Arıçılığın inkişafına innovativ töhvə

Bildiyiniz kimi, arılardan keyfiyyətli bal və digər arıçılıq məhsulları almaq üçün onlara baxış və quluq qaydalarına xüsusi diqqət yetrilməlidir. Çünki saxlanma və bəslənmə qaydalarının pozulması, habelə, bakterial, virus və göbələk mənşəli xəstəliklər arı ailələrinə zərə verir, onların məhsuldarlığını aşağı salır.

Azərbaycanın iqlim şəraiti arıçılığın inkişafı üçün çox əverişli olsa da, bəzi xəstəliklər, xüsusən, parazitar investisiyalar arıçılığa böyük iqtisadi ziyan vurur. 40-a yaxın gənə növünün arı ailələrində müxtəlif xəstəliklərə səbə olduğu məlumdur. Arı xəstəlikləri arasında varroatoz ilk sırada yer alır. Bu xəstəliyə səbəb olan varroa növləri "Varroa Jakobsoni", " Varroa Rindereri", " varroa Underüoodi", "Euvoarroa Sinhai" və "Euvarroa Wongsirii"dir. Bal arılarında geniş yayılmış "Varroa Jakobsoni" qəbul edilsə də, son illər bu növün "varroa destructor" olduğu aparılan morfoloji və molekulyar araşdırmalarla ortaya çıxıb. Bundan başqa, son onillikdə arı ailələrinin yaz və payız fəsillərində kütləvi ölmü arıçılıq sahəsində böyük narahatlığa səbəb olmaqdadır. Azərbaycanda da bu problem mövcuddur. Ölkəmizdə arı ailələrinin kütləvi tələfi yaz və payız ayları baş verir və qəfləti xarakter alır. Arı ailələrinin kütləvi təlafatı elimdə hələ ki, mübahisə predmeti olaraq qalır və bunun səbəbinin "Varroa destructor" olduğu bildirirlir. Müəlliflər ekspress-diaqnostika metodu ilə dünya ölkələrində olduğu kimi, azərbaycan Respublikasının ərazisində də "varroa destructor"un intensiv yayıldığını qeyd edirlər. Bu parazitin sürətlə yayılmasında arı və pətəklərin nəzarətsiz daşınması, arıçılıq məhsullarının müxtəlif yollarla çirklənməsi və təsirsiz ddərmanların tətbiqi kimi düzgün aparılmayan işlər ciddi rol oynayır.

Fikrimizcə, bioloji olaraq hər hansı bir arıxanada tələfatın baş verməsi törədicinin arı sürfələrinin orqanizmdə əmələ gətirdiyi patoloji dəyişikliklər, işçi arıların iş rejiminin pozulması, məhsuldarlığın aşağı düşməsi, beçəvermənin zəifləməsi, arı ailələrinin müalicə və profilaktikasına sərf olunan dərman preparatlarına çəkilən xərclərin dəyəri və s. iqtisadi zərərin və aparılan mübarizə tədbirlərinin nəticəsində əldə olunan iqtisadi səmərənin hesablanması vacibdir. Varroatozun vurduğu iqtisadi ziyan hesablanarkən arı ailələrinin tələfatından yarana ziyan, həmçinin, bal, vərəmum, mum və güləm itkisindən dəyən ziyan nəzərə alınmalıdır. Hazırda qeyd olunan xəstəlik nəticəsində dəyən iqtisadi ziyanın cəmləşdirilməsinə əsasən belə nəticəyə gəlmək olar ki, 1 arı ailəsinə dəyən iqtisadi ziyan 458,9 manat təşkil edir.

Bu xəstəlik özlüyündə heç vaxt məhv olmur və məhz bu səbəbdən də arı parazitlərinı qarşı mübarizə və nəzrət tədbirləri dünyanın ən çətin məsələlərindən biridir.  Buna görə də, onlarla mübariizədə kompleks tədbirlərin koordinasiyası, bioloji və kimyəvi nəzarətin təşkil edilməsi və sağlam arı ailələrinin formalaşdırılması vacibdir. Ailədə gənənin aşkar edildiyi dövrdən etibarən ona qarşı mübarizə tədbirləri aparılmalıdır.

Bal arılarının gənələrdən təmizləməyin bioloji yolu arı təhnələrinin gənələrin sevmədiyi çiçəklər olan çəmənliklərdə yerləşdirməkdir. Belə çiçəklərdən qoz, ardıc, yemişan, yovşan, lavanda, məxmərgülü, dağ tərxunu, cirə, gicitikən, kəndəlaş, qaraqınıq, keşniş, nanə, dəmrovut kimi bitkiləri misal göstərmək olar. Bundan başqa, biloji mübarizə məqsədilə varroanın olduğu yeşiklərə içərisndə erkək arı yuvalarının çox olduğu çərçivələr qoyulur. Yuvaların ağzı bağlandıqdan sonra həmin çərçivələr yeşikdən çıxılaraq məhv edilir. Beləlikjlə, varrotozun növbəti nəslinin çıxmasının qarşısı bir qədər alınmış olur. Belə vasitələr varroatozun pofilaktikası üçün əlverişli mühit hesab olunur, kimyəvi vasitələrdən istifadə edərək, arıların bioloji inkişafının müxtəlif mərhələlərində onların qida rasionuna kobalt duzlarının, akarisidlərin, antibiotiklərin və sair bu kimi əlavələrin edilməsidir. Hazırda arıçılar kimyəvi mübarizə üsulu olaraq əsasən Amitraz, Fluvalianat, Flumentrin və Bromopropilatdan istifadə edirlər. Kimyəvi preaparatlarla mübarizə əsasən yazın əvvəlləri və payızın ortalarında aparılır.

Bal arılarının gənələri ilə belə mübarizə gözlənilən effekti vermir və bir çox hallarda balın tərkibinə mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, bal orqanizm tərəfindən 100% mənimsənilən yeganə qidadır. Məsələn, ət 95%, ağ çörək 96%, süd 91% mənimsənilir. Bu səbəbdən istehlakçılar üçün ükoloji təmiz balın əldə edilməsi vacibdir. Arı məhsullarının tərkibinə təsir edən kimyəvi qalıqlar birbaşa olaraq arılarda parazitlərin, bakteriyaların, göbələklərin və protoza xəstəliklərinin müalicəsində istifadə olunan kimyəvi preparatlar, dolayı yolla isə kənd təsərrüfatında istifadə edilən dərmanların nəticəsində keçir ki, bu da insan orqanizmi üçün çox böyük təhlükədir. Buna görə də, gənələrə qarşı fiziki mübarizə qurğularından daha geniş istifadə olunur.

Belə qurğulardan biri də aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərmək məqsədilə Kənd Təsərrüfat Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə "Startap Azərbaycan" tərəfindən 2019-cu ildə həyata keçirilən "AgroX" müsabiqəsində birinci yerin qalibi olan  "Antivarroa" startap layihəsi arıçılıqda varroan gənələri ilə mübarizədə təklif edilən innovativ qurğudur.

Əsas məqsədi Azərbaycan Respublikasının iqlim şəraitinə uyğun olaraq istilik enerjisi hesabına arılarda varroatoz gənələrinin təmizlənərək, pətəkdən süfrəyədək ekoloji təmiz balın istehsalında  arıçılığın effektivliyini artırmaq, arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının və səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində işlər görmək, sağlam və ixrac edilə bilən qida əldə edərək aqrar sektorun ölkə iqtisadiyyatındakı əhəmiyyətini artırmaq olan "AntiVarroa" startap layihəsi ilk dəfə 2018-ci ildə Təhsil Nazirliyinin dəstəyilə və Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin təşkilatçılığı ilə həyata keçirilən "Yeni bir fikrim var" təşəbbüskarlıq müsabiqəsinin qalibi olub. Gənclərə qarşı fiziki mübarizə vasitəsi olan "AntiVarroa" qurğusu olduqca unikal və effektlidir. Uğurlu layihənin məhsulu olan bu qurğu bal arıçılığı ilə məşğul olan fermer təsərrüfatlarında geniş tətbiq oluna bilər. Belə ki, "AntiVarroa" qurğusu istilik enerjisi hesabına gənələri təmizlədiyi üçün ölkəmizin istənilən iqlim şəraitində kimyəvi maddələr istifadə edilmədən gənələri təmizləmək mümkündür.

Hazırda regionlarda arıçılıq təsərrüfatında gənələrlə mübarizədə kimyəvi preparatlardan geniş istifadə edilir. Bu maddələr arıçılığın inkişafında üç mühüm mənfi təsirə səbəb olur. Bunlardan birincisi "varroa destructor"un istifadə edilən kimyəvi maddələrlə qarşı müqavimət qazanmasıdır ki, kimyəvi preparatlarla aparılan mübarizə vasitəsi və maddələrə qarşı qzanılmış müqavimətin nəsildən nəsilə irsi olaraq №varroa destructor" populyasiyası arasında sürətlə yayılmasıdır. İkinci proplem kimyəvi maddələrin bəzi toksit tərkib hissələrinin bal və digər arı məhsullarında yığılmasıdır. Sonuncu əsas proplem isə kimyəvi preparatlardan istifadə olunmuş arı ailələrində nəsilartırma qabiliyyətinin aşağı olmasına, ana arıların sürfəqoyma qabiliyətinin itirməsinə gətirib çıxarır. Bu da arı və arıçılıq məhsuldarlığının v ən əsası, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Mütəxəssislər tərəfindən aparılan tədqiqatçıların nəticələrinə görə, əksər kimyəvi preparatlardan istifadə olunması bal arılarını "varroa destructor" populyasiyasına qarşı qorusa da, bü cürmüdafiə vasitələrinin repellent xassəli deyil, məhz toksiklik təsirə malikdir. Bu cür mübarizə vasitəsi ilə arılarla bərabər ətraf mühitə qarşı yüksək dərəcədə zərərli olduğu labaratoriyalarda aparılan tədqiqatlar nəticəsində müəyyən olunub. Bu səbəbdən qeyd olunan sahədə yaranan vəziyyətin qarşısını almaq, qida təhlükəsizliyini qorumaq, insan və arı ailəsinin sağlamlığlını zəmanət altına almaq üçün kimyəvi maddələrin əvəzinə akarisid və ya repellant xüsusiyətə malik metod və vasitələrdən istifadə edilməsi zəruri hesab edilir. Türkiyəli mütəxəssis  Levent Aydın tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, "varroa destructor"un sürətli artma təsirindən 3-4 il kimi qısa bir müddətdə təxminən 600 min arı koloniyasının tələf  olması mümkündür.

Birmənalı olaraq qeyd etmək lazımdır ki, indiyədək bal arılarını varroatoz gənələrindən təmizləmək üçün təklif edilmiş bioloji və kimyəvi mübarizə üsulları arı ailəsində gənələrin populyasiyasını yalnız müəyyən həddə qədər azaltmağa imkan verir ki, bu da istifadə olunan üsul və qurğuların effektivliyindən asılıdır. 

Qeyd olunan elmi nəticələri nəzərə alaraq, "AntiVarroa" qurğusunun arıçılıqda geniş istifadəsi arıçılıq təsərrüfatında gənələrlə mübarizədə kimyəvi preparatlardan istifadənin minimuma endirilərək ixrac ediləbilən ekoloji təmiz balın əldə edilməsi, çoxmərhələli və qarışıq üsulların əvəzinə sadə və innovativ layihələrin tətbiq olunması, kompleks mübarizə üsul və vəsaitlərin öyrənilib tətbiq edilməsi, təmizləmə zamanı arı itkisini minimuma endirilməsi istiqamətində müasir texnologiya və avadanlıqların tətbiq edilməsi, istehsal xərclərinin minimuma salınması, gəlirliyin artırılması, strateji bazar planlanmasının və yüksək keyfiyyət standartlarının müəyyən edilməsi kimi nəticələnəcək. Bu qurğu həm inteqrasiya olunmuş,həm də kimyəvi mübarizə üsullarından fərqli olaraq,ucuz başa gələn,istifadəsi sadə,bal və arıya heç bir mənfi təsiri olmayan,sadəcə termik üsula əsaslanan qurğudur."Varroa destructor"u məhv etməkdə effektiv vasitə olan "Antivarroa"qurğusu aqrar sahədə innovasiyanı göstərən nümunələrdən biridir.Yəni bu cür qurğudan istifadə edərək,bioloji təmiz və orqanik kənd təsərrüfatı məhsulları istehsal olunacaq,istehlakçilar tərkibində heç bir kimyəvi qatqi olmayan məhsul əldə ediləcək.bu noqtəyi nezerden "AntiVarroa"qurğusu agrar sahədə innovativ startapdır Arıçılıqda istifadə edilən dərmanlara alternativ olan "AntiVarroa"qurğusundan açıq sahələrdə  istifadə edildiyi kimi,qapalı istixanalarda  tozlandırmada istifadə edilən ari ailələrində də geniş tətbiq etmək mümkündür.

"Varroa destructor"a qarşı mübarizədə əlverişli ve effektli üsul olan "AntiVarroa"qurğusu müxtəlif elm sahələrinin tətbiqi nəticəsində əldə edilən termik əsaslı innovativ qurğudur.Qurğunun unikal İmkanlarindan istifadə edərək bal arıçılığının inkişafina töhvə vermək,dünya bazarinda Azərbaycan balının rəqabət  qabilliyətini artırmaq,aqrar sahədə innovasiyanin tətbiqi ilə məhdud maddi imkanlarla yüksək məhsuldarlıq əldə etməklə yardımçı olacaq.O cümlədən kənd təsərrüfatı subyektlərinin,səmərəli məşğulluğun yaradılmasina ,ixtisasli kadrlarin yetişdirilməsinə,dayanıqlı təkmilləşdirmə proqramlarına dəstək olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsinə, ölkəyə valyuta axınının başlamasina böyük töhvə verəcək.


Rəşhad İsgəndərov

"AntiVarroa" layihəsinin icraçı direktoru