“Aqro X” müsabiqəsi ikinci yer “MR.BEE”

Əsası 2015-ci ildə qoyulan “Mr.Bee” bal brendi yarandığı gündən texnoloji yeniliklər tətbiq etməkdədir. Özündə startup xüsusiyyətlərini əks etdirən brendin www.mrbee.az saytı 2016-ci ildən fəaliyyət göstərir. Biznes proseslərinin avtomatlaşdırılması şirkətin prioritet istiqamətlərindən biridir. Müasir dünyada geniş yayılmış e-ticarət praktikasını tətbiq etməyə başlayan şirkət yaxın günlərdə www.mrbee.az onlayn bal platfoması ilə müştərilərə ölkənin istənilən regionundakı arıçıdan birbaşa bal və arıçılıq məhsulları sifariş etmək imkanı yaradacaq.
“Mr.Bee” təxminən 100-ə yaxın A kataqoriyalı ( Bravo, Port Bazar Baku, Araz, Spar, Favorit, rahat, Fresco və s market şəbəkəsində təmsil olunur. Ancaq hazırda müştərilər yalnız mağazaya gedərək alış-veriş etmir, vaxta qənaət məqsədilə onlayn sifarişə üstünlük verirlər. Odur ki, onlayn müraciətlərin sayı getdikcə çoxalır və şirkət nağdsız ödənişləri stimullaşdırmaq üçün müxtəlif alətlərdən – cashback sistemindən istifadə edir.
Rəqəmsal dünyada sosial media marketiniqinin əhəmiyyətini gündən-günə artır. Bu reallığı düzgün qiymətləndirən “ Mr.Bee” şirkətinin marketinq strategiyasının əhəmiyyətli hissəsini sosial şəbəkə kanallarının inkişafı təşkil edir.  

Hazırda şirkətin Facebook, Instagram, Twitter, Linkedin və Youtube kanalları vasitəsilə “Mr.Bee” məhsulları və mövcud kampaniyalar barədə hədəf kütləyə ötrülür.
Müştəri məmnuniyyəti prinsipini üstün tutan şirkət alış-verişi bir qədərdə sadələşdirmək üçün “Mr.Bee” mobil tətbiqini alıcıların ixtiyarına verməyə hazırlaşır. Beləliklə, artıq hərkəs mobil tətbiqi yükləməklə qısa müddət və asanlıqla arıçılıq məhsulları sifariş edə biləcək. Çatdırılma xidmətinə gəlincə, “Mr.Bee” ödəniş şəklindən aslı olmayaraq, müştərilərin sifarişini Bakı şəhəri daxilində 24 saat ərzind istənilən ünvana pulsuz çatdırır.
Şirkətin tətbiq etdiyi yeniliklərdən biri də müştərilərə alacaqları məhsulun dadına baxmaq imkanı verilməsidir. Bu məqsədlə çatdırılma zamanı məhsulun nümunəsi müştəriyə təqdim olunur və alıcı dadına baxıb bəyəndiyi bal növünü sifariş verir. Nümunəmüştəri tərəfindən bəyənilmədiyi təqdirdə isə məhsul çatdırılma komisiyonu ödənilmədən geri qaytarılır.
Sözügedən sahədə dünya təcrübəsini və yenilikləri öyrənmək üçün şirkətin nümayəndələri müxtəlif beynəlxalq (Gulfood, ANUGA, Green week) yerli (Caspian Agro, World Food Azerbaijan, Organic food festival) tədbirlərdə, sərgilərdə , elmi konfranslarda və biznes forumlarında iştirak edirlər.

“Made in Azerbaijan” brendinin təşviqi, ixrac potensialının artırılması ölkə üzrə prioritet istiqamətlərdən olduğu üçün “Mr.Bee” də bu məqamları diqqət mərkəzində saxlayır. Xarici bazara çıxmaq üçünsə dünya standartlarına cavab verən qablaşdırmadan tutmuş sertifikasiyaya qədər bütün mərhələlər beynəlxalq tələblərə uyğunlaşdırılmalıdır. Bu səbəbdən də yaxın günlərdə Sabirabad Sənaye Məhəlləsində şirkətin müasir standartlara cavab verən qablaşdırma müəssisəsi  fəaliyyətə başlayacaq.
Şirkətin 4 illik fəaliyyəti ərzində bir sıra naliyyətlər əldə edib. 2018 ci ilin dekabr ayının 28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçrilmiş “ azərbaycanda sənaye və sahibkarllığın inkişafı- 2018” adlı tədbirdə ilin “ Uğurlu kiçik biznes brendi” nominasiyasına layiq görülüb.

“Mr.Bee” brendinin yaradıcısı, “Kercom” MMC-nin direktoru cavid Kərimovun ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsi də şirkətin uğurundan xəbər verir.
Bundan başqa , “Mr.Bee” bu yaxınlarda “ Euroasian Startup Awards” müsabiqəsinə qatılaraq “Ən yaxşı qida/aqrar texnologiyası tətbiq edən startup” nominasiyasına qalib gəlib və ölkəmiz Tbilisidə keçriləcək “Regional Startup Awards 2019” müsabiqəsində təmsil etmək hüququ qazanıb.
Şirkət “E-commerce bal platforması” layihəsi ilə bu ilin may ayından start götrülmüş “Agro X” innovasiya proqramı üzrə müsabiqəyədə qoşulub. May ayının 13-də keçrilən müsabiqənin 1-ci mərhələsində “Mr.Bee” 52 layihə arasında finala vəsiqə qazanıb. Oktyabrın 8-də bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Aqrar Elm və İnnovasiya Mərkəzi, “Startap Azərbaycan”  və “İnnoland” Akselerasiya Mərkəzi tərəfindən həyata keçrilən “AqroX” startap müsabiqəsinin final mərhələsində “E-commerce bal platforması” layihəsi 2-ci yer tutub. Bu zaman ideyanın cəlbediciliyi, davamlılığı və gəlir gətirməsi, komandanın peşəkarlığı əsas meyar kimi götrülüb.

Bilirsinizmi?!
Bal güclü və bahalı konservantdır. Bu qədim zmanlardan insanlara məlum idi. Belə ki, Aleksandr Makedonski səfər vaxtı vəfat edir və onun cəsədini uzun yolda daşıya bilmək üçün bala batrırlar. Bu şəkildə cəsəd heç bir dəyişikliyə məruz qalmadan Makedoniyaya qədər çatdırır.
Bal 4 əsr qalsada xarab olmur. Hətta məqsədli olaraq kif göbələklərini daxil etdikdə belə sonuncular tezliklə məhv olur.
Misirdə balı fironların piramidalarına yerləşdiridilər ki, onlar o biri dünayada da bal yeyə bilsinlər. Hətta bal bir müddət pul vahidi də olub. Qədim Misir şahzadəsi Kleopatra baldan kosmetik vasiitə kimi də istifadə etdirir.
“Bal ayı” ifadəsi qədim Şimali Avropa ənənəsindən qalmadır. Belə ki, bu ənənəyə görə yeni evlənən cütlüklər bi ay ərzində mayalı baldan hazırlanan bal likörü içirlər.
Birinci Dünya Müharibəsində baldan əsgərlərin yarasını sağaltmaq üçün istifadə edirdilər, çünki bal mayeni çəkir və yaranın tez bağlanmasına kömək edir. 

•    Yediyimiz meyvələrin 70%-i arıların tozlandırılması sayəsində yaranır;
•    Hər bir pətəyin özünəməxsus qoxusu var. Arılar da öz evlərinə-pətəyi məhz bu yolla ayır edə bilirlər;
•    Bir arı həyatı boyunca təxminən bir çay qaşığının on iki də biri qədər bal istehsal edə bilir. Yarım kiloqram bal üçün bir qrup bal arısı 2 milyon çiçək gəzməlidir.
•    Arılar saatda 25 km uçur və qanadlarını saniyədə 200 dəfə çırpırlar.

 

Cavid Kərimov
“Mr.Bee” bal brendinin təsisçisi