“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (EDVET) layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur.
2017-2020-ci illəri əhatə edən layihənin məqsədi Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə
Liseyində Almaniyanın dual peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd
təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq, əmək bazarına uyğunluğunu təmin etməkdir. Hər iki sektor hədəf rayonların sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
EDVET layihəsi çərçivəsində 2 hədəf qrupu seçilib ki, bunlardan biri pilot peşə mərkəzlərinin heyəti və tələbələri, digəri isə həssas qruplardır. Layihə birinci hədəf qrupu üzrə fəaliyyət istiqamətində Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək verir. Həssas qruplarla iş istiqamətində isə
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və sektoral assosiasiyalarla əməkdaşlıq edir.
Dualabənzər PTT turizm və kənd təsərrüfatında seçilmiş ixtisaslarda tətbiq olunur ki, bura “bitkiçilik mütəxəssisi”, “aqroservis mütəxəssisi”, “heyvandarlıq mütəxəssisi”, “üzüm və şərab ustası” ixtisasları daxildir.
EDVET layihəsi aşağıdakı nəticələri əldə etməyə yönəlib:
Nəticə 1: Üç pilot PTT mərkəzinin strateji cəhətdən istiqamətləndirilməsi:
Nəticə 2: Özəl sektorla pilot PTT mərkəzləri arasında strateji tərəfdaşlığın qurulması (dualabənzər PTT yanaşması üzrə);
Nəticə 3: Pilot PTT mərkəzləri üçün kənd təsərrüfatı və turizm sektoru üzrə səriştəyə əsaslanan təhsil proqramı ( kurikulum) və matreallarının hazırlanması, pilot şəkildə tətbiqi;
Nəticə 4: Gələcək sahibkarlara və həssas qurupların bacarıqlarının artırılması üçün əmək bazarının tələbinə cavab verən qısamüddətli təlim proqramlarının hazırlanması və keçrilməsi;
Nəticə 5: Pilot PTT mərkəzlərinin idarə heyəti, müəllimlər və təlimçilərin bacarıqlarının artırılması;
Nəticə 6: PTT üzrə təşviqat strategiyasının hazırlanması və tətbiq edilməsi, əldə olunmuş təcrübənin lokal və beynəlxalq səviyyədə yayılması.
Azərbaycanda dualabənzər PTT
Dualabənzər PTT özündə təlim prosesinin iki məkanda- peşə məktəbində və müəssisədə keçrilməsinin ehtiva edir. Müəssisədaxili təlimlə peşə məktəbində sərf olunan vaxt sektor və peşədən aslı olaraq 80:20-yə nisbətində 60:40-a nisbətinə qədər dəyişə bilir. Bu yanaşmanın digər səciyyəvi xüsusiyyəti işəgötrülənlərin tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində ( həm seçim prosesində, həm təlim müddətində, həm də sonda) iştirakıdır.
Dualabənzər PTT yanaşmasının pilot ixisaslarda tətbiqi üçün “ Dualabənzər peşə təhsili və təlimi konsepti” də hazırlanıb. Azərbaycanda dualabənzər PTT-nin tətbiqi üçün lazimi hüquqi baza, özəl sektorla əməkdaşlıq mexanizimləri ( Məşvərət Şurası, İmtahan Komitəsi, Mentorluq Konsepsiyası), seçilmiş ixtisaslar üçün uyğunlaşdırılmış tədris planları, müəssisədaxili təlim modulları və vaxtı barədə məlumatlar konseptdə öz əksini tapıb.
Yeni yanaşmanın pilot mərkəzlərdə düzgün tətbiqi üçün hər pilot mərkəzin rəhbər heyətindən dualabənzər PTT mentoru seçilib. Mentorlar bu yanaşmanın seçilmiş ixtisaslarda düzgün icrasına nəzarət edirlər.
Özəl sektorla qurulmuş əlaqələrin dayanıqlığını təmin etmək məqsədilə “Dualabənzər peşə təhsili və təlimi konsepsiyası”nda nəzərdə tutulan Məşvərət Şurasının Əsasnaməsi təsdiqlənib. Şura peşə məktəbinin nəzdində yaradılacaq, müəssisə rəhbərlərinin üzvlüyü və iştirakı ilə fəaliyyət göstərəcək. Bu qurum ilkin mərhələdə tədris planlarının razılaşdırılması, kurikulumların təkmilləşdirilməsi, özəl sektorun tələbə qəbulunda iştirakı, tələbələrin qiymətləndirilməsini, karyera mərkəzinin və məktəbdə müəssisə guşələrinin yaradılması kimi işləri həyata keçirəcək.
Layihənin kənd təsərrüfatına töhfəsi
Kənd təsərrüfatı sahəsində kadr potensialının inkişafı istiqamətində EDVET layihəsinin nəticələrini aşağıdakı kimi quruplaşdırmaq olar.
Özəl sektorun peşə təhsilinə cəlb olunması
EDVET layihəsinin dəstəyi ilə son bir ildə pilot PTT mərkəzləri turizm və kənd təsərrüfatı üzrə faəliyyət göstərən 50 -dən çox müəssisə və sahibkarlara əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb və 40-a yaxın müəssisə ilə əktiv şəkildə əməkdaşlıq edir. Kənd təsərrüfatı üzrə əsas tərəfdaşlar heyvandarlıq, bitkiçilik, üzümçülük və şərabçılıq təsərrüfatları, eləcə də, aqrotexniki xidmət göstərən müəssisələrdir.
Sahibkarlar üçün praktik təlimlər
Layihə, həmçinin, sahibkarların bacarıqlarının artırılması istiqamətində müvafiq qurumlarla əməkdaşlıq edir.
EDVET layihəsi çərçivəsində 2018-ci il 7-10 avqust tarixlərində Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun təlimçiləri üçün “ Üzüm-şərab istehsalında beynəlxalq standartlar” mövzusunda təlim təşkil olunub. Daha sonra inistitutun mütəxəssisləri keçrilmiş təlim proqramına istinad edərək “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı”, Üzümçülükdə innovativ və differensial texnologiyalar və risklər” və “Şərabların qüsur, xəta və xəstəlikləri, onlara qarşı tətbiq olunan texnoloji və mikrobioloji üsullar” mövzusunda təlim materiallarının hazırlanmasına cəlb olunublar. 20 iyun 2019-cu il tarixində İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində, 3 İyul tarixində isə Qax Dövlət Aqrar İnkişaf Mərkəzində Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnistutunun təlimçiləri tərəfindən İsmayıllı, Qəbələ və Qax rayonlarında üzümçülük sahəsində fəaliyyət göstərən kiçik və orta fermer tısırrüfatları üçün hazırlanmış materiallar üzrə təlimlər keçrilib.
Müəssisədaxili təlimçilər üçün təlimlər
Dualabənzər PTT yanaşmasında ən müsbət cəhətlərdən biri özəl sektorda çalışan müəssisədaxili təlimçilərin təlim prosesinə cəlb olunmasıdır. Müəssisə tərəfindən təyin olunmuş təlimçi tələbələrlə düzgün işləməyi bacarmalı, görülən işin qiymətləndirilməsi sahəsində pedaqoji biliyə malik olmalıdır. Bir çox hallarda mütəxəssislər öz sahələrinin peşəkarı olsalarda onların pedaqoji bacarıqlarının inkişaf elətdirilməsinə ehtiyac duyulur. Bu ehtiyacı ödəmək məqsədi ilə , layihə çərçivəsində seçilmiş müəssisədaxili təlimçilərə xarici ekspert tərəfindən “Pedaqogika və didaktika” mövzusunda təlim keçilib.
PTT mərkəzlərinin və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnistitutunun nümayəndələrindən ibarət işçi qrupu xarici ekspertin müşayiəti ilə “Təlimçilər üçün Təlim” formatında 3 modul üzrə təlim materialları hazırlayıb:
Hazırlanmış modullar Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili işçilərinin bacarıqlarının artırılması prosesində istifadə edilir.
Fərrux Nəcəfov
“Dualabənzər peşə təhsili və təlimi” layihəsi, Kommunikasiya və təşviqat üzrə ekspert