Süd məhsullarına artan tələbat uzunmüddətli perspektivdə südlük heyvandarlığı investisiya üçün cəlbedici sahəyə çevirir. Bu zaman müasir texnologiyalar südçülüyün adət edilmiş obrazını dəyişərək, inəklər üçün rahat yaşayış şəraiti yaradır. Avtomatik sağıcı sistemlər bu qəbilədən olan innovasiyalardandır. Onun tətbiqinin üstünlük və perspektivləri Gea tərəfindən təşkil edilmiş “AutomationDay 4.0” beynəlxalq simpoziumu çərçivəsində müzakirə olunub.
İnkişaf perspektivləri
İnkişaf etməkdə olan ölkələrdə süd məhsullarına olan təlabatın artması dünyada südçülük sahəsini aparıcı qüvvəyə çevirir. Vageningen Universitetinin Dairy Campus rəhbəri, doktor Kis de Konninqin qeyd etdiyi kimi, 2050-ci ildə planetin əhalisi 2,4 milyard nəfər daha çox olacaq, qida məhsullarına tələbat da müvafiq olaraq 50% artacaq. Süd və süd məhsullarına tələbat 2012-ci ildən 2050-ci ildən 2050-ci ilədək 704 milyard kq-dan 1077 mlrd kq-dək artacaq. Kis de Konninqin sözlərinə görə, “yeni” süd həcmlərinin böyük hissəsi inkişaf etməkdə olan ölkələrdə istehsal ediləcək. 2020-ci ildə isə dünyada istehsal olunan 1077 milyard litr südün 662 mlrd litri inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
Fermerlərdən avadanlıq istehsalçılarına qədər südçülük sahəsinin bütün iştirakçıları üçün bu trend istehsalatın genişlənməsi mənfəətin artması istiqamətində yeni imkanlar açır. Süd bazarında rəqabətin artması yalnız inkişafa, innovasiyalar, avtomatlaşdırmaya deyil, həmçinin, investorlara xeyli mənfəət əldə etməyə imkan verəcək.
“Dünya süd bazarında struktur dəyişiklikləri bizim istehsalçılarımız üçün yeni imkanlar açır. Düzdür, son zamanlar artım asan başa gəlmir. Lakin, bu, texniki tərəqqi sayəsində mümkündür”
Armin Tyetyen
GEA-nın südçülük və fermer avadanlıqları üzrə vitse prezidenti
Ölçü artıq əhəmiyyətli deyil
Sirr deyil ki, bütün dünyanın süd bazarına başlıca inkişaf tendesiyalarında biri fermer təsərrüfatlarının böyüdülməsidir. Armin Tyetyenin sözlərinə görə, Asiya ölkələrində (xüsusilə Çində) fermaların ümumi sayının azalması və xırda təsərrüfat formalarından “peşəkar” (təsərrüfat bir ailənin gücü hesabına aparılır) və “kommersiya” (istehsalatda muzdlu əməkdən istifadə edilir) fermalarına böyük sıçrayış müşahidə olunur. 2008-ci ildə “peşəkar” fermaların ümumi təsərrüfatları strukturunda 11%, “kommersiya” fermalarının isə 1% təşkil etdiyi, süd istehsalçılarının 88%-nin şəxsi yardımçı təsərrüfatlardan ibarət olduğu halda, 2015-ci ilə ASR-də “peşəkar” fermaların sayı 20%-dək, “kommersiya” fermalarının sayı isə 6%-dək artıb. ABS-da, məlum olduğu kimi, 5% iri ferma bütün süd həcminin 50%-dən çoxunu istehsal edir.
Avropa İttifaqı ölkələrində, Armin Tyetyenin vurğuladığı kimi, hələ müəyyən staqnasiya müşahid olunur, südlük heyvandarlığın strukturunda kiçik fermer təsərrüfatları üstünlük təşkil edir. Lakin bəzi analitiklərin fikrincə, burada da iri fermaların sayının artım tendesiyası müşahidə olunur.
Süd bazarı ekspertləri uzun müddət ərzində süd fermasının effektiv idarəetmə baxımından optimal ölçüsünü müəyyən etməyə çalışırlar. Bir vaxtlar hesab edilirdi ki, az və ya çox effektiv menecment həyata keçirməyə imkan verən maksimal heyvan sayı 1,2 min baş təşkil edir. Lakin Armin Tyetyenin fikrincə, müasir texnologiyalar sürünün optimal sayı məsələsini aradan qaldırır, innovativ texnoloji həllər istənilən ölçülü fermanı effektiv idarə etməyə imkan verir. Belə ki, GEA 500-dən çox inək sayına malik fermalar üçün münasib olan 28-80 yerlik robotlaşdırılmış “DairyProQ” karuseli təklif edir. “Mlone Multibox” sağıcı robotları 250-dək inək sayına malik kiçik fermalar üçün nəzərdə tutulub. Hər iki qurğu orta ölçülü fermalarda istifadə edilə bilər (250-1000 inək).
18 iyun tarixində GEA simpozium çərçivəsində avtomatlaşdırılmış sağıcılıq sahəsində özünün yeni qurğusunu, xüsusi olaraq, 70-dək inək olan təsərrüfat üçün yaradılmış “Monobox” modulunu təqdim etdi.
İnsanları əvəzləyən robotlar
Avtomatlaşdırılmış sağıcılıq sistemlərinin əsas üstünlükləri istehsal prosesinin optimallaşdırılması, işçi qüvvəsinə sərf olunan xərclərin azaldılması və əmək şəraitinin yaxşılaşdırılmasıdır.
GEA-nın hesablamalarına əsasən, “kommersiya” fermasında iş vaxtının 39%-i məhz südün sağalmasına, 17% yemləmə, 15% idarəetmə vəzifələrin həllinə, 7% döşəmənin dəyişdirilmsinə, 22% isə digər proseslərə sərf olunur.
“Peşəkar” fermalarda sağıcılıq prosesi iş vaxtını 50%-ni təşkil edir.
Avtomatik sağıcılıq sisteminin istifadəsi bu prosesi optimallaşdırmağa və fermada işləyən işçilərin sayını azaltmağa imkan verir.
Landwirthschaftsgenossenschaft e.G(Ottendorf-Krombax) kooperativi 2015-ci ilin fevralında 28 yerlik robotlaşdırılmış “DairyProQ” karuselini hazırlayıb. Kooperativin ümumi heyvan sayı 500 inək təşkil edir.
Kooperativ Şurasının sədri Eberhard Forkheymin sözlərinə görə, “DairyProQ” qurğusunun quraşdırılmasına dair qərarın verilməsinə xərclərin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması ehtiyacı səbəb olub.
“Hərşeydən öncə bizim məqsədimiz işçilərin ağır fiziki əməkdən azad edilməsi idi”,- Eberhard Forkheym qeyd edir.
Avtomatlaşdırılmış sistemlərin üstünlükləri
“İnək üçün yaxşı həyat darıxdırıcı həyatdır”,-GEA-nın süd istehsalı üzrə avtomatlaşdırılmış həllər üzrə direktoru Tomas Mader vurğulayır.
Robotlar inəyin həyatını təkrarlayaraq, sağıcılıq prosesini tam standartlaşdırmağa imkan verir ki, bu da stress riskini əhəmiyyətli dərəcədə azaldır, inəklərin məhsuldarlığını artırır və həyat tsiklini uzadır.
Avtomatlaşdırılmış sistemlər südün keyfiyyətini heyvanların gigiyenasına və sağlamlığına savadlı nəzarət hesabına yüksəldir. Bu cür sistemlər hər bir heyvanın sağılma prosesini onlayn rejimdə izləməyə imkan verir
“AutomationDay.4.0” simpoziumunun keçrilməsi üçün baza olmuş “Agrargenossenschaft Teichel e.G.” kooperativində robotlaşdırılmış “DairyProQ” karuselinin quraşdırılması inək başına sağımı 28 litrdən 33 litirədək artırmağa kömək etdi. Sağım miqdarının nək başına 42 litrədək artırılması planlaşdırılır.
Avtomatlaşdırılmış sistemlər yalnız sağım prosesinin optimallaşdırılması üçün istifadə edilmir. Fermada onların tətbiqinin digər perspektiv istiqaməti yemləmədir.
Daha bir simpozium iştirakçısı Kennet Ensvudun qeyd etdiyi kimi, fermada robotlaşdırılmış yempaylayıcı qurğuların istifadəsi qalıqları azaltmağa, məkandan optimal istifadə etməyə və son nəticədə xərcləri azaltmağa imkan verir. Məsələn, “Mix Feeder” kimi avtomatik yemləmə sistemi iş vaxtını sutkada 3 saatadək azaltmağa və sutkalıq elektrik enerjisi sərfinə 10kvt qənaət etməyə imkan verir.
Beləliklə, bütün kənd təsərrüfatı sahələri kimi, südçülüyündə inkişafı yeni texnologiyalar, innovativ qərarların tətbiqi, istehsal prosesinin avtomatlaşdırılması müəyyən edir.
Vageningen Universitetinin tədqiqatına görə, dünya bazarında avtomatlaşdırılmış sağıcılıq sistemlərinin satışı 2020-ci ilədək, demək olar ki, iki dəfə artacaq.
Südçülük fermasında proqres və rəqəmsallaşdırma
GEA istehsalın effektivliyini bütövlükdə təkmilləşdirən sistem yaradır.
Bu innovativ həll vasitəsilə südçülük ferması biznesini müasir tələblərə uyğun formalaşdırmaq mümkündür.
GEA-nın şəbəkələnmiş həll üsulları xidmətləri sahibkarlara hər addımda dəstək təklif edir. Süd istehsalını artırmaq və fərdi biznesi daha gəlirli sahəyə çevirmək üçün ehtiyaca uyğun işlək strategiya hazırlayır.
GEA robotları ilə avtomatlaşdırılmış süd sağımı
Avropada heyvandarlıq və heyvandarlıq məhsullarının emalı sənayesində innovativ texnologiyaların yaradılması və tətbiqi aparıcı dünya liderlərindən biri “ GEA farm Texnologies” şirkəti (GEA- Global Enegineering Alliance) Azərbaycanda da Avropa texnologiyalarını tətbiq etməyə çalışır. BU texnoloji yenilik:
GEA, həmçinin, Almaniyanın dəstəyilə biznes qurulmasına dair fərdi pulsuz konsultasiyalar təşkil edir.
Yelena Hilmer
“GEA farm technologies”
Azərbaycan nümayəndəliyi İCODS direktoru