Nəbi Zeynalovun təcrubəsi: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son zamanlar qeyri - neft sektoruna ayırdığı diqqət və qayğının nəticəsində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, baramaçılıq və ipəkçilikdə də irəliləyiş müşahidə olunur.
Son illər Füzuli rayonunda bu sahədə muəyyən nailiyyətlər əldə edilib.2016-cı ildə rayonunun Böyük Bəhmənli kəndində ipəkqurdu götürüb 100kiloqram barama əldə edərək təhvil verdim.Bu təcrübəmi kəndimizdəki digər kümçülərlə də bölüşdüm.2017 - ci ildə daha çox məhsul əldə edərək, 554kiloqram yaş barama təhvil verdik.Dövlətimiz, şəxsən cənab prezident İlham Əliyəv bu uğurlu nəticəmi yüksək qiymətləndirərək məni Azərbaycanda yenicə təsis edilmiş "Əmək ordeni" ilə təltif etdi.Bu hadisə bütün Füzuli kümçülərinə ruh yüksəkliyi verdi.Dövlətimiz tərəfindən Çin Xalq Respublikasından gətirilən çəkil tinglərini kəndimizin bunun üçün ayrılmış sahələrində əkərək həmin tinglərə xüsusi qayği gostəririk.İpəkçilik sahəsində irəliyə doğru atılan hər addım yeni nailiyyətlər əldə etməyimizə səbəb olur. 2018 - ci ildə yenidən ipəkqurdu götürərək böyük həvəslə işə başladım.2018 -ci ilin iyun ayında 955kiloqram yaş barama təhvil verdik və qısa müddətdə zəhmət haqqımızı aldıq.
2019-cu ildə isə bu sahədən əldə etdiyimiz nəticə 1620kiloqrama çatdı.Hazırda Füzuli rayonu respublikada barama tədarükünə görə ilk üçlükdə yer alır.Bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirən dövlət başcimiz Füzuli rayonunda respublika miqyaslı Barama Tədarükü Məntəqəsinin tikilməsi *Hazırda dünyanın ən böyük ipək istehsalçıları Çin,Hindistan,Özbəkistan,Braziliya ve Yaponiyadır.Çində hər il 146 min ton ipək istehsal edilir.Cənubi Koreya , Tayland ,Vyetnam,Şimali Koreya ,İran ,Türkiyə və başqa ölkələr də barama və xam ipək istehsalı ilə məşğul olur.*ilə bağlı göstəriş verib.Füzuli kümçüləri bu etimadı doğruldaraq , növbəti illərdə dövlətimiz üçün strateji məhsul sayılan baramadan daha yüksək nəticə əldə etməyə çalışacaqlar.
İpəkçiliklə bağlı faktlar:
-Hazırda dünyanın ən böyük ipək istehsalçıları Çin ,Hindistan, Özbəkistan,Braziliya və Yaponiyadır.Çində hər il 146 min ton ipək istehsal edilir.Cənubi Koreya , Tayland ,Vyetnam,Şimali Koreya ,İran ,Türkiyə və başqa ölkələr də barama və xam ipək istehsalı ilə məşğul olur.
-Dünyanın ən böyük ipək istehlakçıları isə ABŞ,İtaliya,Yaponiya,Hindistan,Fransa,Çin,Böyük Britaniya,İsveçrə,Almaniya,Cənubi Koreya,Vyetnam və digər ölkələrdir.İpək istehsalının dünya tekstil bazarının yalnız 0,2faizini təşkil etməsinə baxmayaraq,ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin tarixi
Azərbaycanda baramaçılığın tarixi V əsrə gedib çıxır. Azərbaycan ipəyi XII əsrdən etibarən Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunub.XI əsrin 70-ci illərində Şamaxıya səfər etmiş italyan səyyahı Ambrozio Kontarini yazırdı ki,bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır.Həmin dövrlərdə Şamaxıdan Rusiyaya,İraqa ,Suriyaya və başqa ölkələrə ipək aparılırdı.
XV-XVII əsrlərdə Şirvan ipək istehsalına görə Yaxın Şərqdə üstünlüyünü qoruyub saxlayırdı.Şirvan ipəyinin çox hissəsi Asiya və Avropaya göndərilirdi.XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş məhşur alman coğrafiyaşünası Adam Olearinin verdiyi məlumata görə ,burada hər il 10-20min tay xammal toplanırdı ki,onun da 3mini Şirvanın ,2mini isə Qarabağın payına düşürdü.Bir tayın çəkisinin təxminən 5,5puda bərabər olduğunu nəzər,deməli,hər il Şirvanda 16,5min pud,Qarabağda isə 11min puda qədər xammal istehsal olunurdu.
*Dönüş mərhələsi*Keçən əsrin 70-ci illəri Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş mərhələsi hesab olunur.O vaxd ölkəmizə rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Soveti "Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqinda"1971-ci il 3mart tarixli qərar qəbul etdi.Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə yanaşı ,bu sahənin maddi- texniki bazasını,sənaye potensialını genişləndirdi ki, nəticədə də respublikada barama tədarükü 36,1faiz artdı.Kolxoz və sovxozlara məxsus istifadəyə yararsız torpaq sahələrində ,yol kənarlarında şəhər və qəsəbələrdə çoxlu tut tinglərinin əkilməsi isə baramaçılıgin yem bazasını əhəmmiyyətli dərəcədə möhkəmləndirdi.Eyni zamanda ,bu sahədə elmi-tədqiqat işlərinə də diqqət artırıldı.
Həmin vaxd ölkədə illik 5-6min ton yaş barama və 350-400ton xam ipək istehsal olunur,on milyon kvadratmetrlərlə müxtəlif çeşidli ipək parça toxunurdu.Barama istehsalı ilə 150mindən çox kəndli ailəsi məşğul olurdu.Azərbaycanda ipəkçilik sahəsində 14mindən çox,o cumlədən,Şəki İpək Kombinatında 7min nəfərə yaxın daimi işçi çalışırdı.Respublikamız barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə gorə isə birinci yeri tuturdu.Şəki İpək Kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça ,84müəssisəsinə isə ipək sap göndərirdi.Şəki ipəyindən hazırlanan parçalar Yaponiya,İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.Həmin dövrdə Azərbaycanda ipəkçilik kompleksi geniş şəbəkə təşkil edirdi.Buraya Elmi-Tədqiqat İpəkçilik İnstitutu,Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları,7barama toxumu zavodu,30-dək rayon barama qurutxanası,80ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri,4tinglik təsərrüfatı , 31ipəkçilik idarəsi,Ordubad baramaaçma fabriki,Qarabağ və Şəki ipək kombinatları daxil idi.
İpəkçiliyin elmi əsaslarının işlənib hazırlanması ilə məşğul olan Azərbaycan Elmi -Tədqiqat İpəkçilik İnstitunda yüksək keyfiyyətli İpəkqurdu toxumları əldə olunurdu.Damazlıq stansiyaları həmin toxumların yetişdirilməsi ilə məşğul olur,barama toxumu zavodları təsərrüfat subyektlərini yüksək keyfiyyətli sənaye tut ipəkqurdu toxumları ilə təchiz edirdi.Yerli strukturlar isə yem bazasını möhkəmləndirmək və lazımi dəsdək verməklə məşğul olurdular.Ordubad Baramaaçma Fabriki,Qarabağ və Şəki İpək Kombinatları kimi iri emal müəssisələri,əsasən,xam ipək,eşmə ipək,cod ipək parça istehsal edirdi.
Tənəzzül dövrü
Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması,Ordubad Baramaaçma Fabrikinin bağlanması və Şəki İpək Kombinatının fəaliyyətində çətinliklərin yaranması sonrakı dövrlərdə barama istehsalının da kəskin azalması ilə nəticələndi.İpəkçilikdə tənəzzülün qarşısını almaq baramaçılıq rayonlarında əhalinin məşğulluğunu yaxşilaşdırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 11iyun 2001-ci il tarixli Sərəncamı ilə "Şəki İpək" ASC-yə mailiyyə dəsdəyi göstərildi.Buna baxmayaraq,1992-ci ildən etibarən yaş barəma istehsalı azalmağa (5200ton)başladı.2015-ci ildə ölkədə cəmi 246kiloqram yaş barama istehsal edilmişdi.Xüsusən ipəkqurdunun bəslənməsi üçün müvafiq yerlerin yem bazasının sıradan çıxması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaltmışdır.
İstehsal olunan barama respublikada ipəkçilik sənayesi sahəsində yeganə müəssisə kimi fəaliyyət göstərən "Şəki İpək"ASC-nin tələbatını ödəmədiyi üçün Özbəkistan və İrandan da barama alındı.
Dirçəliş illəri
Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin ixrac potensialının artırilması ,kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-sinde "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"təsdiqlənib.Proqrama baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi,yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərin yaradılması,ilkin toxumçuluğun təskili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi,baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren)zavodlarının yaradılmasının dəsdəklənməsidə daxil edilib.Bundan başqa,tədarük olunmuş baramanın ilk emalı üçün baramaqurutma məntəqələri,Ağcəbədi, Balakən,Bərdə,Göyçay,Tovuz,Zaqatala və Zərdab rayonlarinda barama qəbulu emalı məntəqələri yaradılacaq,barama istehsalı və emalına yerli,həmçinin,xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.
Dövlət Proqramının həyata keçirilməsi,ümumilikdə,Ölkədə ipəkçiliyin və ona xidmət edən sahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə tekan verəcək.
Nəbi Zeynalov
"Əmək"ordenli baramaçı