutulan Dövlәt Proqramı Çәrçivәsindә hәyata keçirilir. Bu fәaliyyәt 6 prioritet sahәni әhatә edir: - Transsәrhәd heyvan vә bitki xәstәliklәri, hәmçinin zәrәrvericilәrlә mübarizә dә daxil olmaqla, heyvan sağlamlığı vә bitki mühafizәsi; - Kәnd tәsәrrüfatı, әrzaq tәhlükәsizliyi vә kәndin inkişafı sahәsindә sәrmayәlәrin dәstәklәnmәsi; - Kәnd tәsәrrüfatı tәhsili, tәdqiqat vә yayım da daxil olmaqla bacarıqların artırılması; - Kәnd tәsәrrüfatı vә kәndin inkişafı üçün siyasi vә tәşkilati çәrçivәnin güclәndirilmәsi; - Tәkmillәşdirilmiş bitkiçilik, balıqçılıq vә heyvandarlıq; - Dayanıqlı vә sәmәrәli meşә tәsәrrüfatı, torpaq vә su resurslarının idarә olunması.
 

- FAO-Azәrbaycan Tәrәfdaşlıq Proqramı çәrçivәsindә icra olunan vә hәyata keçirilәcәk layihәlәr hansılardır?
– Hal-hazırda FAO-Azәrbaycan Tәrәfdaşlıq Proqramı çәrçivәsindә 4 layihә hәyata keçirilir: • Azәrbaycanda iribuynuzlu damazlıq heyvanların cins tәrkibinin yaxşılaşdırılması vә sәmәrәli yemlәmә sistemlәrin yaradılması vasitәsilә iribuynuzlu heyvandarlığın inkişaf etdirilmәsi;

• Qoyunçuluğun davamlı inkişafı vә әrzaq mәhsullarının istehsalı üzrә dәyәr zәncirinin yaradılması vә hәyata keçirilmәsi; 
• Azәrbaycanda sağlam toxumluq kartof istehsalı üzrә milli sistemin yaradılması;
• AMAL - Aqrar Mәşğulluğun Artırılması Layihәsi. Kәnd tәsәrrüfatı fәaliyyәti ilә mәşğul olan qadınlara dәstәk olan layihә – AFAQ vә Azәrbaycanda fındıq sektorunun sәmәrәliliyinin vә davamlılığının tәkmillәşdirilmәsi üzrә layihәlәr yaxın zamanda icra olunacaq.

- Kәnd tәsәrrüfatında iqtisadiyyatın şaxәlәndirilmәsi üçün Azәrbaycanın addımlarını necә qiymәtlәndirirsiniz?

- Azәrbaycan dünyada neft vә qaz ölkәsi kimi tanınır, lakin işlәyәn әhalinin 40 %-i öz gәlirini kәnd tәsәrrüfatı sahәsindә fәaliyyәtdәn әldә edir. 2017-ci ilin statistik mәlumatına әsasәn, ölkәnin Ümumi Daxili Mәhsulunun 9 faizi bu sahәnin payına düşür vә hökumәt Azәrbaycan iqtisadiyyatının şaxәlәndirilmәsindә başlıca sahәlәrdәn biri kimi kәnd tәsәrrüfatını seçmişdir. 

Bu mәnada 2016-cı ildә Azәrbaycan hökumәti hәmin sahәnin gәlәcәk inkişafı üçün şәrait yaratmaq mәqsәdilә, Kәnd Tәsәrrüfatı Mәhsullarının İstehsalına vә Emalına dair Strateji Yol Xәritәsini qәbul etmişdir. Ölkә rәhbәrliyi kәnd tәsәrrüfatının inkişafına kömәk etmәk mәqsәdilә yerli istehsalçı vә fermerlәrә vergi güzәştlәri, subsidiyalar, kәnd tәsәrrüfatı avadanlıqları, irriqasiya sistemlәri, gübrә vә güzәştli kreditlәr vermәklә dәstәk göstәrәrәk, bu sahәyә yüksәk investisiya qoymuşdur. 

Buna baxmayaraq, torpağın mәhsuldarlığının az olması, aqrar tәcrübәnin azlığı, maliyyә vә mәhsul bazarlarına çıxış imkanının zәif olması hәlә dә bu sahәnin inkişafına mane yaradan amillәrdir. Bunu da qeyd edim ki, Kәnd Tәsәrrüfatı Nazirliyi sadaladığım çәtinliklәri aradan qaldırmaq üçün müasir yanaşmaları tәtbiq etmәyә olduqca maraqlıdır. Bununla belә, torpaqların qeydiyyatı kimi struktur problemlәri tezliklә vә effektiv üsulla hәll edilmәlidir.

 

  Mәlәk Çakmak

 FAO-nun Azәrbaycandakı Tәrәfdaşlıq vә Әlaqәlәndirmә Ofisinin rәhbәri