Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsrrüfatı məhsullarının istehsalına və emailına dair Strateli yol xəritəsi” nə və Azərbaycan Respublikası prezidentinin 14 iyul 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan respublikasının Kənd Təsərrüfatı Nazirliyində 2018-ci ilin iyun ayında fermerlər, assosiasiyalar və koorperativlərlə iş şöbəsi yaradıldı.
Şöbənin əsas fəaliyyət sahələrindən biri kimi kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların yaranmasına hüquqi və texniki dəstək göstərilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və özəl təşkilatlarla assosiasiyalar arasında koordinasiyanı təmin etməkdir. Fermerlərə yaxınlıq prinsipi öz rəhbərlik fəaliyyətində əsas pirinsiplərdən biri kimi götrülmüş kənd təsərrüfatı naziri cənab İnam Kərimov 2018-ci ilin aprel ayından indiyə qədər olan qısa bir müddət ərzində aqrar sahə üzrə ixtisaslaşmış istər yeni, istərsə də öncədən fəaliyyət göstərən assosiasiyaların nümayəndələri ilə görüşüb, onların aqrar sahənin inkişafına dair rəy və təkliflərini dinləyərək, nazirliyin müvafiq şöbələrinə tapşırıqlar verib. Görüşlərin keçrilməsində əsas məqsədlərdən biri aqrar sektorun konkret sahələrini inkişaf etdirmək üçün assosiasiyaların qarşılaşdıqları çətinlikləri araşdırmaq, təhlil etmə və həllinə dair işlər görərək, fermerlərin istər elmi, istərsə də praktik təcrübələrini vahid tşkilatlarda birləşdirməkdən ibarətdir. Son bir ildə ölkədə aqrar sahədə fəaliyyət göstərən assosiasiyalarla yanaşı, 28 yeni assosiasiya yaradılıb ki, bunlardan Azərbaycan Toxumçuluq Assosiasiyası, Azərbaycan Giləmeyvə istehsalçıları və ixracatçıları Assosiasiyası, Kənd Qadınlar Assosiasiyası, Azərbaycan Heyvandarlıq Assosiasiyası, Azərbaycan Fermerlər Assosiasiyası, Azərbaycan pambıq İstehsalçıları Assosiasiyası, Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Tütün istehsalçıları və ixracatçıları assosiasiyası, Azərbaycan Aqronomlar Assosiaysiyası, Azərbaycan Gübrə istehsalçıları və İxracatçıları assosiaysiyası, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiyasiyası, Azərbaycan Zəfəran İstehsalçıları və ixracatçıları Assosiyasiyası, Azərbaycan Tingçilər Assosiyasiyası, Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları assosiyasiyası, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiyası, “Azərbaycan Keçi Təsərrüfatçıları” İctimai Birliyinin Adlarını qeyd etmək olar. Hazırda şöbə tərəfindən Baramaçılıq və Baytarlıq assosiasiyalarının yaradılması, o cümlədən, Aqrar Assosiasiyalar Konsorsiumunun təsis olunması istiqamətində işlər aparılır.
Mövcud Assosiyasiyalardan bir neçəsinin fəaliyyəti haqqında sizi məlumatlandırmaq istərdim. Toxumçuluqla məşğul olan, ölkəyə toxum idxal edən fiziki və hüquqi şəxslərin öz işini qanunvericiliyə uyğun şəkildə qurulması, yüksək reproduksiyalı toxum istehsal etməsi çox vacibdir.
Yeni yaradılmış Azərbaycan Toxumçular Assosiaysiyası bununla bağlı toxumçular arasında mütəmadi maarifləndirmə işləri aparacaq. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi və Toxumçu fermerlər arasında əlaqəli şəkildə fəaliyyət göstərən bu assosiasiya bitki sortların ekspertizasının, sınağının, qeydiyyatının və mühafizəsinin, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini, toxumçuluğa dövlət nəzarətinin həyata keçrilməsi, ölkəyə keyfiyyətli toxum gətrilməsi və paralel olaraq yerli şəraitə davamlı toxum sortlarının yetişdirilməsi istiqamətində fermerlərlə digər dövlət və qeyri-dövlət qurumlarının səmərəli qarşılıqlı fəaliyyətin təmin edəcək, eyni zamanda, assosiasiya üzvü olan toxumçulara daha sərfəli aqrar xidmətlər göstərəcək.
Digər spesfik sahələrdən biri də arıçılıq sahəsidir. Daxili bazarda keyfiyyətli, ekoloji təmiz arıçılıq məhsullarına böyük ehtiyac var. 2018-ci ildə ölkə üzrə təsərrrüfatlarda təxminən 500980 arı ailəsi olub və ildə 4099 ton bal istehsal edilib. Azərbaycanda bu sahənin inkişafı dövlət tərəfindən də dəstəklənərək, hər arı ailəsinə ildə 10 manat subsidiya ödənilməkdədir. 28 oktyabr 10 noyabr 2019-cu il tarixləri əsasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə baş tutan arıçılıq məhsullarının növbəti 20-ci Respublika Sərgi-Satış Yarmarkasında ölkənin 37 rayon və region üzrə əksəri Azərbaycan Arıçılar assosiasiyasının üzvü olan 321 arıçı iştirak edib. Bu da ölkə arıçılarının təşkilatlanmasının nəticəsində mümükün olub.
Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının Azərbaycanın 11 rayonunda 159-dək xurmaçı və xurmaçılıq sahəsində çalışan şirkət və fermerləri öz ətrafında birləşdirməsi nəzərdə tutulub. Assosiasiyanın əhatə etdiyi üzv fermerlərin illik xurma istehsalı 6000 ton, ixrac potensialı isə 5400 tondur. Bu birliyin yaradılmasında əsas məqsəd intensiv texnologiyaların tətbiqi ilə Azərbaycanda mövcud olan xurma bağlarının məhsuldarlığının daha da artırılması, xurma istehsalının genişləndirilməsi və ixracatın maksimum səviyyəyə çatdırılması üçün fermerlərin imkanlarının səfərbər edilərək, onların qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
Dünya əhalisinin hər dörd nəfərindən üçünün kənd yerlərində yaşadığını nəzərə alsaq, kənd əhalisi içərisində qadınların əhəmiyyətli rolu olduğunu qeyd edə bilərik. Ölkəmizdə aqrar istiqamətli biznes fəaliyyətinə başlayan qadınların maliyyəyə çıxışını əsaslandırmaq məqsədilə Kənd Təsərrüfatı nazirliyi Dünya Bankı ilə birgə “Kənd investisiya layihəsi” çərçivəsində 2018-ci ildə ölkənin 14 rayonunda 38 “Qadın İnkişaf Qrupu”nun yaradılmasını təmin edib. 2018-ci ilin noyabr ayında Qadın İnkişaf Qruplarının işini əlaqələndirmək və onların daha səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə layihəyə uyğun olaraq Kənd Qadınlar Assosiasiyası təsis edilib və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İctimai birliyin üzvü olan Qadın inkişaf qrupları ölkəmizin bir çox rayonlarında fəaliyyət göstərir. Assosasiyada birləşən qadın qrupları əsasən kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük, quşçuluq, heyvandarlıq, üzümçülük və eyni zamanda, tikiş, xalçaçılıq, çörək və müxtəlif çeşidli şirniyyatların hazırlanması bizneslərinə üstünlük verirlər. Bildiyimiz kimi, ölkədə heyvandarlığın inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə “ Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı” hazırlanıb. Heyvandarlıqla bağlı aktual məsələlərin üzv fermerlərlə müzakirəsi, vacib qərarların birgə qəbulu,həmin qərarların icrası üçün dövlət orqanlarına təklif verilməsi, aidiyyatı qurumlar qarşısında üzv fermerlərin maraq və mənafelərinin müdafiəsi məqsədilə “Azərbaycan Heyvandarlıq Assosiasiyası” İctimai birliyi yaradılıb ki, bu da öz səmərəli fəaliyyəti ilə respublikada heyvandarlığın inkişafına öz töhvəsini verməkdədir.
2019-cu ilin iyul ayında Bərdə rayonunda 120 soğan istehsalçısının isştirakı ilə “Qarabağ –Aran Soğan İstehsalçıları və İxracatçıları Assosasiyası” İctimai Birliyi təsis olunub. Bu assosiyasiya Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Şəmkir və Beyləqan rayonlarında soğan istehsalı ilə məşğul olan fermerləri öz ətrafında birləşdirməkdə əsas məqsədi ölkədə gündəlik ən çox istifadə olunan qida məhsulu olan soğana təlabatı yerli istehsal hesabına tam ödəmək və onun ixracını daha da artırılmasına nail olmaqdır. Eyni zamanda, assosiasiya öz fəaliyyətini soğan istehsalçılarının bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində qurmaqdadır.
Yeni yaradılmış təşkilatlardan biri də ölkədə ən vacib sahələrdən sayılan tingçiliklə bağlı olan Azərbaycan Tingçilər Assosiasiyasıdır. Qurumun yaradılmasında əsas məqsəd müasir metodların və yeni texnologiyaların tətbiqi ilə sertifkatlaşdırılmış tinglərin istehsalına nail olmaq, intensiv bağçılığın tinglərə olan təlabatını yerli istehsal hesabına təmin etmək və fermerlərin bu sahəyə daha peşəkar yanaşması istiqamətində işlər aparmaqdadır. Hətta Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-ci ildə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən, tingçiliklə bağlı assosiasiyaların yaradılması qarşıya qoyulan əsas hədəflərdən biridir.
Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, kənd təsərrrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək siyasətini assosiasiyalar da hər zaman dəstəkləyir və fermerlər arasında müvafiq marifləndirici işlər aparır. Nazirliyin aidiyyəti strukturu olaraq istər assosiasiyalar, istərsə də, fermerlərə dəstək göstərməsi şöbə üçün qarşıya qoyulan əsas prioritet məsələdir.
Araz İsmayılov
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin rəhbəri.